Bu gün Azərbaycanda “Xalçaçı Günü”dür
05.05.2025 [09:50]
Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi var. Ölkəmizdə yüz illərdir xalça toxunsa da, 9 ildir “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün münasibətilə mayın 5-i “Xalçaçı Günü” kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə - milli dəyərlərimizin hamisi, Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində qeyd edirlər. Belə bir tarixi günün təsis edilməsi Ümummilli Liderimizin bizə bəxş etdiyi müstəqilliyimizin bəhrəsidir. Əgər müstəqil Azərbaycan olmasa idi, nə milli sənət növümüz olan xalçaçılıq belə geniş yayılardı, nə də Xalçaçı Günü qeyd olunardı.
Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev xalçaçılığın inkişafına da böyük diqqət və qayğı göstərir. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, “Xalçaçı Günü” peşə bayramının təsis edilməsi, respublikamızın şəhər və rayonlarında xalça istehsalı emalatxanalarının tikilib istifadəyə verilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür.
Azərbaycanda xalçaçılıq sənətinin ölkə iqtisadiyyatındakı rolunu yüksək dəyərləndirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə 2016-2020-ci illərdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 20-dən çox filialı yaradılaraq fəaliyyətə başlayıb.
Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir. Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanımın xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsin nümunələri siyahısına daxil edilib. Bu, bir reallıqdır ki, dünyanın heç bir ölkəsində xalçaçılığa belə diqqət göstərilmir. Azərbaycanda xalçaçılığın inkişafı böyük bir tarixi dövrə hesablanıb. Bu dövrdə isə bizim yaxşı xalça mütəxəssislərimiz yetişəcək, insanlar xalçaçılığın sirlərinə yiyələnəcək, beləliklə, xalçaçılıq yaşadılacaq. Onunla birlikdə Azərbaycanın tarixi, mədəniyyəti də yaşadılaraq gələcək nəsillərə ötürüləcək.
“Azərxalça”nın istehsalı olan məhsullar xalçaçı-rəssamlar tərəfindən hazırlanmış çeşnilər əsasında toxunur. Dünyada ilk dəfə olaraq məhz Azərbaycanda qədim və orijinal xalçaların əsasında yeni çeşnilərin elektron variantı hazırlanıb. Bu çeşnilər Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılıb. Dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına daha çox üstünlük verilir.
"Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nda xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir.
"Azerbaijan carpet" ("Azərbaycan xalçası") brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqinin icrası İqtisadiyyat Nazirliyinə və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdı. Artıq "Azərbaycan xalçası" brendi yaradılıb. İndi dünya bazarına ixrac olunan milli naxışlı xalçalarımız "Azərbaycan xalçası" brendi adı ilə satılır. Azərbaycan xalçalarının ixracı üçün ABŞ, Rusiya, Yaponiya, İsveç kimi ölkələrin şirkətləri ilə əlaqələr qurulub. 2019-cu ildə İsveçdə fəaliyyət göstərən "NGK-AZE" şirkəti Azərbaycan xalçalarının bu ölkəyə idxalı üçün "Azərxalça"ya müraciət edib. Təklif dəyərləndirilib, Stokholmun "Vikjö" ticarət mərkəzində açılan mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlifölçülü xalçalar satışa çıxarılıb.
Bir nüansı da qeyd etmək lazımdır ki, hər il İçərişəhərdə Beynəlxalq Xalça Festivalı təşkil olunur. Festivalın əsas məqsədi Azərbaycan xalçaçılıq sənətini dünya müstəvisində tanıtmaq, onun zəngin irsini və gələcək inkişaf perspektivlərini nümayiş etdirmək, dünya xalçaçılarının təcrübə və bacarıqlarından bəhrələnməkdir. Bu səbəbdən festivalın proqramı zəngin və rəngarəngliyi ilə bütün yaş qruplarından olan qonaqların maraqlarına xitab edir. Festival çərçivəsində ziyarətçiləri sehrli əyləncə proqramında rəngarəng konsertlər silsiləsi, açıq hava kinoteatrı və yerli brendlərlə sənətkarların iştirak etdiyi müxtəlif yarmarkalar nümayiş olunub.
Festivala baş çəkən hər bir kəslə “Azərxalça” ASC-nin ölkənin müxtəlif istiqamətlərində fəaliyyət göstərən 14 emalatxanasından dəvət olunmuş 28 toxucu qadın, emal prosesinin gözəlliyini nümayiş etdirən geniş emal komandası və yaradıcı qrupun üzvləri xalçaçılıq sirlərini bölüşüb, ustad dərslərinə qonaq olub.
Qeyd edək ki, builki festival İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25, Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin isə 15 illiyi ilə üst-üstə düşüb.
Xəbər lenti
Hamısına bax
Analitik
22 May 10:19

İqtisadiyyat
22 May 09:56

Analitik
22 May 09:42

Analitik
22 May 09:25

Dünya
22 May 09:11

Mədəniyyət
22 May 08:50

MEDİA
22 May 08:34

Sosial
22 May 08:16

Sosial
21 May 23:45

İdman
21 May 23:38

Sosial
21 May 23:17

Sosial
21 May 22:52

Dünya
21 May 22:35

İdman
21 May 22:10

Hərbi
21 May 21:58

Gündəm
21 May 21:41

Dünya
21 May 21:34

Dünya
21 May 21:17

Dünya
21 May 20:46

Dünya
21 May 20:29

Dünya
21 May 20:15

Sosial
21 May 19:55

Dünya
21 May 19:31

İdman
21 May 19:12

YAP xəbərləri
21 May 18:58

Gündəm
21 May 18:37

YAP xəbərləri
21 May 18:35

YAP xəbərləri
21 May 18:14

YAP xəbərləri
21 May 17:52

YAP xəbərləri
21 May 17:30

YAP xəbərləri
21 May 17:19

YAP xəbərləri
21 May 17:07
YAP xəbərləri
21 May 16:58

YAP xəbərləri
21 May 16:53

Dünya
21 May 16:52

Siyasət
21 May 16:37

Analitik
21 May 16:29

Gündəm
21 May 16:27

Gündəm
21 May 16:16

Siyasət
21 May 16:06

Dünya
21 May 15:51

Xəbər lenti
21 May 15:50

Dünya
21 May 15:28

Gündəm
21 May 14:34

İqtisadiyyat
21 May 14:31

Siyasət
21 May 14:28

Sosial
21 May 14:27

İqtisadiyyat
21 May 14:27

Sosial
21 May 14:26

Xəbər lenti
21 May 14:20

Siyasət
21 May 14:19

Siyasət
21 May 14:18

YAP xəbərləri
21 May 13:33

Sosial
21 May 12:29

YAP xəbərləri
21 May 12:24

YAP xəbərləri
21 May 12:23

İdman
21 May 11:52

Sosial
21 May 11:49

Gündəm
21 May 11:46

Xəbər lenti
21 May 11:22

Gündəm
21 May 11:18

Gündəm
21 May 10:48

Siyasət
21 May 10:42

Sosial
21 May 10:38

Sosial
21 May 10:35

İqtisadiyyat
21 May 10:21

İqtisadiyyat
21 May 10:18

MEDİA
21 May 10:12

Analitik
21 May 09:47

Dünya
21 May 09:35
