Vladimir Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib
27.03.2026 [18:03]
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 27-də videokonfrans vasitəsilə Dərbənddə binası yeni təmirdən çıxmış Azərbaycan Dövlət Musiqili Dram Teatrının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Rusiya dövlət başçısı yenilənmiş teatrın açılışının Dağıstanın, bütün ölkənin və Qafqaz dövlətlərinin mədəni həyatı üçün əlamətdar hadisə olacağını qeyd edərək, zəngin mədəni mühitin yalnız paytaxtlarda deyil, bütün bölgələrdə əlçatan olmasının vacibliyini vurğulayıb.
Rusiya Federasiyasının Prezidenti, həmçinin teatrın XIX əsrdən başlayan zəngin tarixinə diqqət çəkərək, onun xadimlərinin incəsənətə sədaqətini qeyd edib və yenidənqurmadan sonra teatrın hazırda müasir binaya malik olduğunu vurğulayıb.
V.Putin layihənin beynəlxalq əhəmiyyətini vurğulayaraq, Dərbənddəki və Bakıdakı teatrları Rusiya və Azərbaycan mədəniyyətləri arasında unikal körpülər adlandırıb. O, Bakıdan gələn qonaqları salamlayıb və iki ölkə arasında münasibətlərin ortaq tarixi keçmiş və mədəni irsin möhkəm təməli üzərində inkişaf etdiyini vurğulayıb, Bakıdakı Rus Dram Teatrına verdiyi dəstəyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirdə Dağıstanın başçısı Sergey Məlikov və Azərbaycandan gələn nümayəndə heyəti, teatr ictimaiyyətinin nümayəndələri də iştirak edib. Qeyd edilib ki, yenilənmiş teatrın açılışı regionun mədəni həyatı və humanitar əlaqələrin möhkəmləndirilməsi üçün əlamətdar hadisədir.
Əvvəllər “Rodina” (Vətən) kinoteatrı kimi fəaliyyət göstərən teatrın binası tamamilə yenidən qurulub. Rəsmi proqram çərçivəsində Novruz bayramına həsr olunmuş kütləvi tədbirlər, mükafatlandırma mərasimi və konsert proqramı planlaşdırılıb.
Teatrın tarixi təxminən 150 ili əhatə edir və Dərbənddə Azərbaycan ziyalılarının nümayəndələri tərəfindən qurulan həvəskar türk dram dərnəyi ilə başlayıb, sonradan isə həmin dərnək peşəkar teatrın təməlini təşkil edib.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

