Modelyer Gülnarə Xəlilovanın geyimlərindən ibarət kataloqun təqdimatı keçirilib
17.06.2016 [09:57]
Ötən gün tanınmış modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Gülnarə Xəlilovanın geyimlərindən ibarət kataloqun təqdimatı keçirilib. “RİTZ” restoranında təşkil olunan tədbirdə millət vəkilləri, Bakıda akkreditə olunan diplomatik korpusun nümayəndələri, incəsənət xadimləri iştirak ediblər. Qeyd olunub ki, “Azərbaycan Milli Geyim Mərkəzi”nin və “Gülnarə Xəlilova MODA EVİ”nin təsisçisi və rəhbəri olan G.Xəlilova indiyədək bir sıra milli və beynəlxalq sərgilərin iştirakçısı olub. Uzun illər ərzində milli və beynəlxalq müsabiqə və festivallarda bir çox nüfuzlu mükafatlarla təltif olunub. Onun kolleksiyaları Rusiya Federasiyası, Birləşmiş Krallıq, Misir, Türkiyə, Çin kimi ölkələrdə müvəffəqiyyətlə təqdim olunub. Gülnarə Xəlilovanın milli geyim kolleksiyalarının nümunələri Misirin İsgəndəriyyə kitabxanasında, ABŞ və Avropanın müxtəlif şəhərlərində, bir sıra məşhur xarici müğənni, aktyor və ictimai xadimlərin şəxsi kolleksiyasında, mədəniyyət mərkəzlərində saxlanılır. O həmçinin kinematoqrafiya və teatrda olan fəaliyyəti ilə də tanınır. Bundan əlavə, Gülnarə Xəlilova bir neçə kitab və dərsliklərin də müəllifidir.
Ümumiyyətlə, hər bir modelyerin öz siması var. Onun əl işlərinə baxdıqca belə qənaətə gəlmək olur ki, öz yaradıcılıq fikirlərini Gülnarə Xəlilova bir qayda olaraq, yumşaq, plastik siluet əmələ gətirən incə parçalar üzərində həyata keçirməyə üstünlük verir. Modelyer hər zaman milli geyimi müasir dizaynda təqdim etməyə çalışır, klassikanı müasir üslubla birləşdirməyə can atır. Onun yaratdığı qadın gözəlliyi idealını Azərbaycan qadınının müasir surəti təşkil edir. Gülnarə Xəlilovanın libaslarının palitrası da müxtəlifdir - incə, pastel tonlardan tutmuş qalın və dolğun rənglərədək. Odur ki, onun milli üslubda olan kolleksiyaları bu gün də incəsənət ustaları tərəfindən sevə-sevə geyilməkdədir.
Gülnarə Xəlilovanın ən böyük arzusu isə, özünün də qeyd etdiyi kimi, “Azərbaycanın Milli Geyim Günü”nün keçirilməsi ilə bağlıdır. Modelyer 2006-cı ildən bu təşəbbüslə çıxış edir və bu arzusunun bir gün reallaşacağına əmindir. “Hazırda milli geyimlərimizə diqqət çox böyükdür. İncəsənət nümayəndələri, elə gənclərimiz bu geyimləri böyük həvəslə geyirlər. Elə, əslində, bu kataloqu hazırlamaqda əsas məqsədimiz də milli geyimlərimizə olan bu həvəsi, bu diqqət və qayğını daha da yüksəltməkdən ibarətdir. Bu, bizim ilk işimiz olsa da, sonuncu olmayacaq. Kataloqun ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdaram. Kataloqa daxil edilən geyimlərdə modelyer kimi çıxış etmiş Əməkdar artist Tünzalə Ağayeva və mərhum ziyalımız Anar Məmmədxanlının qızı Məryəmə də dərin təşəkkürümü bildirirəm”, - deyə Gülnarə Xəlilova vurğulayıb.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkili Qənirə Paşayeva Gülnarə Xəlilovanın yaradıcılığına nəzər salıblar, onun geyimlərinin həmişə dəbdə olmasını vurğulayıblar.
Milli Məclisin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə çıxışında Gülnarə Xəlilovanın yaradıcılığının gənc nəslin zövqünün formalaşmasında mühüm rol oynadığını bildirib. “Hər bir xalq öz milli-mənəvi yaddaşı qədər mövcuddur. Biz o vaxt milli oluruq ki, öz milli-mənəvi dəyərlərimizin daşıyıcısı oluruq. O vaxt biz böyük oluruq ki, öz tariximizi, milli kimliyimizi bilirik. Bizim milli kimliyimizi formalaşdıran vasitələrdən biri də milli adət-ənənələrimiz, milli düşüncəmiz və milli geyimlərimizdir. Burada milli geyimlərimiz çox müasir üslubda təqdim olunur. İkincisi isə, rənglər arasında o qədər ahəngdarlıq və harmoniya var ki, sanki bu rənglər insanın ruhunu, göz zövqünü oxşayır. Biz nə qədər bu dəyərlərimizə sahib çıxacağıqsa, bir o qədər də uğur qazanacağıq. Düşünürəm ki, Gülnarə xanımın bu sənəti də milliləşmə yolunda, milliləşmə üzərində yeni modern dəyərləri qəbul etməklə, yeni azərbaycançılıq zövqünün formalaşmasında böyük bir addımdır”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Tanınmış modelyer Fəxriyyə Xələfova və digər çıxışçılar da Gülnarə Xəlilovanın yeni kolleksiyasının çox uğurlu alındığını qeyd etməklə, ona gələcək işlərində uğurlar arzulayıblar.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

