/ / İstedadlı Azərbaycan rəssamı Aida Mahmudovanın Belçikada “İşığı tutmaq olmur” adlı sərgisi açılıb
İstedadlı Azərbaycan rəssamı Aida Mahmudovanın Belçikada “İşığı tutmaq olmur” adlı sərgisi açılıb
10.02.2017 [10:18]
Fevralın 5-də Belçikanın Otegem şəhərində “Deweer” qalereyasında istedadlı Azərbaycan rəssamı Aida Mahmudova ilk böyükmiqyaslı fərdi sərgisini təqdim edib.
AZƏRTAC xəbər verir ki, nümayiş olunmuş yeni rəsmlər toplusu sərgini ziyarət edən həvəskar və peşəkar seyrçilər tərəfindən böyük maraqla qarşılanıb. Ekspozisiyaya daxil olan və əsasən abstraktlaşdırılmış mənzərələrdən ibarət iyirmidən çox əsər rəssam Aida Mahmudovanın təcrübəsində yeni olan aydınlıq, konsentrasiya və dolğunluğu ifadə edir. Əsərlər əsas fikri - rəssam, kətan və çəkmək üçün istifadə olunan material arasındakı əlaqəyə yönəldir.
2015-ci ildə Bakı Müasir İncəsənət Muzeyində keçirilmiş “Elysium” adlı sərgidəki rəsmlərdən fərqli olaraq bu əsərlərdə materiala yanaşma artıq qarşılıqlı müqavimət şəklində deyil, maraq və kəşfetmə hissi ilə ifadə olunur. Rəssam rənglərin kətan üzərində azad hərəkət etməsinə imkan verir və nəticədə yaranan kompozisiyalar orqanik və sərbəst olur. Hər bir əsərdə xəyallarda canlandırılan mənzərələrin və kətan üzərində istifadə olunan materialların arasında sanki bir zərif oyun aşkara çıxarılır. Bütün tablolarda akril, yapışqan, gümüşü folqa, yağlı boya, kömür, sement və gips kimi çoxlu sayda müxtəlif materiallardan bacarıqla istifadə olunub. Nəticədə, ərsəyə gələn əsərlər xüsusi zaman təəssüratı yaradır və özəl rəngkarlıq texnikası sayəsində yaradılır. Bundan başqa, bu heç də intellektual fəaliyyətin nəticəsi kimi baş vermir, bu doğru zamanında və lazımi miqdarda yeni, gözlənilməz “inqrediyentlər” əlavə edilmiş düşüncə forması kimi ortaya çıxır.
Bu üsul müəllifin həmin rəsm əsərində əks etdirdiyi özəl və emosional hissləri vurğulayaraq, işığın, rənglərin və materialın bir oyununu yaradır. Bütün bunlar kətanın emosionallıqla yüklənməsinə, intuitiv və orijinal olmasına səbəb olur.
Sərgi martın 12-dək davam edəcək.
Qeyd edək ki, Aida Mahmudova 1982-ci ildə Bakıda dünyaya gəlib. Hazırda Bakıda yaşayıb-yaradır. O, 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Bu gün onun əsərləri beynəlxalq səviyyədə sərgilənir. Rəssamın fərdi sərgiləri: “Umwelt” (YAY Qalereyası, Bakı, 2016), “Elysium” (MİM, Bakı, 2015) “Ötüb keçərkən...” (Leila Heller Gallery, Nyu-York, ABŞ, 2015), “Daxili sakitlik” (Barbarian Art Gallery, Sürix, İsveçrə, 2013). Aida Mahmudova həmçinin bir sıra qrup sərgilərinin də iştirakçısıdır, o cümlədən: “Vita Vitale”, 56-cı Venesiya Biennalesi, Azərbaycan pavilyonu (2015), “Konfet dağlar, neft sahillər”, PERMM Muzeyi, Perm, Rusiya (2015), “Burada... Bugün”, London (2014), “Love Me, Love Me Not”, 55-ci Venesiya Biennalesi (2013),”Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” (Vyana, Roma, Moskva, Berlin, Paris, London (2012-2013).
Aida Mahmudova 2011-ci ildə əsası qoyulan “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. “YARAT” Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması, milli incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur.
1979-cu ildə əsası qoyulmuş “Deweer” qalereyası son dövrlərdə tarixinin ikinci böyük səhifəsinə başlayıb. Bənzərsiz fərdi sərgilərdən əlavə, qalereya zəngin tarixinin vacib mərhələlərini göz önünə gətirən tematik qrup sərgiləri də nümayiş etdirir. Hazırda “Deweer” qalereyası tarixi motivasiyasına davam edərək durmadan yenilik və innovasiyaya can atır.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

