Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TürkPA arasında əməkdaşlıq genişlənir
05.12.2017 [10:25]
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə TürkPA-nın Baş katibi Jandos Asanov arasında görüş keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, hər iki qurumun üzv dövlətlərinin Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğunu vurğulayan G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TürkPA arasındakı əməkdaşlıqdan bəhs edib. Bildirilib ki, digər tədbirlərlə yanaşı, ötən il Milli Məclisində “Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələri son 25 ildə” mövzusunda konfransla birgə rəsm sərgisi təşkil olunub. Türkdilli dövlətlər arasında əlaqələrin inkişafı məsələlərindən danışan G.Əfəndiyeva hər iki təşkilatın birgə daha çox layihələr reallaşdırmasının vacibliyini qeyd edib.
Türk tarixində ilk parlament respublikası olan Azərbaycan Demokratik Respublikasının burada yarandığını və bu səbəbdən TürkPA katibliyinin Bakıda yerləşməsinin təsadüfi olmadığını söyləyən J.Asanov üzv dövlətlərin başçılarının sözügedən təşkilata göstərdiyi dəstəkdən bəhs edib. J.Asanov TürkPA, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu daxil olmaqla türkdilli qurumların BMT-nin Nizamnaməsində təsbit edilən norma və prinsiplərə uyğun fəaliyyət göstərdiyini vurğulayıb. O, həmçinin dekabrın 8-də Bişkekdə keçiriləcək TürkPA-nın yeddinci plenar iclasında müzakirəsi nəzərdə tutulan məsələlərdən söz açıb.
Görüşdə iki qurum arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

