/ / Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz-İslam Ordusunun 100 illiyi ilə əlaqədar Bakıda fotosərgi açılıb
Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz-İslam Ordusunun 100 illiyi ilə əlaqədar Bakıda fotosərgi açılıb
25.05.2018 [16:01]
Mayın 24-də Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz-İslam Ordusunun 100 illiyi ilə əlaqədar fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılışından öncə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin, habelə Milli Məclisin deputatlarının qatıldığı tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Qafqaz İslam Ordusunun Azərbaycan-Türkiyə münasibətlərinin tarixində əhəmiyyətli rola malik olduğunu qeyd edən E.Özoral 100 il əvvəl türk və Azərbaycan əsgərlərinin çiyin-çiyinə vuruşaraq qəhrəmanlıqlar göstərdiklərini söyləyib. Səfir Osmanlı imperiyasının ağır dövrü olmasına baxmayaraq, Azərbaycana münasibətdə öz qardaşlıq borcunu yerinə yetirdiyini, bu məqsədlə Qafqaz İslam Ordusunun yaradıldığını bildirib. O, eyni köklərə malik iki qardaş xalqın ortaq maraqlarının təmənnasız sevgi və dərin tarixi bağlılıq prinsipləri üzərində qurulduğunu vurğulayaraq bildirib ki, bu fədakarlıqları gələcək nəsillərə çatdırmaq və dünyaya bəyan etmək hər iki dövlətin borcudur.
Vurğulanıb ki, Bakının azad edildiyi gün Azərbaycan xalqının tarixində əlamətdar tarixi hadisədir.
Belə tədbirlər tariximizin xatırlanması, eləcə də qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir. 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir: “Osmanlı qoşunları Bakının azad edilməsi üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid vermişdir. Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlara, özbaşınalığa son qoyulub. Bakı və digər rayonların azad olunması ilə AXC hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin edə bilib. Yetmiş illik sovet hakimiyyəti dövründə bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmayıb və onu qəlbində yaşatmaqdadır. Osmanlı ordusu Azərbaycanda son zəfərini qazandı. Azərbaycan bizim də vətənimizdir. Necə ki, Türkiyə azərbaycanlı qardaşlarımızın vətənidir. Bu gün biz Azərbaycan kimi güclü bir qardaş ölkənin olmasından qurur hissi keçiririk. Biz birlikdə daha güclüyük”.
Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, sərgi iki xalqın tarixinin gözəl nümunəsidir: “Sərgi üç mövzuya həsr olunub. Hər üçü özlüyündə böyük tədqiqatların elmi mövzusudur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bütün ölkədə müxtəlif mövzularda Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi qeyd olunur. Qısa müddət ömrü olan Cümhuriyyət bu gün üçün də mühüm əhəmiyyətli tarixi faktları özündə ehtiva edib. Azərbaycanın ilk dövlət universiteti, ilk muzeyi bu dövrdə yaradılıb, qadınlara ilk səsvermə hüququ da Cümhuriyyətin bizə qoyduğu irsdir. Cümhuriyyətin böyük fədailəri tərəfindən irəli sürülən bu təşəbbüslər müasir Azərbaycanın tarixində də müstəsna rol oynayır”.
Nazir əlavə edib ki, 40-dək fotonun yer aldığı sərgi Mədəniyyət Nazirliyi, Türkiyənin ölkəmizdəki səfirliyi, Bakı Yunus Əmrə İnstitutu və Bakı Türk Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbir çərçivəsində İstiqlal Muzeyinin yeni təmir olunmuş Cümhuriyyət zalının açılışı olub. Yeni qurulmuş zalda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini özündə əks etdirən 70-dək foto, sənədli material və muzeyə hədiyyə olunan üçrəngli bayrağımızın ideya müəllifi Əli bəy Hüseynzadənin şəxsi əşyaları nümayiş olunur. Həmçinin rəssam Elşən Sərxanoğlunun muzeyə bağışladığı “Həsrət üzəngilərinə elegiya” triptixinin təqdimatı da keçirilib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgi iyunun 6-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

