İstanbulda məşhur azərbaycanlı rəssam haqqında kitab nəşr olunub
15.05.2019 [09:39]
XX əsr Türkiyə rəsm sənətinin böyük ustadlarından olan İbrahim Safinin (Rəhman Səfiyev) çəkdiyi möhtəşəm əsərlərin də yer aldığı “İbrahim Safi: rəsmlər, məktublar, sənədlər” kitabı İstanbulda nəşr olunub. Kitabın Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə işıq üzü görməsi dövlətimizin məşhur rəssama verdiyi dəyərin nişanəsi olaraq qiymətləndirilir.
İstanbuldakı baş konsulumuz Məsim Hacıyevin kitabda yer alan “Mədəni birliyimizin nişanəsi: İbrahim Safi” sərlövhəli qısa məqaləsində Türkiyə-Azərbaycan münasibətlərinin tarixi köklərinə nəzər salınır, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” deyiminə uyğun olaraq İ.Safi kimi məşhur şəxsiyyətlərin tanıdılması işlərinin mənəvi körpülərin möhkəmləndirilməsində mühüm rol oynayacağı xüsusi vurğulanır.
Xatırladaq ki, 1898-ci ildə Naxçıvanda anadan olan İbrahim Safinin əsl adı və soyadı Rəhman Səfiyev olub. Aşıq sənətinin bilicilərindən olan atasını 3 yaşında itirən Rəhman uşaqlıqdan rəsmlə məşğul olmağa başlayıb və 10 yaşında anasının portretini çəkib. 1913-cü ildən qədim türk şəhəri olan İrəvanda rəsm məktəbində təhsil almağa başlayan Rəhman 1917-ci ildə baş verən bolşevik inqilabından sonra bölgədə hökm sürən xaos dövründə türk qoşunlarının köməyi ilə İstanbula qədər gedib çıxıb. O, 1918-ci ildə İstanbuldakı Sanayi-i Nefise məktəbində təhsilini davam etdirib. Burada məşhur ustad İbrahm Çallıdan dərs alan Rəhman Səfiyev “İbrahim” ləqəbini də müəllimindən götürüb.
1930-cu ilə qədər Namiq İsmayılın atelyesində çalışan İ.Safiyə 1924-25-ci illərdə Atatürkün portretini çəkmək qismət olub. 1950-ci illərin əvvəllərində İstanbulun Sultanəhməd, Sarayburnu, Eminönü səmtlərində peyzaj rəsmləri yaradan İbrahim Safi 1953-cü ildən başlayaraq 10 il ərzində Avropanın müxtəlif ölkələrindəki mədəniyyət və sənət mərkəzlərində tədqiqat aparıb. 1960-cı illərdə Türkiyədə rəsm sənətinə marağın artması rəssamın maddi vəziyyətinin yaxşılaşmasına səbəb olub. Türkiyədə alıcılarının sayı artan əsərlərinin Avropanın müxtəlif sərgi salonlarında və qalereyalarında satışı rekord vurub.
Rəssamın ən böyük kolleksiyasına sahib olan köməkçisi Naci Dərzi xatirələrində yazır ki, o, hamıya şirin Azərbaycan türkçəsi ilə “ay bala” deyə müraciət edərdi. Onun sözlərinə görə, İbrahim Safi həmişə anadan olduğu doğma Vətəninin həsrətini çəkirmiş. Onu da qeyd edək ki, İbrahim Safinin 1930-cu illərdə çəkdiyi rəsmlərin altında rusca “Raxman Safiev” imzasını görmək mümkündür. 100-cü şəxsi sərgisinin açıldığı 5 may 1983-cü il tarixindən bir neçə gün sonra İbrahim Safi vəfat edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü ilə rəssamın İstanbulun Bəyoğlu rayonundakı İstiqlal prospektində yerləşən yaşadığı evin qarşısına xatirə lövhəsi də vurulub.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42

