Hacıbəyovlar nəslinin layiqli davamçısı:
20.08.2022 [12:13]
Maestro Niyazi - 110
Hər zaman yeri görünən sənətkarın doğum günüdür...
Y.BAYRAMOVA
Bu gün Maestro Niyazinin doğum günüdür. Azərbaycanın Xalq artisti Niyazi Zülfüqar oğlu Tağızadə - Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflis şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən, əmisi Üzeyir Hacıbəyov isə dahi bəstəkar idi. Çox kiçik yaşlarından ətrafında məşhur xanəndələr görən Niyazidə də musiqiyə böyük maraq oyanır. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alır, lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrad şəhərinə gedir.
Maestro Niyazi bəstəkar kimi də uğur qazanıb. Təsadüfi deyil ki, o, “Çitra” baletinə görə Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülüb. Onun sevgi dolu bəstələri bu gün də dünyanı dolaşmaqdadır. Niyazinin ilk böyük müvəffəqiyyəti isə 1938-ci ildə Moskvada keçirilmiş “Azərbaycan incəsənəti günləri”ndəki çıxışı ilə bağlıdır. O, Moskvada Üzeyir Hacıbəyovun “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edib. Maestronun ömrünün sonunadək davam edən belə uğurlu çıxışları mədəniyyət tariximizə qiymətli səhifələr yazıb. Maestro Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada təbliği ilə yanaşı, Qərb və rus bəstəkarlarının əsərlərinə də eyni dərəcədə peşəkarlıqla dirijorluq edib. Dünyanın ən məşhur salonlarında çoxsaylı tamaşaçılar uzun müddət onun sənətinin sehrindən ayrıla bilməyiblər.
Təbii ki, Niyazinin yaradıcılığında ona dünya şöhrəti gətirən dirijorluq sənəti olub. Lakin o, bəstəkar kimi bir sıra simfonik əsərlər, kinofilmlərə, dram tamaşalarına musiqilər, romanslar yazıb, Z.Hacıbəyovun “Aşıq Qərib”, Ü.Hacıbəyovun “Arşın mal alan” və s. əsərlərinin yeni redaksiyalarını hazırlayıb, bir çox Azərbaycan xalq mahnılarını simfonik orkestr üçün işləyib, “Rast” və “Şur” muğamlarını nota salıb. Niyazinin üç əsəri - “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti onun bəstəkarlıq fəaliyyətində xüsusi önəm daşıyır. Güclü emosional təsiri, zəngin melodiyası, harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənən “Rast” simfonik muğamı müəllifin dirijorluğu altında bir çox xarici ölkələrdə səslənib, Çexiyada “Suprafon”, ABŞ-da “Rikordi” musiqi şirkətləri tərəfindən qrammofon valına yazılıb. “Xosrov və Şirin” operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqoda” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletində isə hind xalq musiqisi ritmlərindən, hind musiqi alətlərinin səslərini xatırladan tembrlərdən istifadə edilib.
Niyazi sənəti Dmitri Şostakoviç, Bülent Tarcan, Vatslav Dobiaş və digər sənətkarlar tərəfindən yüksək qiymətləndirilib. Onunla sıx yaradıcılıq münasibətlərində olan böyük rus bəstəkarı Dmitri Şostakoviç demişdi: “Cəsarətlə təsdiqləyə bilərik ki, Azərbaycan musiqisinin bütün dünyada tanıdılması üçün borclu olduğu musiqiçilərdən biri Niyazidir. Azərbaycan fəxr edə bilər ki, belə bir dirijoru var”.
Niyazi həssas, ömrü boyu sevməyi bacaran bir qəlbə malik insan idi. O, həyat yoldaşı Həcər xanımla 51 il birgə ömür sürüb, onların ailə həyatı bir sevgi dastanına çevrilib. Onun əbədiyaşar sənət naminə çəkdiyi zəhmətlər layiqincə qiymətləndirilib. Maestro ən yüksək mükafatlara layiq görülüb. O, müxtəlif vaxtlarda Dövlət mükafatlarına, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüş, bir çox orden və medallarla təltif olunub, Tbilisinin fəxri vətəndaşı seçilib.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hələ 1970-ci illərin əvvəllərindən başlayaraq hər ayın cümə günləri maestro Niyazi Dövlət Filarmoniyasında simfonik musiqi axşamları təşkil edib. 1994-cü ildə maestronun mənzil-muzeyinin açılışında iştirak edən ulu öndər Heydər Əliyev 2002-ci il avqustun 19-da “Niyazinin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycan Prezidenti İlham Əliyev “Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2010-cu il 20 may tarixli Sərəncamı isə maestronun böyük sənətkarlığına olan ehtiramın ifadəsidir.
İllər ötür, zaman dəyişir, sənətə yeni-yeni istedadlar gəlir, amma Niyazinin yeri hər zaman görünür. Onun sevgi dolu əsərləri indi də dünyanı dolaşır. Dünyanı dolaşan təkcə sənətkarın əsərləri deyil, həm də onun adını daşıyan gəmidir. Qürur hissi ilə bildiririk ki, ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” quru yük gəmisi hazırda xarici sularda üçrəngli Azərbaycan bayrağı altında üzür...
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44

