Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İlham Əliyevin sirri

İlham Əliyevin sirri

04.03.2024 [11:15]

Alqiş Musayev

İlham Əliyev Tarix yaradır.

İlham Əliyev Tarix yazır.

Coğrafiyamızın, milli taleyimizin səmtini müəyyən edən strateji qərarlar qəbul edir.

2023-cü il ildönümləri və fövqəladə günlərlə zəngindir:

Dahi Öndərimizin 100 illiyi!

Şərqdə ilk Cümhuriyyətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105, Türkiyə Xalq Cümhuriyyətinin elan edilməsindən 100 il ötür.

Düz 30 ildir ki, Heydər Əliyevin siyasi kursu qurtuluşçuluq missiyası, müstəqil dövlətçilik platforması kimi uğurla irəliləyir.

2023 – “Heydər Əliyev İli” tariximizə unikal töhfələr verir.

Aprelin 23-ü Həkəri çayının üstündə Laçın sərhəd-buraxılış məntəqəsi quruldu.

Sentyabrın 20-si erməni silahlı birləşmələrinin Qarabağdakı tör-töküntüləri 23 saat ərzində ləğv edildi və  konstitusiya quruluşumuzun bərpası yekunlaşdı.

Bu il həm də İlham Əliyevin Azərbaycan Prezidenti seçilməyinin 20 ili tamam olur.

“Heydər Əliyev İli”ndə İlham Əliyevdən söz açmağın xüsusi yeri var.

Həm də bu mövzuya bir əşədü ehtiyac duyulur.

Çünki İlham Əliyev Heydər Əliyevin bir ömür həsr etdiyi mübarizənin, milli mücadilənin davamıdır…

“Ilham Əliyevin istənilən vəziyyətdə, fərqli auditoriyalar qarşısında, müxtəlif tribunalarda  həmişə korrekt, sərrast formada olmağının sirri nədir?”-  İyulun 22- də Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda Prezidentin çıxışını müzakirə edərkən bir həmkarımız məndən soruşmuşdu.

Peşə fəaliyyətim və vətəndaş öhdəliyimdən irəli gələn bir diqqətlə onun fəaliyyətini  izləyirəm.

Və hər müsahibədən sonra ağlımdan yalnız bir fikir keçir: Prezidentin ən mükəmməl müsahibəsidir.

Amma bu qənaətimin ömrü çox qısa olur - Prezidentin növbəti müsahibəsinə qədər.

Növbəti müsahibədən sonra eynisini düşünürəm:

Bu, Prezidentin ən mükəmməl söhbətidir.

Onun fəaliyyətində qeyri-adi ardıcıllıq, dərhal nəzərə çarpan bir artım var.

Bu dinamikanın əsasında nələr dayanır?

Dövlətin ali məqamından qaynaqlanan məsuliyyət, özünə qarşı həddindən artıq tələbkarlıq , özü üzərində işləmək vərdişi, təcrübə, intellekt, gendən, fitrətdən gələn keyfiyyətlər, yoxsa nə?

Məncə, İlham Əliyevin hətta ən ekstremal şəraitlərdə belə mükəmməl davranmağının sirri nədir sualına ən dəqiq cavabı Cənab Prezidentin özü verir. "İradə, cəsarət, öz gücünə əminlik!"

İlham Əliyev ölkənin Birincisidir.

Bütün hallarda dövlətin adından çıxış edir.

Prezident ölkənin ən informasiyalı şəxsidir.

Və təbii ki, çıxışlarında və bəyanatlarında səhih məlumatlara istinad edir.

Prezident xalqını təmsil etdiyi üçün hər addımında Azərbaycan xalqının hissiyyatını ifadə edir.

Amma Prezidentin hər cür ifadə tərzinin arxasında böyük bir zəkanın dayandığı bütün parametrləriylə özünü büruzə verir.

Hətta ən dramatik, ən həssas məsələləri elə təqdim edir, elə həll edir ki, kimsənin onu mübahisələndirmək şansı qalmır.

Ötən il Şuşada Şuşa bəyannaməsinin ildönümü keçirilirdi.

Türkiyədən gələn qonaqlar sırasında Efqan Ala da vardı.

Efqan bəy AK partinin sədr müavinidir.

Zamanında Türkiyənin daxili işlər naziri olaraq çalışıb.

Həmin gün – Qurtuluş Günündə təşkil edilmiş tədbirdə onun parlaq çıxışı mənim hafizəmə həmişəlik həkk olundu.

Efqan bəy nitqində dedi ki, Şuşada olarkən bilmirsən Şuşa şəhərmi, yoxsa şeirmi?

Şuşada olarkən sanki bir möhtəşəm şeirin misraları arasında gəzişirsən.

Türk qardaşımız haqlıdır.

Şuşa gərçəkdən bir poeziya örnəyidir.

Ancaq bədii istedadla yazılan poeziya mətni deyil.

Bu gün işğaldan azad edilmiş Şuşa İlham Əliyevin hərbi-siyasi qüdrəti ilə qələmə alınmış bir şeirdir.

Həm də təkcə Şuşa yox, bütün  “külli Qarabağ” böyük istedadla yaranmış bir hərbi-siyasi kompozisiyadir. Bizim bədii istedadla ərsəyə gətirilmiş poeziya nümunələrimiz çoxdur, amma bizim tariximiz uzun əsrlərdir ki, siyasi-hərbi poeziya nümunəsinə - Qələbəyə, Zəfərə təşnə idi.

İlham Əliyev Azərbaycan tarixinə müstəsnaların, ilklərin müəllifi kimi daxil olur. Hər il, hər ay, hər gün yeni bir ilkə imza atır. 2023-cü il də bu baxımdan istisna olmadı.

23 aprel İlham Əliyevin imzasıyla tarixə böyük və qızıl hərflərlə yazıldı.

Prezidentin özünün dediyi kimi, 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir.

Həm də necə?

Uzun illər boyu bizi bölüb parçalayıb kiçildiblər. Özü də bizdən soruşmadan, iradəmizi nəzərə almadan sərhədlərimizı çızıblar.

Arazda ikiyə ayırıblar,  İrəvanda,  Zəngəzurda param-parça ediblər. Həm də bizdən heç nəyi soruşmadan.

23 aprel 2023-cü ildə Həkəri çayının üstündə qoyulan Laçın sərhəd-buraxılış məntəqəsi bizim ilk özəl dövlət sərhədimizdir.

Son bir necə əsrdə ilk dəfədir ki, sərhədimizi özümüz müəyyən edirik.

Bu, dövlət olmağın qürurudur.

Lider olmağın təsdiqidir.

Laçın günlərimizin dönüşünü müjdə verən bir tarixdir.

23 saatlıq antiterror tədbirləri 200 illik separatizmin sonunu gətirdi. Hər şey 100 il əvvəl sentyabrın 18-də baş vermişdi. Onda Xankəndinin adini Stepanakertlə əvəzləmişdilər. Hər şey 2023-ci ilin 23 aprelində və sentyabrın 19-da bitdi. Biz Xankəndi adına de-yure ve de-facto sahibləndik.

Hazırda Azərbaycan dövlətçiliyi özünün laçın dövrünü yaşayır.

Zəfərimizi həzm edə bilməyənlər baxa-baxa qalıblar.

Laçın postundaki mənzərəni yalnız binoklla seyr edib məyus-məyus geri qayıtdıqları kimi.

Dünyanın sifəti çönüb.

Avropa heyrət  və təəccüb içindədir. Bədxahlarımızın gözü bərəlib.

2002-ci ildə “Yeni Azərbaycan” qəzeti İlham Əliyevin ABŞ səfərinə həsr edilmiş xüsusi buraxılış çap etdi.

Dərgimiz Ulu Öndərin çox xoşuna gəlmişdi.

Onda məndən soruşdu ki, sən onun (İlham Əliyevin) Cons Hopkins Universitetindəki çıxışına və suallara verdiyi cavablara qulaq asdın?

- Əlbəttə ki, bəli, qulaq asdım,- dedim.

Ulu Öndərimiz bir qədər düşünüb əlavə etdi:

- Oğlum olduğu üçün demirəm, amma etiraf edim ki, mən Heydər Əliyev o suallara o cür mükəmməl və o cür dəqiq cavablar verə bilməzdim...

Bu, bir atanın öz övladına verdiyi dəyər deyildi, bir Ustad siyasətçinin, azman dövlət adamının İlham Əliyevin dəyanətinə verdiyi qiymət idi.

Doğrusu, mən o vaxt Ulu Öndərimizin elə deməyinə bir qədər təəccüblənmişdim.

İndi İlham Əliyev bütün dünyanı təəccübləndirir, heyrətləndirir...

Və Azərbaycanla hesablaşmağa məcbur edir!

Alqış Həsənoğlu

”Yeni Azərbaycan” qəzetinin baş redaktoru

Paylaş:
Baxılıb: 248 dəfə

Müəllifin digər məqalələri:

Xarici təzyiqlərə boyun əyməməyin qüruru və düsturu…

Vətəndaş öhdəliyindən irəli gələn...

26.09.2024 [16:17]

40-cı paralel üzərində…

(Çin səfərindən...

08.05.2024 [10:50]

RUHUN ŞAD OLSUN, QONŞU: İLHAM ƏLİYEV BACARDI!

Həmin gün onun dediklərini,...

04.03.2024 [11:28]

HİMNİMİZİN 3-CÜ BƏNDİ...

İLHAM ƏLİYEV XALQIMIZ,...

04.03.2024 [11:19]

İlham Əliyevin ( və ölkəsinin) əsas resursu nədir?

Baş redaktor...

14.10.2022 [16:06]

Heydər Əliyev yolunun alternativi yoxdur!

Baş redaktor...

07.10.2022 [16:30]

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31