Siyavuş Novruzov: “Milli şura”dakıların vahid məqsədi, ideyası, əqidəsi yoxdur
23.08.2013 [09:17]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Amerikanın Səsi”nə verdiyi müsahibəsində seçkiqabağı mühit, “Milli şura”nın “vahid namizəd”i, müxalifətdaxili durum, prezident seçkilərinə hazırlıq, Rusiyada olan bəzi qüvvələrin Azərbaycanda seçki prosesinə qarışmaq cəhdlərindən danışıb. SİA həmin müsahibəni təqdim edir:
- Azərbaycanda hazırkı seçki mühitini necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycanda istər qanunvericilik, istərsə də ictimai-siyasi baxımdan seçki mühiti üçün lazım olan bütün şərait yaradılıb. Namizədlərin qeydə alınması üçün Azərbaycanda ən asan şərtlər var. Qanunvericiliyə uyğun olaraq hər bir namizəd ərizə ilə müraciət edib Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçə bilər. Bundan sonra 40 min imza toplamaqla prezidentliyə namizəd ola bilər. Bununla yanaşı, siyasi partiyalar da öz namizədlərini irəli sürə bilər.
- “Milli şura”nın sədri Rüstəm İbrahimbəyov bəyan edib ki, onun namizədliyinin təsdiq edilməsi üçün bir sıra maneələr yaradılır. Bu fikirlərə münasibətiniz necədir?
- İbrahimbəyovun əvvəlcədən münəccimlik etməsi düzgün deyil. O, əvvəlcə sənədlərini lazım olan quruma təqdim etməli və orada onun sənədlərinə baxılmalı, hər hansı bir problemin olub-olmaması dəqiq yoxlanılmalıdır. Bundan sonra dəqiq məlumat vermək olar. O, kəşfiyyata çıxmayıb ki, namizədliyi üçün hansısa maneə yaradıldığını desin. Yəqin özü hiss edir ki, müəyyən problemləri var. Digər halda nə Azərbaycanın rəsmi qurumları, nə hüquq mühafizə orqanları, nə də Mərkəzi Seçki Komissiyası tərəfindən İbrahimbəyovun namizədliyinin qeydə alınmaması ilə bağlı problem yoxdur.
- Bildiyimiz kimi, Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı var və bu məsələ hələ də öz həllini tapmayıb. Lakin “Milli şura” İbrahimbəyovun Rusiya qarşısında heç bir öhdəliyinin olmaması ilə bağlı arayış təqdim etdiyini deyib. Belə halda Mərkəzi Seçki Komissiyasına müraciət etmək mümkündürmü?
- Mətbuatdan əldə etdiyimiz məlumata görə, həmin arayış ondan ibarətdir ki, o, Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət edib. Yəni, bu da o dəməkdir ki, bu arayışda öhdəliklə bağlı heç bir məsələ yer almayıb. Əgər varsa, lap yaxşı. Hər zaman demişik ki, bizim namizədimizə heç bir alternativ yoxdur. Lakin qanunvericiliyə uyğun olaraq hər bir kəs öz namizədliyini MSK-ya təqdim edə bilər. Qanun qarşısında hər kəs bərabərdir. Bu istər Rüstəm İbrahimbəyov, istərsə də digər siyasi partiyaların rəhbərləri olsun.
- “Milli şura” “vahid namizəd” məsələsi ilə bağlı müzakirələr aparır. Çünki bir çoxları deyir ki, “Milli şura” seçkilərdə iştirak etməsə, o zaman seçkilər alternativsiz olacaq. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?
- Bu fikrin özü yanlışdır. Ümumiyyətlə, dünyada belə bir anlayış yoxdur ki, kiminsə seçkidə iştirak etməsi demokratik hesab olunur. Hər bir vətəndaşın seçmək və seçilmək hüququ var. Ona görə də belə fikirləri kim ortaya atıbsa, o zaman özünə təskinlik versin. Namizəd sayından asılı olmayaraq keçirilən seçkilərdə yekun sözü hakimiyyətin mənbəyi olan xalq deyəcək.
- “Milli şura” Azərbaycanda seçki prosesinin demokratikləşməsinə və ədalətli olmasına mane ola bilirmi?
- “Milli şura” bu məsələdə qətiyyən heç nəyə mane ola bilməz. Şuraya toplananlar ayrı-ayrı siyasi partiyalar, dəstək tapa bilməyən və yaxud da namizədlərini partiya tərəfindən irəli sürə bilməyən insanlardan təşkil olunub. Həmin insanlarda da vahid məqsəd, ideya, əqidə yoxdur. Onlar sadəcə ayrı-ayrı maraqlar çərçivəsində toplanan insanlardır. Hər biri öz şəxsi marağını ümumxalq marağından üstün tutur. Həmin maraqlar da bu günə qədər imkan vermir ki, “vahid namizəd” məsələsində ortaq məxrəcə gələ bilsinlər. AXCP tərəfindən “Müsavat”ın bu işin pozucusu olması ilə bağlı fikirlər səsləndirilir. Müxalifətin birliyinə zərər dəyməsində, parçalanmasında “Müsavat”ı ittiham edirlər. “Müsavat” AXCP sədri Əli Kərimlinin namizəd ola bilməməsi potensialını ortaya qoyaraq onu seçki prosesini pozmaqda ittiham edir. Üzdə bir yerə toplaşsalar da, ittihamlar eyni mərkəzdən verilir. Həmin quruma “Milli şura” adının verilməsi belə onlara hörmət gətirə bilmədi, əksinə hörmətdən saldı. Çünki Azərbaycan Demokratik Cümhuriyyətinin vaxtında yaradılan Milli Şura xalqın taleyüklü məsələlərini ortaya çıxaran və onu həll edən bir qurum olub. Lakin indiki “Milli şura”ya toplaşanların nə potensialı, nə marağı, nə də xalqın xeyrinə xidmət edəcək istəyi var. Hər zaman qeyd etmişəm ki, “Milli şura” ölü doğulmuş uşaq kimidir. Artıq bu qurumun fatihəsi də verilib. Onlar bir qrup gəncləri aldadıb yoldan çıxarmaq istəyirlər. Onlar bu yolla ədalətli addım atmaq istəyirlərsə, o zaman geri çəkilib yerlərini yeni düşüncə tərzində olan gənclərə versinlər. Orada təmsil olunanların bir çoxunun heç ixtisası belə yoxdur və çoxları siyasəti peşə yox, gəlir mənbəyi kimi seçiblər.
- “Milli şura” deyir ki, biz Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə qalib gələcəyik...
- Təbii ki, bu onların xülyası və ya yaxşı yatsalar, görə biləcəkləri yuxudur. Getdikcə onların psixologiyası da pozulmağa başlayıb.
- Bəzi politoloqlar bildirirlər ki, Rusiya hər zaman Azərbaycanın daxili siyasətinə qarışmaq istəyib. Misal olaraq Rusiyada “Milyarderlər ittifaqı” yaradıldı və ya oradakı diaspor təşkilatlarının vasitəçiliyi ilə Azərbaycanın daxili siyasəti təqib olundu. Lakin Vladimir Putinin ölkəmizə səfərindən sonra sanki bu tənqidlər və çıxışlar sıfıra endi. Buna səbəb nə idi?
- Səbəb ondan ibarət idi ki, Rusiyada erməni diasporu fəaliyyət göstərir və Rusiya mətbuat orqanlarında, ayrı-ayrı dövlət strukturunda Azərbaycanın inkişafını gözü götürməyən insanlar çalışır. Onların məqsədi budur ki, iki ölkə arasında hər hansı bir qarşıdurma yaransın və münasibətlərə xələl gəlsin. Sadə bir misal çəkmək olar ki, builki “Eurovision” mahnı müsabiqəsində Rusiyaya səslərin verilmədiyini dedilər. Bu bilavasitə Rusiya ictimaiyyətinə yönələn təxribat idi. Bununla da orada yaşayan azərbaycanlılara qarşı münasibəti korlamaq istəyirdilər. Ayrı-ayrı mətbuat orqanlarında çalışan insanlar hər zaman belə məlumatları qabartmağa çalışırlar. Bununla yanaşı, xüsusi dövlətlər var ki, Azərbaycanın təbii sərvətlərindən istifadə etmək üçün Rusiya ilə Azərbaycan arasında münasibətlərin korlanmasına cəhd etməklə məşğuldurlar. Azərbaycan postsovet ölkəsində yeganə dövlətdir ki, müstəqil siyasət aparır. Ermənistanı çıxmaq şərti ilə bütün qonşu dövlətlərlə xoş münasibəti var. Azərbaycan bundan sonra da öz siyasətinə sadiq olan dövlət kimi qalacaq. Buna görə də Rusiya ilə Azərbaycan arasında heç bir problem yoxdur və Rusiya Azərbaycanın daxili işlərinə qarışmır. Çünki Azərbaycan dövləti buna heç vaxt icazə verməz.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

