“Seçkinin taleyini Avropada həll etmirlər”
03.09.2013 [09:20]
Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkədə seçki öncəsi vəziyyəti “Publika.az”-a şərh edib:
- Belə məlumatlar yayılır ki, hökumət seçki öncəsi “dövlət çevrilişi” həyəcanı yaratmaq və bununla da arzuolunmaz şəxsləri zərərsizləşdirmək istəyir. Misal üçün, “El” hərəkatının rəhbərliyinin istintaqa cəlb edilməsi nümunə kimi göstərilir. Bunlar nə dərəcədə həqiqətə uyğundur?
- Prokurorluq orqanlarına belə bir məlumat verilib. Bu işin araşdırılması da Azərbaycan Konstitusiyasına və Cinayət Prosessual qanunvericiliyinə tamamilə uyğundur. Əgər məlumat daxil olursa, sözsüz ki, hüquq-mühafizə orqanları buna reaksiya verməli və araşdırmalıdırlar. Buna heç bir siyasi don geyindirmək lazım deyil.
- Ziyafət müəllim, xüsusilə seçki ərəfəsinə təsadüf edən bu səpkili hadisələrə daim siyasi don geyindirmək cəhdlərinin məqsədi nədir?
- Bunlar, ümumiyyətlə, qanun çərçivəsində yaşamaq istəmirlər. Dəfələrlə deyilib, izah olunub ki, Azərbaycan hüquqi-demokratik respublikadır. Azərbaycanda qanun şahdır və hər bir hərəkət qanun çərçivəsində edilməlidir. Bunlar isə qanunu sevmirlər, qanundan kənar hərəkətlər etmək istəyirlər ki, bu da keçməz. Hüquqi-demokratik dövlət olan Azərbaycanda qanunsuz hərəkətlərə yol verilə bilməz və bunun qarşısı mütləq qanuni yollarla alınacaq.
- Hökumətə qarşı belə ittihamlar da səsləndirilir ki, xarici medianın son günlər Azərbaycana qarşı tənqidi yazılar yazmaması, hakimiyyət tərəfindən onların satın alınması ilə bağlıdır.
- Tamamilə cəfəng və boş fikirlərdir. Heç bir medianın satınalınmasından söhbət gedə bilməz. Sadəcə xarici media son illər Azərbaycanın siyasi, iqtisadi, humanitar inkişafını görür və olanları yazır. Azərbaycan həm regional, həm beynəlxalq layihələrin həyata keçirilməsində çox öncül yerlərdən birini tutur. Bunu da daxili, radikal müxalifət qısqanclıqla qarşılayır. Beləliklə, xarici mətbuata da böhtan atırlar. Əksinə ən çox qərəzli tənqidlər elə xarici mətbuatdan gəlir. Hesab edirəm ki, bunlar boş, mənasız və cəfəngiyyatdır. Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir. Bunu qəbul etmək lazımdır. Bütün beynəlxalq layihələrdə, regional və daxili layihələrdə xüsusi paya və çəkiyə malik ölkədir. Belə fikirlərin heç bir əsası yoxdur.
- “Milli şura” London səfərinə hazırlaşır. Seçki öncəsi belə səfərləri nə ilə əlaqələndirmək olar?
- “Milli şura” deyilən qondarma bir təşkilatın nümayəndələri Avropaya səfərə hazırlaşır. Bundan əvvəl isə Rüstəm İbrahimbəyov Amerikaya, Avropaya getdi-gəldi. Sonra Eldar Namazov getdi. Bu, turist səfərləridir, gedirlər, gəlirlər. İndi bunların namizədi gedir. Bu onların öz işidir. Amma bir şeyi bilməlidirlər ki, seçkinin taleyini Avropada həll etmirlər.
Azərbaycanda bunu Azərbaycan xalqı həll edir. Əgər bunların Azərbaycan xalqına hörməti varsa, xalqla işləməlidirlər. Azərbaycan Konstitusiyasına görə Azərbaycanda hakimiyyətin mənbəyi və suverenliyin daşıyıcısı xalqdır. Buna görə də, xalqa işləmək lazımdır. Onlar bilirlər ki, xalq bunlara səs verməyəcək, onların kim olduğunu əla bilir. İndi başlayıblar Şərqdən, Qərbdən, ordan-burdan dəstək almağa. Dəstəyi Azərbaycan xalqından almaq lazımdır, seçkinin taleyini xalq həll edir.
- Bəs bu cür səfərlərin edilməsi kənar müdaxilə təhlükəsi yaratmırmı?
- Bunların xaricdən maliyyə dəstəyi alması, eləcə də digər yardımları qəbul etməsi Azərbaycan Konstitusiyasına və Seçki Məcəlləsinə zidd hərəkətlərdir. Qanunvericilik belə şeyləri qəti qadağan edir. Heç bir namizəd xarici təşkilatlardan maliyyələşə bilməz. Belə hərəkətlər ciddi məsuliyyət yaradır və bunlar olacaqsa qanun qarşısında cavab verməli olacaqlar.
- Ziyafət müəllim, bir müddət öncə siz Ermənistanın seçki ərəfəsində cəbhədə gərginlik yaratmaq istəyinin olduğunu açıqladınız. Hazırda belə cəhdlər mövcuddurmu?
- Ermənistan həmişə bu yollara əl atıb, bu gün də atır. Bu ondan xəbər verir ki, Ermənistan konstruktiv dialoqa hazır deyil. Ermənistan hər cəhdlə çalışır ki, cəbhədə vəziyyəti gərginləşdirsin. Bunun da günahını bizim boynumuza yıxır, dünyaya car çəkir ki, guya Azərbaycan tərəfi atəşkəsi pozub. Azərbaycan tərəfi atəşkəsə həmişə əməl edib, bu gün də əməl edir. Biz məsələnin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıyıq. Mən müsahibələrimin birində demişdim ki, Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin pozulmasında Ermənistanın iki məqsədi var. Birincisi budur ki, Ermənistan əhalisinin diqqətini ölkədəki daxili problemlərdən ayırmaq. Bununla da, fikir formalaşdırırlar ki, görürsünüz Azərbaycan tərəfi atəşkəsi pozur. İkinci məqsəd isə beynəlxalq ictimaiyyətə Azərbaycan tərəfinin sülhə hazır olmadığını göstərməkdir. Amma tamamilə əksinədir. Biz həmişə demişik, bu gün də deyirik ki, məsələnin Madrid prinsipləri əsasında çözülməsinin tərəfdarıyıq. Ermənistan da bu prinsipləri qəbul etsin və danışıqlar masasına otursun. Qətiyyətlə deyə bilərəm ki, biz möhtərəm Prezidentin dediyi kimi, mütləq Dağlıq Qarabağa qayıdacağıq və bu məsələni mütləq həll edəcəyik. Amma istəyirik ki, bu, sülh yolu ilə olsun. Əgər Ermənistan belə təxribatlarını davam etdirəcəksə, sözsüz ki, onun da cavabı müvafiq sürətdə veriləcək.
- Rusiyanın keçmiş kəşfiyyatçısı Anna Çapmanın Dağlıq Qarabağa qanunsuz səfəri göstərdi ki, Azərbaycan ərazilərinə belə səfərlər səngimək bilmir. Rusiya bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən vətəndaşları bu ərazilərə qanunsuz səfərlər edirlər.
- Buna qədər çoxlu belə səfərlər olub. Biz bunları izləyirik və bunların hamısı qanunsuz səfərlərdir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə bəyanatlar veririk ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsınızsa, xahiş edirik buna əməl edin, vətəndaşlarınıza bu ərazilərə getməyə icazə verməyin. Bu, Azərbaycanın ərazisidir. Kim Dağlıq Qarabağa getmək istəyirsə, Azərbaycandan icazə almalıdır. Rusiya da bizim ərazi bütövlüyümüzü qəbul edir. Belə olan halda sual olunur: bunu qəbul edirsinizsə, nə üçün vətəndaşlarınızın ora getməsinə icazə verirsiniz, şərait yaradırsınız? Biz belə halları qətiyyətlə pisləyirik. İstəyirik ki, gələcəkdə belə hərəkətlərə Rusiya vətəndaşları tərəfindən yol verilməsin.
- Hazırda gündəmdə olan digər məsələ Suriyadır. Artıq bu ölkəyə müdaxiləyə hazırlıq gedir və müdaxilədə Türkiyənin də iştirakı gözləniləndir. Azərbaycan Türkiyənin strateji müttəfiqi kimi bu məsələdə hansı mövqeyi tutacaq?
- Biz Türkiyə ilə strateji müttəfiqik, amma, bu, bizim Türkiyənin daxili işlərinə qarışmaq mənasına gəlməməlidir. Türkiyə ilə əlbəttə ki, qardaşıq, dostuq, amma daxili işlərinə qarışmırıq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37

