Hikmət Babaoğlu: İlham Əliyev Azərbaycan xalqının həm rəsmi, həm də qeyri-rəsmi lideridir
23.09.2013 [09:26]
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun SƏS TV-yə müsahibəsi:
- Hikmət müəllim, artıq 9 oktyabrda keçiriləcək seçkilərdə prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Bununla bağlı İctimai Televiziya və Radioda teledebatlar da təşkil olunur. Amma nədənsə bu debatlarda “Milli şura”dan prezidentliyə namizəd Cəmil Həsənov öz hisslərinə hakim olmayaraq təhqirlərə və qeyri-etik hərəkətlərə yol verir. Bu barədə nə deyə bilərsiniz?
- Həmin debatlarda baş verən hadisələr radikalların faciəsi və müxalif platformada fəaliyyət göstərməyə çalışan, özlərini siyasətçi adlandıranların iflasıdır. Azərbaycan cəmiyyəti Cəmil Həsənovu siyasi riyakar kimi tanıyır. Çünki o, zamanında mənimsədiyi, qəbul etdiyi və təbliğ etdiyi dəyərlərin əleyhinə çıxır. Vaxtilə deputat kimi fəaliyyət göstərərkən kitablarında, çıxışlarında Ümummilli lider Heydər Əliyevin siyasi kursunu və dövlətçilik ideologiyasını təbliğ edən bu şəxs birdən-birə hər şeyin əksini söyləməyə başlayıb. Onun bu siyasi riyakarlığı Azərbaycan cəmiyyətində və ictimaiyyətində haqlı olaraq ikrah doğurub. Sonradan isə Cəmil Həsənov anti-azərbaycançı mərkəzlər tərəfindən müəyyənləşdirilən oyunda epizodik rol aldı. Belə ki o, Rüstəm İbrahimbəyova dublyorluq etməli idi. Məhz bu prosesdə Cəmil Həsənovun yeni keyfiyyətləri ortaya çıxdı. Bəlli oldu ki, o, Azərbaycanda mövcud olan demokratik hüquqi sistemin imkanlarından sui-istifadə edərək prezidentliyə namizəd kimi qeydə alındı. Sonradan isə məlum oldu ki, o həm də saxtakardır. Əslində, elə ilk debatdaca Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov tərəfindən ifşa edildi. Bəlli oldu ki, prezident olmaq istəyən bu şəxs saxta sənədlərlə dövlət büdcəsindən xeyli miqdarda pul mənimsəyən adi bir oğrudur. Sonrakı debatlarda isə biz Cəmil Həsənovun yeni bir keyfiyyətini gördük. Sən demə, o həm də mahir bir təxribatçıdır. Görünür, ona təlimat verilib ki, Azərbaycanın ictimai rəyi, sosial psixologiyası humanist olduğu üçün əziləni müdafiə edir. Məhz Cəmil Həsənov da debatlar zamanı “ildırımı” öz üzərinə çəkməklə bu cür obraz yaratmağa çalışdı. Amma o, heç bu rolu da düzgün oynaya bilmədi və özünü son məqamda ifşa etdi. Əlbəttə ki, bu yaxşı hal deyil. Biz bilirik ki, bu oyunlar imperialist mərkəzlər, qlobalistlər tərəfindən milli dövlətə və onun liderinə yönəlmiş oyunlardır. Anti-azərbaycançı mərkəzlər, o cümlədən qlobalistlər dünyada lidersizləşdirmə və dövlətsizləşdirmə siyasəti həyata keçirirlər. Onlar ayrı-ayrı ölkələrdə vətəndaşı öz liderinə, dövlətinə qarşı qaldırmaqla vətəndaş müharibəsi yaradırlar. Sonda isə bunun adını demokratiya qoyurlar. Ancaq xoşbəxtçilikdən Azərbaycan cəmiyyəti intellektual cəmiyyətdir və bu prosesləri kənardan müşahidə edərək doğru nəticə çıxarmağı bacarır. Çox təəssüf ki, professor Cəmil Həsənov bunu dərk etmir. O, elə bilir ki, onun oyunları Azərbaycanda reallaşacaq. Lakin Cəmil Həsənov bir şeyi unudur ki, ondan fərqli olaraq ölkəmizdə çox böyük analitik, intellektual keyfiyyətlərə malik geniş auditoriya var. Bu siyasi auditoriyanın adı isə Azərbaycan xalqıdır. Beləcə, ölkə vətəndaşları onun hansı oyunu oynadığını və hansı məqsədlərə xidmət etdiyini (Rüstəm İbrahimbəyovun Dağlıq Qarabağı ermənilərə vermək istəməsini) gözəl dərk edir. Bu mənada hesab edirik ki, Cəmil Həsənov hər nə qədər təxribat etsə də, öz dublyor rolunu professional səviyyədə oynamağa çalışsa da, bu alınmır. Nəticədə, bu insan Azərbaycan xalqına, dövlətinə, xəyanət və hörmətsizlik etmiş olur. Cəmil Həsənov professor olmasına baxmayaraq, Azərbaycan ədəbi dilində danışa bilmir. Eləcə də bu insan öz davranışlarına nəzarət etməyi bacarmır. Bu adam xalqın gözü qarşısında sənədlərlə ona yönəlmiş ittihamlara cavab verə bilmir. Sonda isə məlum olur ki, Cəmil Həsənov bir neçə ildir saxta sənədlərlə dövlət büdcəsindən pul oğurlayır və bunun cavabını da verə bilmir. Belə olan halda Cəmil Həsənov qeyri-etik və qeyri-mədəni davranışlarla öz saxtakarlığını ört-basdır etməyə çalışır.
- Ölkə mətbuatında belə bir fikir səsləndirilir ki, bu seçkilər Əli Kərimlinin, İsa Qəmbərin və digər müxalifət nümayəndələrinin sonu olacaq. Bir sözlə, onlar bu siyasi səhnədən silinəcəklər. Bu haqda fikirlərinizi öyrənmək istərdik.
- Əslində, Azərbaycan siyasi sisteminin radikal düşərgəsi kimi səciyyələndirdiyimiz bu qruplar çoxdan ölkə siyasətindən kənarda fəaliyyət göstərirlər. Çünki onlar sistemdə heç bir prosesə müdaxilə edə və qoşula bilmirlər. Belə olan təqdirdə isə onlar sistemdən kənar autsayderlərdir. Amma məsələ ondadır ki, normal siyasi mədəniyyətin formalaşdığı cəmiyyətlərdə belələri mütləq siyasi səhnədən çəkilirlər. Təəssüf ki, Azərbaycanın inkişafının önündə tormozlayıcı funksiya yerinə yetirməyə çalışan bu qruplar hələ də ölkə siyasətinin yaxasından düşmək istəmirlər. Hesab edirik ki, bundan sonrakı yeni mərhələdə Azərbaycan siyasi sistemində necə ki, onlara yer yox idi, bundan sonra da olmayacaq. Bundan sonra isə konstruktiv müxalifət-iqtidar münasibətlərinə yeni güclər qoşulacaq. Yəni, demokratiya inhisarçısı kimi səciyyələndirə biləcəyimiz AXCP və Müsavat Partiyasının ətrafında olan 3-5 nəfər gənc də ölkəmizin dinamik hərəkətdə olan, normalar sistemi ilə tənzimlənən demokratik cəmiyyətinə transfer olacaqlar.
- Müxalifət bu seçkilərdə də 5 illik nokauta düşdü. Onlar bunu ört-basdır etmək üçün başqa namizədlərlə, xüsusən, hakim partiya təmsilçiləri ilə konflikt yaratmağa can atırlar.
- Şübhəsiz ki, radikal müxalifət ciddi və dərin depressiya içərisindədir. 1993-cü il hadisələrindən bu günə kimi onlar hələ də özlərinə gələ bilməyiblər. Sonrakı mərhələdə isə onlar bir dəyər, ideologiya müəyyənləşdirib onu mənimsəyə bilmədiklərinə və cəmiyyətə yeni konstruktiv, rasional bir fikir, ideya, məqsəd təqdim etmədiklərinə görə, günü-gündən az-çox qalan nüfuzlarını da itiriblər. Təbii ki, onların yenidən bərpası mümkün deyil. “Müsavat”çılıq Azərbaycan ictimai fikrinin bir mərhələsi və zənciridir. Sadəcə, “müsavat”çılıq radikal qruplar tərəfindən istismar olunaraq bu gün bir qrupun şəxsi maraqlarına xidmət edən silaha çevrilib. Bu mənada hesab edirik ki, “müsavat”çılıq ideologiyasının özü bunların əlindən alınmalı, yenidən Azərbaycan ictimai fikrinə qazandırılmalıdır. Əminəm ki, bu gün bu ideologiyanı istismar edən o qrupların içərisində bunu dərk edən ağıllı insanlar var.
- Bu gün müxalifət növbəti dəfə aksiya keçirməyi planlaşdırır. Sizcə, onların cəmiyyətə deyə bilmədikləri hansı sözlər qalıb ki, bu aksiyada onu reallaşdırmaq istəyirlər?
- Kütləvi aksiyalar hər hansısa bir liderin və ya siyasətçinin, prezidentliyə namizəd olan şəxsin öz fikirlərini və nizamnaməsini müəyyən bir auditoriyaya emosional formada, şüar şəklində çatdırmaq məqsədini özündə əks etdirir. Lakin biz görürük ki, artıq bir neçə aydır Azərbaycanın siyasi sisteminə müdaxilə etməyə çalışan Cəmil Həsənov ümumiyyətlə, proqramının və məqsədinin nə olduğunu, aksiyalardan nə əldə etmək istədiyini müəyyənləşdirə bilməyib. Bununla yanaşı o, Azərbaycan seçicisinə öz fikrini ifadə edə biləcək düzgün bir cümlə ilə müraciət edə bilməyib. Təşkil olunan debatlarda isə Cəmil Həsənov dərsini bilməyən uşaqlar kimi sadəcə, saxta məsələləri təkrar etməklə işini bitmiş hesab edir. Belə olan halda onun təşkil etdiyi mitinqə kimin gələcəyi və bu mitinqdə Cəmil Həsənovun seçicilərə nə deyəcəyi məlum deyil. Hesab edirəm ki, bu mitinqlər mənasız toplanışlardır və burada iştirak edənlərin sayı çox məhdud olur. Sadəcə, ola bilər ki, Cəmil Həsənov anti-azərbaycançı mərkəzlərdən aldığı maliyyə vəsaiti ilə bir qədər adam toplaya bilsin və elə mitinq dağılan anda da onun vəsaiti orada batıb qalacaq. Mitinqə gələnlər belə heç şübhəsiz Cəmil Həsənova səs verməyəcəklər. Çünki onun davranışı, danışığı, siyasi fəaliyyəti, siyasi riyakarlığı və saxtakarlığı Azərbaycan cəmiyyətində ümumi ictimai ikrah yaradır.
- Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təbliğat və təşviqat kampaniyasını, ümumilikdə, hakim partiyanın seçkilərə hazırlıq prosesini necə qiymətləndirirsiniz?
- Yeni Azərbaycan Paryiyası öz layiqli namizədinin təbliğat və təşviqat kampaniyasını yüksək səviyyədə qurmağı bacarıb. Seçki məcəlləsinə uyğun olaraq prosedurlar düzgün müəyyənləşdirilib, görüləcək işlər əvvəlcədən təyin olunmuş təqvim əsasında ardıcıllıqla müəyyən edilib və təbliğat-təşviqat işləri yüksək səviyyədə təşkil olunub. Lakin yerlərdə insan hiss edir ki, əslində Prezident İlham Əliyevin təbliğat və təşviqat kampaniyasına ehtiyac yoxdur. Çünki seçicilərlə görüşdə aydın olur ki, hər bir seçici Prezidentin fəaliyyəti ilə bağlı ən azı onu təbliğ etməyə gedən insanlar qədər məlumatlıdır və dəqiq mövqeyə malikdir. Bu Azərbaycan xalqının mövqeyidir. Son 10 il ərzində cənab Prezident hər gün televiziya ekranlarında, Azərbaycan xalqının gözləri önündədir. Ötən 10 il ərzində dövlət başçısı hər gün yeni obyektlərin açılışında iştirak edib. Ölkə rəhbərinin fəaliyyətinin şəffaf olması, Onun gördüyü işlərin böyüklüyü, xalqın isə bu barədə yetərincə məlumatlı olması cənab Prezidentin xüsusi təbliğata ehtiyacının olmadığını göstərir. Dövlət başçısı Öz təbliğatını əməlləri ilə yüksək səviyyədə təşkil edib. Buna görə də hesab edirik ki, cənab İlham Əliyev Azərbaycan xalqının həm rəsmi, həm də qeyri-rəsmi lideridir. Rəsmi lider onun rəsmi seçkilərdə təsbit olunmuş, müəyyənləşmiş prezidentlik statusudur. Ayrı-ayrı ölkələrdə prezident seçildikdən sonra ölkə rəhbəri rəsmi lider hesab olunur. Lakin müəyyən zaman keçdikdən sonra onun reytinqi düşməyə başlayır və müxalifətdə olan hansısa siyasətçinin reytinqi onu üstələyir. Bu zaman müxalifətdə olan siyasətçi xalqın qeyri-rəsmi liderinə çevrilir. Prezident İlham Əliyev isə Azərbaycan xalqının rəsmi lideri olmaqla yanaşı, həm də qeyri-rəsmi lideridir. Ötən 10 il ərzində nəinki Onun reytinqi xalq arasında aşağı düşüb, əksinə olaraq yuxarı qalxıb. Bu sosial-siyasi göstərici ölkə rəhbərinin effektiv fəaliyyətinin nəticəsidir. Azərbaycanın dövlət və milli maraqlarının bariz şəkildə müdafiə edilməsinin nəticəsidir ki, bu fəaliyyət 2013-cü ilin oktyabr ayının 9-da keçiriləcək prezident seçkilərində seçici səsi olaraq Prezident İlham Əliyevin Özünə qayıdacaq.
Nərmin NƏSİRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

