/ / “Human Rights Watch” təşkilatı hər zaman Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe nümayiş etdirir”
“Human Rights Watch” təşkilatı hər zaman Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe nümayiş etdirir”
15.05.2014 [09:03]
Bahar Muradova: Müsavat Partiyası qurultay keçirməməkdə maraqlıdır
Milli Məclisin vitse-spikeri Bahar Muradova Teleqraf.com-un suallarını cavablandırıb.
- Bahar xanım, “Human Rights Watch” Azərbaycanla bağlı hazırladığı hesabatda ölkədə demokratiya və insan haqlarının durumunu yenə də tənqid edib. Təşkilatın Azərbaycanla bağlı bu mövqeyini necə qiymətləndirirsiniz?
- “Human Rights Watch” təşkilatı bu və ya digər məsələlərlə bağlı hər zaman Azərbaycana qarşı münasibətdə qərəzli və ədalətsiz mövqe tutub. Bu təşkilat o zaman bəyanat verir ki, Azərbaycanda hansısa mühüm siyasi hadisə baş verir, siyasi aləmdə canlanma müşahidə edilir və s. Hansısa siyasi və ya qeyri-siyasi hadisə olanda “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar Azərbaycana qarşı qaralama kampaniyasına start verirlər. Təəssüf ki, belə bir qurum hansısa siyasi hadisədə özünün bir vasitə kimi istifadə olunmasına imkan verir və məmnuniyyətlə bu prosesdə iştirak edir. Nəzərə alsaq ki, Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinə sədrlik dövrü başlayır, bu cür hesabatların məqsədi və məramı da aydın olur.
- “Human Rights Watch”un hesabatında jurnalist Rauf Mirqədirovun həbsinə və hüquq müdafiəçisi Leyla Yunusla bağlı baş verənlərə də toxunulub. Təşkilatın Azərbaycandakı hadisələrə bu qədər həssas yanaşmasını necə qiymətləndirirsiniz?
- “Human Rights Watch” Leyla Yunusdan yazmasaydı, əlbəttə ki, təəccüblənərdik. Bu və ya digər şəxsin həbsi, hüquq-mühafizə orqanları və cəmiyyətin onlara münasibətindən bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı qaralama kampaniyasında istifadə edirlər. Leyla Yunusu Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Təcavüzkar Ermənistana qarşı loyal münasibət bəsləyən Leyla Yunus guya iki ölkə arasında dostluq münasibətləri qurmaq üçün “xalq diplomatiyası” aparır və bundan da özünümüdafiə üçün istifadə edir. Belə şəxslərdən istifadə eləməklə bəzi beynəlxalq təşkilatlar öz mahiyyətlərini ortaya qoyurlar.
- Müsavat Partiyası insan haqları və demokratiyaya loyal münasibətini əsas gətirərək, AŞPA-nın həmməruzəçilərilə görüşdən imtina edib. Doğrudanmı, AŞPA-nın həmməruzəçiləri Azərbaycanda demokratiyanın durumu ilə bağlı biganə mövqe sərgiləyirlər?
- Müsavat Partiyası nə istəyir? İstəyir ki, həmməruzəçilər proseslərə radikal müxalifətin mövqeyindən yanaşsınlar. Azərbaycanın mövcud iqtidarının yürütdüyü siyasət, gördüyü işlər, idarəetmə sistemi göstərir ki, onunla rəqabət aparmaq gücündə olmayanlar bu cür variantlardan istifadə edirlər. Onlar fürsət düşən kimi, belə qaralama kampaniyasına əl atırlar. Belə olan halda Azərbaycanın iqtidarına qarşı birmənalı münasibəti olmayan beynəlxalq təşkilatın bəzi nümayəndələrilə görüşdən imtina etmək həmin kampaniyanın davamı kimi başa düşülməlidir. AŞPA-nın həmməruzəçiləri niyə onları qane etmir? Axı həmməruzəçilər az hallarda həqiqətin harada olduğunu söyləyirlər. Müsavat Partiyası istəyir ki, məruzəçilər proseslərə yanaşmada tamamilə onların mövqeyini təkrarlasın? Kiminlə görüşüb-görüşməmək Müsavat Partiyasının öz işidir, amma düşünürəm ki, onların gətirdiyi arqument məntiqli deyil.
- Müsavat Partiyasının qurultayı yubanır. Səbəb kimi hökumətin onlara qurultay keçirmək üçün yer verməmələri göstərilir. “Müsavat”ın iddialarına münasibətinizi bilmək maraqlı olardı?
- Yaxşı olardı ki, qurultayın yubadılmasının əsl səbəblərini Müsavat Partiyasının özü açıqlasın. Amma inanmıram ki, Müsavat Partiyasının təmsilçiləri bununla bağlı suallara səmimi cavab versinlər. Onlar qurultayın keçirilməməsindən hakimiyyətə qarşı bir vasitə kimi istifadə edirlər. Gah deyirlər ki, bizə yer vermirlər, sonra deyirlər ki, verilən yer kiçikdir və s. Yaxşı bilirəm ki, qurultayın keçirilməməsinin bir səbəbi budursa, əsas səbəbi qurultayda partiya rəhbərlərini qane etməyəcək qərarların qəbuludur. Buna görə də, vaxtı uzadırlar. Bu, Ermənistanın Dağlıq Qarabağla bağlı status-kvonu uzatmasına bənzəyir. Həm Müsavat Partiyası, həm də Ermənistan daha çox vaxt udmağa çalışırlar. “Müsavat” rəhbərliyi qurultayın keçirilməsi üçün yox, keçirilməməsi üçün çalışır.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46

