Azərbaycanda futbolun inkişafı üçün bütün şərait yaradılıb
18.06.2011 [12:23]
“Yeni Azərbaycan”ın budəfəki müsahibi ölkəmizin yetişdirdiyi ən istedadlı və məşhur futbolçulardan biri olan Maşallah Əhmədovdur. Keçmiş SSRİ-nin olimpiya yığmasının üzvü, 1986-cı ildə Sovet İttifaqının 33 ən yaxşı futbolçusundan biri seçilmiş əfsanəvi futbolçularımızdan olan M.Əhmədov 100 yaşlı futbolumuzdan danışdı:
- Azərbaycan futbolunun 100 illik yubileyini qeyd etdik. Bu özlüyündə böyük hadisədir. 1911-ci ildən başlayan futbolumuz artıq 100 yaşını tamamlayıb. ölkədə futbolun 100 illik yubiley tədbirlərinin keçirilməsini yüksək qiymətləndirirəm. Yubiley günündə yeni stadionun - Mərdəkanda “Dalğa” kompleksinin açılışı oldu və bu, futbolumuz üçün mühüm məsələdir. Daha mühümü 65 minlik yeni stadionun təməlinin qoyulması oldu. Müasir standartlara cavab verəcək bu arena 100 illik tarixə malik olan futbolumuz üçün böyük töhfədir. Bildiyiniz kimi, 65 minlik arenanın təməlqoyma mərasimində dövlətimizin başçısı İlham Əliyev də iştirak etdi. Prezidentimiz həmişə idmana xüsusi diqqət göstərir, idmançıların qayğısına qalır. Bu gün ölkədə idmanın əldə etdiyi inkişaf dövlətimizin, dövlət başçımızın bu sahəyə göstərdiyi diqqət və qayğı ilə bağlıdır. Təməlqoyma zamanı dövlət başçımız orada olan futbol veteranlarımızla şəxsən görüşdü, şəkil çəkdirdi. Dövlət başçımız bu məsələlərə çox diqqətlə yanaşır və dəfələrlə vurğulayıb ki, ölkədə futbolun inkişafını istəyir və bunun üçün lazım olan bütün şərait yaradılıb. Bu, bir daha onu göstərir ki, bütün digər sahələrdə olduğu kimi, idmanın inkişafına yönəlmiş dövlət siyasətində də Ulu öndərimiz Heydər Əliyevin ənənələri yaşayır. Mən sizə bir fakt deyim. SSRİ-nin vaxtında “Neftçi”də oynayarkən biz tez-tez Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyevlə görüşürdük. Ulu öndər biz futbolçularla görüşdə bütün problemlərlə maraqlanır, söhbətləşir, problemləri ən qısa zamanda həll edirdi. Biz nə çatışmazlıqlar var, hamısını Ona deyirdik.
- Dövlət hazırda digər idman növləri kimi futbolun da inkişafına xüsusi diqqət ayırır.
- Əlbəttə diqqət ayırır. Yeni stadionların inşa edilərək futbolçuların istifadəsinə verilməsi buna bariz nümunədir. Elə təməli qoyulan 65 minlik arenanı götürək. Bunlardan savayı ölkədə futbolun inkişafı ilə bağlı Prezidentimiz tərəfindən Dövlət Proqramı qəbul edilib. Təbii ki, həll olunması vacib olan problemlər var ki, onlar tezliklə həll edilməlidir.
- Amma buna baxmayaraq, millimiz uğurlu nəticələr əldə edə bilmir. Əksəriyyət buna görə baş məşqçini günahlandırır...
- Berti Foqts çox böyük futbolçu olub və yaxşı da məşqçidir. Amma onun problemi ondadır ki, yerli futbolu, futbolçuları tanımır, çempionatın oyunlarını izləmir. Klubda heyətə düşə bilməyən futbolçu yığmanın əsas heyətində oynayır.
- Niyə millinin futbolçularının 25-30 dəqiqədən artıq oynamağa gücü çatmır?
- çünki hazırlıqları aşağı səviyyədədir. Fiziki və psixoloji hazırlıq lazımi səviyyədə olmadığı üçün oynamağa gücləri çatmır. O qədər boş tribuna qarşısında oynayırlar ki, dolu arenada oynaya bilmirlər. Almaniya ilə Bakıda keçirilən oyunda stadion demək olar ki, tam dolmuşdu. Bizim futbolçularımız belə çox azarkeş qarşısında oynaya bilmirlər, çünki psixoloji cəhətdən hazırlığa malik deyillər.
- İndiki futbolun səviyyəsini sizin oynadığınız dövrlə müqayisə etmək olarmı?
- İndiki futbolçuların səviyyəsini bizim dövrlə müqayisə etmək mümkün deyil. İndikilər nəinki bizim dövrün “Neftçi”sinin əsas heyətində, heç “dublunda” da oynamağa layiq deyillər. SSRİ çempionatını indiki İngiltərə Premyer Liqası ilə müqayisə etmək olar. Bizim futbolçularımız bu səviyyəli çempionatda oynaya bilərlərmi?
- Futbolun inkişafı üçün nə etmək lazımdır?
- İşləmək lazımdır, işi peşəkarcasına qurmaq, futbol adamlarını, bu işi bilənləri işə cəlb etmək lazımdır. Sovetin vaxtında “Neftçi”nin heyətinin təxminən 65 faizini region futbolçuları təşkil edirdi. İndi də buna ehtiyac var. Regional Futbol Federasiyasının vitse-prezidenti kimi tez-tez regionlarda oluram. Bölgələrdə yaxşı perspektivli futbolçular var, onları üzə çıxarmaq, şərait yaratmaq lazımdır. Millinin baş məşqçisi Berti Foqts gəlsin bir dəfə Salyana, orda izləsin uşaq futbolçularını. Bu yaxınlarda “Neftçi”nin bazasında həvəskar komanda ilə tələbə komandası arasında oyun oldu. çox səviyyəli oyun idi və gəlib o oyuna baxsaydınız, görərdiniz necə futbolçular var. Futbolu inkişaf etdirmək üçün işi peşəkarcasına qurmaq lazımdır. Futbolun inkişafını istəyən və bu işi bilənlər kənarda qalmamalıdır.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30

