Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fransanın insanlıq faciəsi törətdiyi yeni ünvan - Yeni Kaledoniya

Fransanın insanlıq faciəsi törətdiyi yeni ünvan - Yeni Kaledoniya

23.05.2024 [10:13]

MÜBARİZ

Yaşayış məntəqələrini bürüyən tüstü, alov. Silahlı polis qüvvələrinin, hərbiçilərin mülki insanları atəşə tutmaları. Küçələrdə barikadaların qurulması, avtomobillərin yandırılması, vətəndaşların sərbəst hərəkətlərinin məhdudlaşdırılması. Məktəblərin, digər ictimai yerlərin fəaliyyətinin məcburi qaydada dayandırlması. Çoxlu sayda ölənlər, yaralananlar və ən qəddar vasitələrlə döyülərək həbsə alınanlar... Bütün bunlar heç də xəyali təsəvvürlər deyil, son günlərdə Fransanın dənizaşırı müstəmləkələrinin birində - Yeni Kaledoniyada müşahidə edilən real mənzərələrdir. Deyə bilərik ki, hazırda bu müstəmləkə ölkəsi dünyada insanlıq faciəsinin yaşandığı yeni bir ünvana çevrilib. 

Kanak xalqını ayağa qaldıran konstitusiya “islahatları”

Əvvəlcə baş verənlərin mahiyyətinə varaq. Kanak xalqı nəyə görə etirazçıların bildirdikləri kimi, ölüm-qalım savaşına qalxaraq küçələrdə fransız hərbçilərinə qarşı canlı sipər qurublar? Qısaca desək, bəhs olunan etirazlara Fransanın bu ölkəənin aboregen sakinlərinə qarşı, necə deyərlər, səlib yürüşünə başlamasıdır. 

Məsələ burasındadır ki,  XX əsrin əvvəllərindən başlayaraq Fransa adada siyasi mövcudluğunu möhkəmlətməklə yanaşı, burada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başlayıb. Ada qızıl, bürünc, xrom, nikel, dəmir və s. filiz ehtiyatları ilə zəngindir. Fransa digər müstəmləkələrində olduğu kimi, burada da təbii sərvətləri talayıb, yerli əhalidən isə ucuz işçi qüvvəsi kimi istifadə edib. Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar. Onların yeganə məqsədi Fransanın sərhəd tanımayan zülmündən birdəfəlik qurtulmaqdır. 

Yeli əhalinin fəallığı isə Yelisey sarayını qane etmir. Paris ada ölkəsinin sərvətlərini sakit şəkildə talamaq üçün planlar qurur. Yeni Kaledoniyada əhalinin milli-etnik tərkibini dəyişmək də bu planların tərkib hissəsidir. Kanakları ayağa qaldıran yeni konstitusiya “islahatları” da məhz bu mürtəce, xəb?s niyyətə hədəflənib. İndiyədək Fransanın mərkəzi hakimiyyəti bura çoxlu sayda əcnəbinin, o cümlədən də kriminal ünsürlərin köçürülməsinə nail olub. İnddi isə söhbət onların seçki hüquqlarının tanınmasından gedir. Səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı Fransa parlamentinin müzakirəsinə çıxarılan qanun layihəsinə görə, 10 il Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcəklər. Fransa hakimiyyətinin Yeni Kaledoniyada gəlmələrin seçki hüquqlarını genişləndirmək planı çox doğru olaraq elektoratın tərkibini dəyişmək hədəfi anlamında qəbul olunur. Bu isə yerli kanak xalqının mənafeyinə ziddir. Buna görə də kanaklar müvafiq qanunun qəbul ediləcəyi təqdirdə öz tarixi vətənlərində ikinci dərəcəli etnik qrupa çevriləcəklərini düşünürlər və bunun qarşısını almaq üçün ayağa qalxıblar.

Fransa hakimiyyətinin sərhəd tanımayan qəddarlığı

Fransaya qarşı nifrətin artması isə heç də təsadüfi deyil. Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu ölkə istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Ancaq Fransa həmin ölkələrə yaxşı heç nə gətirməyib, əvəzində müstəmləkələrində utanverici izlər qoyub, burada hərbi cinayətlər törədib, yüz minlərlə insanın ölmünə rəvac verib.  Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır. Əlcəzairin 132 il davam edən işğalı dövründə 1,5 milyondan artıq insan Fransa dövləti tərəfindən qətlə yetirilib, bu səbəbdən ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Fransız ordusunun törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək çətindir. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də bu işğalın ağır fəsadlarını hiss edir.

Təbii ki, Fransanın ağır müstəmləkəçilk siyasəti ciddi etirazlar doğurur. Xalqlar ayağa qalxaraq tam müstəqilliyə nail olmaq istəyirlər. XXI əsrdə müstəmləkəçiliyin hansısa bir təzahürünün qalması dözülməz haldır. Ancaq belə görünür ki, Fransanın siyasi hakimiyyəti bu ölkə üçün son dərəcə utanverici olan siyasətini dəyişmək niyyətində deyil. Yelisey sarayı müstəmləkələrdə baş qaldıran etirazları ən qəddar formada yatırmağa çalışır. Fransanın müstəmləkəçiliyi Afrikada, xüsusən Madaqaskarda dərin qanlı izlər qoyub. 1947-ci ildə Parisin işğalına qarşı malaqas xalqının üsyanı son dərəcə vəhşiliklə yatırıldı, orada 100 minədək insan öldürüldü. Karib dənizində, Haiti və Qvadelupada fransız müstəmləkəçiləri köləlikdən geniş istifadə edərək, yüz minlərlə afrikalını şəkər qamışı plantasiyalarında ağır əməyə məcbur ediblər. Köləlik amansız rəftar və qullara münasibətdə əsas hüquqların olmaması ilə müşayiət olunurdu ki, bu da çoxsaylı üsyanlara və faciələrə gətirib çıxarırdı.

Peyin inqilabı”ndan qurtula bilməyən Fransa nə üçün uzaq sahillərdən geri çəkilmək istəmir?

Emmanuel Makron hökuməti Fransanın ənənəvi siyasətini və sərhəd tanımayan qəddar metodlarını Yeni Kaledoniyada da tətbiq edir. Paris ada ölkəsində başlayan azadlıq hərəkatını qanla boğmaqda israrlı görünür. Prezident Emmanuel Makron 10-a yaxın insanın ölümü, 200-ə yaxın etirazçının həbsindən sonra baş verənlərə özünəməxsus qaydada reaksiya verib. O, Yeni Kaledoniyada “asayişin bərpasında aydın irəliləyiş” olduğunu qeyd edib. Mediada yer alan xəbərlərə görə, prezident etirazları yatırtmaq üçün əlavə ordu birləşmələri göndərmək qərarının qəbuluna nail olub. Bununla da Yelisey sarayı kolonial siyasətinə etiraz edən insanların tələblərini özünəməxsus şəkildə cavablandırb. Bu ölkənin BFMTV telekanalının yaydığı məlumata görə, Beşinci respublikanın rəhbəri Yelisey sarayında keçirilən Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclası zamanı bildirib ki, ictimai binaları qorumaq və bununla da daxili təhlükəsizlik qüvvələrini müvəqqəti olaraq hərbi qüvvələrlə əvəz etmək üçün “əlavə resurslardan” istifadə ediləcək. “Əlavə resurslar“ın nədən ibarət olacağına isə aydınlıq gətirilməyib. 

E.Makron hökumətinin Yeni Kaledoniyada etirazlara münasibətdə mürtəce mövqe sərgiləməsi bütövlükdə, rejimin mahiyyətindən xəbər verir. Belə görünür ki, artıq Fransa yeri gəldi-gəlmədi öyündüyü demokratik dəyərlərindən və taixi ənənələrindən tamam geri çəkilib. Bu məqamda vurğulayaq ki, hazırda Fransanın daxilində də hər şey rəvan getmir. Ölkədə demokratiya, irqçiliklə bağlı ciddi problemlər yaşanır. Bəs nə üçün E.Makron iqtidarı bu kimi ölkədaxili məsələləri həll etmək əvəzinə, uzaq okean sahillərinə, dənizaşırı ərazilərə əl uzadır və ona aid olmayan bu yerlərdən çəkilmək istəmir?

Paylaş:
Baxılıb: 231 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30