2015-dən 2026-ya gedən yol...
07.06.2024 [10:37]
Mübariz ABDULLAYEV
Tarixin bu günündə - 7 iyun 2015-ci ildə Birinci Avropa Oyunlarının ruhunu çatdıran məşəl Bakıya gətirilmişdi. Məşəli Bakının Dənizkənarı Milli Parkında Azərbaycan Prezidenti İlham Əliyev qəbul etmişdi.
Cari ilin may ayında isə Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib. Gələn ilin sonunda Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman Paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
Diqqət çəkdiyimiz bu iki fakt ölkəmiz və xalqımız üçün son dərəcə qürurvericidir. Bunlar o anlama gəlir ki, Avropanın və dünyanın idman nəbzi Azərbaycanda döyünür.
Məsuliyyətli hazırlıq və gözəl nəticələr...
Xatırladaq ki, Birinci Avropa Oyunlarının 2015-ci ilin yayında Bakıda keçirilməsi barədə qərar 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin (AOK) Baş Məclisində qəbul edilib. Avropanın idman-olimpiya ailəsi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləyib.
Yarışlarda 50 Avropa ölkəsindən 6000-dən çox idmançı mübarizə aparıb. Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edilmişdi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növü idi. Oyunlarda idmançılar 253 dəst medal uğrunda yarışıblar.
Oyunlara hazırlıq əməliyyatlarının yüksək səviyyədə həyata keçirilməsində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin genişmiqyaslı fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2015-ci il 29 iyun tarixində Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə müvafiq Sərəncam imzalayıb.
Birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa müvəffəq oldular. Yarışlarda respublikamız Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Ukrayna, Türkiyə kimi yüksək idman nailiyyətləri olan ölkələri geridə qoyaraq Rusiyadan sonra qitə ikincisi oldu.
Mötəbər yarışlara uğurlu ev sahibliyi
Birinci Avropa Oyunlarından sonra İslam dünyası IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi hüququnu Azərbaycana həvalə etdi. Bu Oyunların da miqyası çox böyük idi. İslam Həmrəyliyi İdman Federasiyasının bütün üzv dövlətləri Oyunlara qatıldılar. Oyunlarda 21 idman növü üzrə 54 dövlətin 3 000-dən çox idmançısı mübarizə apardı. Atletlər 269 dəst medal uğrunda yarışdılar.
İdmançılarımız İslamiadada qazandıqları tarixi qələbələrlə Azərbaycanın güclü idman dövləti olduğunu bir daha təsdiqləyiblər. Belə ki, idmançılarımız bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular.
Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlara ev sahibliyi hüququnun Azərbaycana verilməsi dünyanın idman ailəsinin ölkəmizə artan inamının ifadəsidir. Paytaxt Bakı 2016-cı ildən başlayaraq dünyada çox məşhur olan Formula-1 yarışlarına ev sahibliyi edir. İdman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycan təkcə ötən il gimnastikanın dörd növü üzrə Dünya Kuboku, Formula 1 üzrə Azərbaycan Qran-Prisi, yeniyetmə cüdoçular arasında Avropa Kuboku, bədii gimnastika üzrə 39-cu Avropa çempionatı və digər mötəbər yarışlara ev sahibliyi edib.
Ənənə 2024-cü ildə də davam edir. Cari ildə dünyanın ən güclü snayperlərinin iştirakı ilə keçirilən atıcılıq üzrə Dünya kuboku artıq 8-ci dəfə respublikamızda baş tutub. Eyni zamanda, Bakıda bir qədər bundan əvvəl bədii gimnastika üzrə ilk dəfə Avropa kuboku təşkil edildi.
Yaradılan güclü infrastruktur
Mötəbər yarışlara ev sahibliyi hüququnun Azərbaycana verilməsini, həmçinin Bakının 2026-cı il üçün Avropanın “İdman paytaxtı” seçilməsini şərtləndirən ən mühüm amillərdən biri yaradılan müasir infrastrukturla bağlıdır. Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu-Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, yüksək dünya standartları səviyyəsində yaradılan atletlər kəndi barədə də ən xoş söz söyləmək mümkündür.
Eyni zamanda, ölkənin regionlarında da müasir idman qurğuları inşa edilir. Qısa müddətdə ayrı-ayrı bölgələrdə 50-dək idman kompleksi yaradılıb. Müasir idman infrastrukturu ölkəmizdə güclü idmançılar ordusunun yetişməsinə öz müsbət təsirini göstərir, Bu idman qurğularında həmçinin ən mötəbər beynəlxalq yarışların təşkil edilməsi üçün hər cür şərait var.
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

