Ermənistan hakiyyətindən geri addım?
14.06.2024 [11:05]
Mirzoyan Paşinyanın KTMT-dən çıxmaq barədə fikrini “düzəltmək” istədi...
Ermənistan regionda Rusiyanın maraqlarına zidd olan addımlar atmaqda davam edir. İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı münasibəti Moskva tərəfindən qəbulolunmaz hesab edilir. Çünki bu təşkilat məhz Rusiyanın himayəsi ilə yaradılıb. Məlumdur ki, bir müddətdir Ermənistan KTMT-nin tədbirlərinə qatılmır.
İyunun 12-də isə parlamentin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq Ermənistan hakimiyyətinin növbəti addımı olacaq: “Növbəti məntiqi addım KTMT-dən çıxmaq olacaq. Bununla bağlı bir ay, bir il və ya üç ildən sonra özümüz qərar verəcəyik”.
Paşinyanın bu açıqlaması Ermənistanda gündəm olub. Yerli media bu açıqlamanı “Ermənistan KTMT-dən çıxır” adı ilə tirajlayıb. Təbii ki, Rusiya İrəvanın bu mövqeyinə səssiz qala bilməz. Bunu gözə alan rəsmi İrəvan mövqeyində müəyyən korrektə edib. Belə ki, xarici işlər naziri Ararat Mirzoyan deyib ki, baş nazir Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağını bəyan etməyib. “N.Paşinyan deyib ki, təşkilatdan nə vaxt çıxacağına Ermənistan hakimiyyəti qərar verəcək. İclas qeydə alınır, kimin nə dediyini yoxlamaq olar. Ermənistanın baş naziri demədi ki, biz KTMT-dən çıxırıq, o bildirdi ki, nə vaxt çıxacağımıza qərar verəcəyik, amma geri dönməyəcəyik”, - deyə Mirzoyan vurğulayıb.
Qeyd etdiyimiz kimi, təxminən iki ilə yaxındır ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dayandırıb. Hələ bu ilin əvvəlində Paşinyan “France 24” telekanalına müsahibəsində belə demişdi: “Kollektiv təhlükəsizlik sazişi, fikrimizcə, Ermənistana münasibətdə, xüsusən 2021-2022-ci illərdə yerinə yetirilmədi. Bu, bizim diqqətimizdən kənarda qala bilməz. Biz bu sazişdə iştirakımızı dayandırdıq. Görək bundan sonra nə olacaq”. KTMT-nin işində iştirak etməyən rəsmi İrəvan bir müddət öncə təşkilata üzvlük haqqını ödəməyi də dayandırıb. Rəsmi Moskva isə hesab edir ki, KTMT Nizamnaməsinə uyğun olaraq, İrəvan maliyyə öhdəliklərini yerinə yetirməlidir. Rusiya XİN bəyan edib ki,
Ermənistan rəhbərliyi üzvlük haqqın ödəməkdən imtina etdiyi üçün KTMT-nin cari büdcəsinə düzəliş edilməlidir. Lakin hər hansı üzv ölkə iki il müddətində üzvlük haqqı ödəməzsə, onun təşkilatda qalıb-qalmamasına baxıla bilər.
Nardar Bayramlı
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

