Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bir həll yolu olan məsələ...

Bir həll yolu olan məsələ...

28.06.2024 [10:35]

Qriqoryan unudur ki, Türkiyə-Azərbaycan qardaşlığı vahid güc deməkdir

Növbəti erməni məkri...

Azərbaycanın son 4 ildə Cənubi Qafqazda formalaşdırdığı siyasi reallıqlar sülhə və əməkdaşlığa yol açdığı kimi, mühüm bir coğrafiyada təhlükəsizliyin təmininə də töhfələr verir. Regionda yaranan sabitlik Mərkəzi Asiyadan başlayaraq üzü Kiçik Asiyaya doğru mühüm bir siyasi-iqtisadi, ticari zolaq müəyyən edib ki, bu da dövlətlərarası əməkdaşlıqların, inteqrasiyanın ən mühüm perspektivindən xəbər verir. İllərdir fərqli spektrlər üzrə inkişaf edən dövlətlərarası münasibətlər bu gün özünə yeni ştrixlər əlavə etməkdədir. Bu mənzərənin daha da aydınlaşması, sülh situasiyasının daha dayanıqlı hal alması üçün isə Ermənistanın siyasi iradə nümayiş etdirməsi gərəkir - İrəvan uzun illərdən sonra, müstəqillik qazandığı dövrdən bəri ilk dəfə olaraq öz qonşuları ilə münasibətlərinin normallaşması istiqamətində addımlar atmalıdırlar. Bəli, burada söhbət yalnız Azərbaycandan getmir - Ermənistan həm də heç bir diplomatik əlaqəsi olmadığı qardaş Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır. Xatırlatmaq yerinə düşər ki, rəsmi Ankara 30 ildən yuxarıdır ki, rəsmi İrəvan ilə heç bir siyasi-iqtisadi əlaqəyə malik deyil. Bunun əsas səbəbi isə Ermənistanın apardığı işğalçı siyasət, Türkiyə və Azərbaycana qarşı əsassız ərazi iddiaları və qondarma “soyqırımı” nağıllarıdır.

Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesi...

Yeni dövrdə Ermənistanın bölgəsəl xəritənin bir parçasına çevrilməsi, regional inkişafın komponenti kimi çıxış etməsi üçün bu şərt mütləq xarakter daşıyır. Qeyd edək ki, Azərbaycanla yanaşı, Ermənistan Türkiyə ilə də münasibətlərin normallaşması üçün bir proses inkişaf etdirməkdədir. 2021-ci ilin sonunda həm Türkiyə, həm də Ermənistan qarşılıqlı olaraq danışıqlar aparması üçün xüsusi nümayəndə təyin edib - bu, Türkiyə tərəfdən diplomat Sərdar Kılıc, Ermənistan tərəfindən isə Ruben Rubinyana tapşırılıb. Bu günə qədər səfir Sərdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında bir neçə dəfə görüş də baş tutub.  Nümayəndələr arasındakı görüşlərin birincisi 2022-ci ilin yanvarın 14-də Moskvada, digər üçü isə həmin ilin  fevralın 24-də, mayın 3-də və iyulun 1-də Avsriyanın paytaxtı Vyanada reallaşıb. Bu görüşlərdə tərəflər, Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşlarının keçməsi üçün ən qısa zamanda açılması barədə razılığa da gəlmişdilər və bununla bağlı lazımi prosesin başlanmasına belə qərar verilmişdi.

Təbii ki, istər münasibətlərin normallaşması, istərsə də hansısa razılıqların əldə olunması prosesi Azərbaycanla qarşılıqlı məsləhətləşmələr fonunda aparılır. Çünki Türkiyə birmənalı şəkildə bu prosesdə Azərbaycanın maraqları çərçivəsində hərəkət edəcəyini hər zaman açıqlayıb. İstər Türkiyənin keçmiş XİN rəhbəri Mövlud Çavuşoğlu, istərsə də hazırki nazir Hakan Fidan hər zaman bildirib ki, Azərbaycanın Zəfərinin yaratdığı münbit şəraitdən davamlı sülh üçün istifadə edilir. Türkiyə rəsmiləri xüsusi olaraq qeyd edirlər ki, Türkiyə ilə Ermənistan arasındakı danışıqların nəticəsi məhz Azərbaycanla bağlanan sülhdən asılıdır. Bu isə həm də Ermənistana bir xatırlatmadır. Bu fikirlər, həm də prosesin qarşılıqlı məlumatlandırma çərçivəsində inkişaf etdiyinin təsdiqidir. Türkiyə hər zaman bildirib ki, Ermənistan təxribatlara son qoyacağı, irəli sürülən şərtlərə əməl edəcəyi təqdirdə sərhədləri açmaqda maraqlıdır.

Qriqoryanın növbəti sabotajı...

Amma deyəsən, Ermənistan özünün qeyri-konstruktiv mövqeyindən əl çəkmək, prosesin şantaj etməkdən çəkinmək niyyətində deyil. Belə olmasaydı, hər iki prosesin paralel və uğurlu inkişaf etməsi rəsmi İrəvan üçün prioritet xarakter daşıyardı. Halbuki, rəsmi İrəvan yenidən məkrli niyyətə əl atır - onlar bu iki prosesə ayrı-ayrı baxdıqlarını açıqlamaqla, guya iki dövlətin məsələ ilə bağlı “fərqli baxışlarının” olduğunu deməyə “çalışırlar.

Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, rəsmi İrəvan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə proseslərinə ayrı və bir-birindən fərqli baxır. O, bu barədə Ermənistan və Azərbaycan razılığa gəlməyincə Türkiyənin Ermənistanla münasibətləri tənzimləməyəcəyi nöqteyi-nəzərindən danışıb. “Biz bu prosesləri ayrıca nəzərdən keçiririk. Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri var. Biz bu sahələrdə müxtəlif yollarla işləyirik. Bəli, bir növ münasibət mümkündür. Amma bizim yanaşmamız belədir: həll etmək üçün iki mürəkkəb düstur varsa və siz bu mürəkkəb düsturları birləşdirsəniz, həll daha da mürəkkəbləşəcək. Beləliklə, onları ayırmaq lazımdır. Bizim anlayışımız və yanaşmamız ondan ibarətdir ki, iki fərqli istiqamətimiz var”, - Qriqoryan bildirib.

Qriqoryan bildirib ki, Ermənistan Türkiyədən irəliləmək üçün hərəkət gözləyir. Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, bu proses üçün müəyyən edilmiş müddət yoxdur.

Qarşılıqlı şəkildə milli maraqların qorunması...

Göründüyü kimi, Qriqoryanın açıqlaması sülh prosesinin yenidən manipulyasiya edilməsi mənzərəsini yaradır. Vurğulanmalıdır ki, rəsmi İrəvanın onsuz da Konstitusiya dəyişikliyini ləngitməyə çalışması, Azərbaycana və Türkiyəyə qarşı əsassız iddialarından əl çəkməməsi ilə sülh danışıqlarını yubatmaba meyilli olduğunu ortaya qoyur. Ermənistan bir tərəfdən Türkiyə və Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirir, digər tərəfdən isə Fransadan öldürücü silahlar almaqla bölgədə təhdid yaratmaqda davam edir. Bu isə prosesin sağlam şəkildə inkişafına öz mənfi təsirini göstərir. Təbii ki, bu həm Azərbaycan, həm də Türkiyə müstəvisində də xoş qarşılanmır. Çünki Türkiyə və Azərbaycan hər zaman qarşılıqlı şəkildə milli maraqlarını qorumağı özləri üçün ən vacib şərt sayırlar. 

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 217 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

“Triumf yolu”..

13 İyul 11:00

MEDİA

Uğurlu yoldayıq...

13 İyul 10:55

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31