İntellektual potensial,texnoloji tərəqqi strategiyası...
14.08.2024 [10:59]
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” Azərbaycanın elm və innovasiya potensialının güclənməsinə təkan verəcək
Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamda dəyişiklik edib. Dövlət başçısının imzaladığı yeni sərəncama əsasən, həmin proqramın müddəti 2028-ci ilə qədər uzadılıb, eyni zamanda, xaricdə təhsil alacaq gənclərin sayı 400-dən 500-ə qaldırılıb. Belə ki, Dövlət Proqramının icrası müddətində hər il 500 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində təhsil alması təmin ediləcək. Digər dəyişiklik proqram çərçivəsində bakalavr və magistratura pilləsi ilə yanaşı, doktorantura üzrə də xaricdə təhsil almaq imkanının yaradılmasıdır.
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycanın gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir. Eyni zamanda, yeni dövrün tələblərinə cavab verən elmtutumlu kadr institutunun formalaşdırılması, inkişaf hədəflərinə və prioritet istiqamətlərə yaradıcı gənclərin təhsilinin doktorantura səviyyəsində hazırlığının təmin edilməsi də zəruri strateji məqsədlərdir.
Müasir dünyada baş verən proseslərin təhlili göstərir ki, qabaqcıl ölkələrin qazandığı uğurların təməlində, ilk növbədə, elm və təhsil, intellektual potensial və texnoloji tərəqqi dayanır. Bu məqsədlə təhsil sahəsində həyata keçirilən ən mühüm tədbirlərdən biri kimi 2007-ci ildən başlayaraq gənclərin xarici ölkələrin ən nüfuzlu ali məktəblərində təhsil almaları təmin olunmaqdadır. Bu baxımdan 15 ildən artıqdır ki, davamlı şəkildə icra olunan gənclərin xaricdə təhsili üzrə Dövlət proqramları gənclərin təhsil almaları üçün bərabər imkanların təmin edilməsində mühüm rol oynayır, ölkəmizdə insan kapitalının keyfiyyətinin artırılmasına töhfə verir. Bütün ölkələrin tərəqqisində sənaye və innovasiyalarda irəliləməsində insan kapitalının əsas latbazası kimi rəqabətli təhsil və təhsilalanlar həlledici rola malikdir. Bu gün elmtutumlu təhsil ölkənin iqtisadi artımının və elmi-texniki potensialın artırılmasının ən mühüm amilidir. Ona görə də, təhsilə, gənc nəslin təhsilalma imkanlarının artırılmasına qoyulan sərmayə ölkəmizin gələcək tərəqqisinə yönəlmiş yatırımdır.
Azərbaycan hökumətinin təhsil sərmayələri hesabına ötən dövr ərzində icra olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” sənədləri minlərlə azərbaycanlı gəncin təhsilin müxtəlif pillələri üzrə dünyanın ən nüfuzlu universitetlərində təhsil almasına, vətənə döndükdən sonra layiqli işlə təmin olunmasına və Azərbaycanın dövlət idarəçiliyində, özəl sektorun inkişafında və yeni texnoloji modellərin tətbiqində öz töhfələrini verməsinə səbəb olub.
Hazırda dünya iqtisadiyyatında müşahidə olunan texnoloji dəyişikliklər isə rəqəmsal bacarıqlara malik, yeni texnologiyaları aktiv tətbiq edən, dünyada artan rəqabətə cavab verə biləcək yüksəkixtisaslı insan kapitalının formalaşmasını ön plana çıxarmaqdadır. Xüsusilə də Dördüncü Sənaye İnqilabına transformasiyanın yeni fazaya keçid alması, industriual cəmiyyət quruculuğunun genişlənməsi və dövlət idarəetməsində institusional islahatların davam etdirilməsi dövlətin müxtəlif qurumlarında və eləcə də özəl strukturlarda yeni trendlərə uyğun kadr təminatını zəruri edir. Yeni strateji dövrün çağırışları, həmçinin inkişaf məqsədləri yaradıcı və innovativ düşüncəli gənclərin fəallığının və idarəçilikdə rolunun artmasını qarşısıalınmaz prosesə çevirməkdədir. İnkişaf etmiş ölkələrdə ÜDM-in artımının 80-95 faizi məhz innovasiyaların - yeni texnologiyaların yaratdığı məhsullar, işlər və xidmətlər hesabına gerçəkləşir.
Məhz bu strateji çağırışlara uyğun olaraq Azərbaycan hökuməti milli inkişaf məqsədlərinə nail olmaq üçün kadr arxitekturasını daha da möhkəmləndirmək niyyətindədir. Bu baxımdan “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” Azərbaycan gənclərinin qabaqcıl ölkələrin xarici ali təhsil müəssisələrində yüksək ali təhsilli peşəkar kadr kimi yetişərək Azərbaycan ölkəmizin gələcək yeni inkişaf prioritetlərinin həyata keçirilməsində iştirakını təmin edəcək. Ümumiyyətlə, Dövlət Proqramının icrası ölkəmizdə elmi kadr hazırlığının səmərəliliyinin yüksəldilməsi, ölkənin elm və innovasiya potensialının gücləndirilməsi istiqamətində mühüm irəliləyişlərə təkan verəcək. Həmçinin, ali təhsil müəssisələrinin beynəlxalq reytinqinin yüksəlməsinə və elm-tədqiqat profilli təhsil müəssisələrinə çevrilməsinə şərait yaradacaqdır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11

