Azərbaycan mövqeyindən bir addım geri atmayacaq
26.09.2024 [12:21]
Ermənistan heç kimə arxayın olmamalıdır
Cənubi Qafqazın əsaslı inkişafı, sabitliyin formalaşması və münasibətlərin normallaşması üçün sülh zəruri şərtdir. Bu mənada məğlub, iqtisadi geriləmənin cəngində boğulan, siyasi böhran yaşayan Ermənistan sülhün formalaşmasında daha maraqlı olmalıdır. 2022-ci ildən ölkəmizin təşəbbüsü ilə başlanan sülh prosesində Azərbaycanın təqdim etdiyi şərtlər beynəlxalq hüquqa söykənməklə, mövcud həqiqətləri əks etdirməklə yanaşı, Ermənistanın özünü real dövlət olaraq təsdiqləməsi üçün yeni zəmin yaradır - burada yer alan müddəalar İrəvanın qlobal arenada suveren dövlət kimi yer tapması üçün şəraitin formalaşdırılması deməkdir. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən, nəqliyyat və kommunikasiyaların açılışı və bu kimi müddəalar Ermənistanın gələcəyi üçün vacib perspektiv yaradacaq.
Sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başladı: “O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nədən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar. Bizim təşəbbüsümüz idi. Bir müddət sonra görəndə ki, bu, cavabsız qalır, biz artıq əsas baza prinsiplərini ortaya qoyduq, onları ictimailəşdirdik və artıq proses başlamışdır”.
Qeyri-səmimi münasibət bizi təbii olaraq düşündürür
Təəssüfləndirici haldır ki, iki ildən artıq müddətin ötməsinə baxmayaraq Ermənistan sülh məsələsini süni şəkildə uzadır - bəzi məqamlarda isə manipulyasiyaya əl atır: sülh sənədində razılaşdırılmamış bəndlər çıxarılır. Bu isə təbii olaraq Azərbaycanın maraqlarına cavab vermir. Paralel olaraq bu müddəaların sənəddən çıxarılması və ya kənara qoyulması prosesə ciddi xələl gətirir. İlk növbədə bu amil sülhün davamlılığını şübhə altına ala bilər. Halbuki həmin müddəalar olduqca vacib şərt kimi çıxış etməkdədir. Bu isə onu göstərir ki, Ermənistan öz məkrli addımlarından geri çəkilmək fikrində deyil. Prezident İlham Əliyev bildirib ki, bu günə qədər - bizim birinci layihəmiz Ermənistana göndəriləndən bu günə qədər 10 şərhlər mübadiləsi olub və hər dəfə müəyyən müddəalar razılaşdırılırdı, yəni, bu işdə tərəqqi var idi: “Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq. İyunun 24-də bizim şərhlərimiz onlara göndərildi və avqustun sonunda, ya da ki, sentyabrın əvvəlində onlar bizə cavab göndərmişdilər. Bu cavab nədən ibarət idi? Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi. Mətndən çıxarılmış, yəni, onların istəyi ilə çıxarılması nəzərdə tutulan müddəalar vacibdir. Onlarsız sülh müqaviləsi natamam olacaq. Ona görə bu qədər qeyri-səmimi münasibət bizi təbii olaraq düşündürür”.
Onlara lazım deyilsə, deməli, bu olmayacaq...
Beləliklə, Ermənistanın fərqli maraqlar axtarışında olması, qeyri-adekvat mövqe tutması artıq bütün komponentləri ilə ortaya çıxmaqdadır. Sülh sənədindəki vacib müəddəaların çıxarılması ilə yanaşı, Ermənistanın qeyri-konstruktivliyini sübut edəcək faktlar da kifayət qədərdir:
- Sürətli silahlanma;
- Qərbin “maliyyə yardımı”;
- Erməni lobbisinin köməyi ilə planlaşdırılan bəzi qeyri-hüquqi addımlar;
- Qərbin Ermənistanla birgə “hərbi təlimləri”;
Ermənistana əsgər toplama...
Və bu kimi məqamlar onu göstərir ki, Ermənistan artıq sülh niyytindən uzaqlaşmaq, daha doğrusu yayınmaq istəyir. Erməni lobbisinin aktiv müdaxiləsi ilə Azərbaycana qarşı yenidən Qarabağ mövzusunun gündəmə gətirilməsi, bu kimi təxribatçı addımlar, separatizmə açıq dəstək kontekstləri Ermənistanın fərqli fikrə düşməsini bir daha təsdiqləyir. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, həm sürətli silahlanma, revanşizm meyilləri, həm də Ermənistanın himayədarlarının bizə qarşı yenidən Qarabağ mövzusunu ortaya atması, sülh müqaviləsinin gedişatında qeyri-adekvat və qeyri-səmimi münasibət, vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir: “Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar. Bizim sərhədimizdə qanunsuz olaraq dırnaqarası “Avropa sülh”, ya bilmirəm “müşahidəçi” missiyası yaradılıb, halbuki bu, əldə edilmiş razılaşmanın pozulmasıdır. Mən həm Avropa İttifaqına, həm Ermənistana onu da xatırlatmaq istəyirəm ki, 2022-ci ilin Praqa görüşündə razılıq əldə edilmişdir ki, - bəli, biz də razılıq vermişdik, - Ermənistan tərəfində şərti sərhəd istiqamətində kiçik sayda müşahidəçi missiya yerləşsin, cəmi iki, ya üç aya. Yəni bizimlə bu razılaşdırıldı. Amma ondan sonra bizsiz bunu uzatdılar, onların sayını artırdılar, oraya Kanadadan nümayəndələr daxil edildi və faktiki olaraq bu missiya NATO missiyasıdır. Ondan sonra bizə qarşı “Binokl diplomatiyası”, deməli, siyasəti aparılırdı. Gecə-gündüz xarici nümayəndələr gəlirdi, binoklla bizə baxırdı. Nə göstərmək istəyirdilər bizə?! Bu, nə demonstrasiyadır, nə ucuz şoudur?! Bütün bu amillər bizi ciddi düşündürməlidir və təbii ki, düşündürür. Ona görə Ermənistanla normallaşma əgər onlara lazım deyilsə, deməli, bu olmayacaq. Biz hər halda öz mövqeyimizdən bir addım geri atmayacağıq”.
Bəli, Azərbaycanın mövqeyi kifayət qədər açıq və arqumentlidir - Ermənistanla Azərbaycan arasındakı sülh prosesinə dəstək vermək əvəzinə prosesin uzanmasına yol açan addımlar atan bəzi güclər sülhün yaranmama məsuliyyətini daşıyırlar. Ermənistan ordusunda aktiv təlim keçənlər anlamalıdırlar ki, bununla Ermənistana ən böyük pisliyi edirlər. Onlar Ermənistanın müstəqil dövlət olmaq şansını əlindən alırlar. Qərbin “əli durbinli” missiyası Ermənistanda “nə axtarır?”. Vurğulandığı kimi, əgər bu missiya Aİ missiyasıdırsa, orada Kanada nümayəndələri niyə təmsil olunurlar? Demək ki, kollektiv Qərb Ermənistanı sülhdən yayındırmaqla öz maraqlarını ön plana çəkmək istəyir - Ermənistan isə müti şəkildə buna razı olur. Beləliklə, əgər onlar sülhdən yayınırlarsa, münasibətlərin normallaşmasını istərlərsə biz də israr etməyəcəyik...
Bizə heç bir vasitəçi lazım deyil
Artıq Azərbaycanın ərazi bütövlüyü təmin edilib, suverenliyi bərpa olunub. Regionda sülhün və təhlükəsizliyin təmini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi beynəlxalq gündəlikdən düşüb. Qərb bu reallığı qəbul etməlidir. Bəzi ölkələrin apardıqları “hərəkətlənmələr” “vasitəçi” və ya “nizamlayıcı” adı altında öz fərdi maraqlarının axtarışında olmağa, regiona müdaxilə mexanizmləri yaratmağa heçablanıb. Aİ-nin timsalında Fransanın Ermənistanı aktiv danışıqlar prosesindən yayındırmağa çalışması, silahlandırması, ABŞ-ın timsalında isə yeni “Qarabağ oyunu” formalaşdırmaq cəhdləri, hərbi təlimlər buna real mmisaldır. Çünki bu güclər əsl reallığı gördülər - ötən ilin sonundan bu ilin aprelinə qədər davam edən ikitərəfli və vasitəçisiz danışıqlar mühüm addımlara yol açdı. Bəzi ərazilər üzrə delimitasiya, hətta demarkasiya prosesinə start verildi, Azərbaycanın 4 kəndi razılaşma əsasında geri qaytarıldı. Beləliklə, ortaya çıxdı ki, iki dövlət müzakirələr nəticəsində problemlərini həll etmək iqtidarındadırlar - sülh prosesi də məhz ikitərəfli təmasa əsaslanmalıdır. Prezident İlham Əliyev bildirib ki, danışıqlarda bizə heç bir vasitəçi lazım deyil: “Ermənistan da buna bel bağlamasın. Ümumiyyətlə, heç kimə bel bağlamasın. Onlar əgər bu coğrafiyada yaşamaq istəyirlərsə və təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə, öz qonşularına qarşı siyasətlərində ciddi düzəlişlər etməlidirlər. Bu birincisi. İkincisi, nə onlar, nə onların arxasında duranlar 30 illik işğalı heç vaxt unutmamalıdırlar. Amma bunu unutmaq istəyirlər və unutdurmaq istəyirlər. Sanki bu işğal olmayıb. İkinci Qarabağ müharibəsinin nəticələrini unutmamalıdırlar, Ermənistan ordusu darmadağın edilmişdir. Ermənistan kapitulyasiya aktını imzalamışdır. Ondan sonra mən əmr verdim və Azərbaycan Ordusunun şanlı Zəfər yürüşü dayandırıldı. Bugünkü reallıq bir daha göstərir ki, bu nə qədər düzgün addım idi, ondan sonrakı hadisələr də göz qabağındadır və nəticə etibarilə 20 Sentyabr - suverenliyimizin tam bərpa edilməsi günü unudulmamalıdır və bu tarixi həqiqət danışıqlar masasında da daim olmalıdır”.
“İşğalçı” elan olunanlara fərqli, Ermənistana isə tam fərqli münasibət...
Ermənistanın özü də bəzi reallıqları ununtmamalıdır. Məğlub, kapitulyasiya imzalamış rəsmi İrəvana məhz Azərbaycan dövlətinin humanizmi sayəsində bu gün sülh danışıqları təklifi edilir. Halbuki bütün dünya məğlub ölkə ilə davranışların presedentlərini bilir - II Dünya Müharibəsindən sonra faşist Almaniyasının aqibəti tarixdən bəllidir. Prezident İlham Əliyev çıxışında bildirib ki, İkinci Dünya müharibəsindən sonra faşist Almaniyasına heç kim sülh müqaviləsi təklif etməmişdir: “Faşist Almaniyası bir neçə yerə bölünmüşdü, kapitulyasiyaya uğrayan faşist dövlət cəzalandırıldı”.
Ermənistana isə Azərbaycanın humanizmi sayəsində sülh təklif olunur. Qərbin apardığı ikili standartlar da gözdən yayınmır - necə olur ki, Ukrayna-Rusiya qarşıdurmasında ikinci tərəfi “işğalçı” adlandıran ABŞ 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanla “müttəfiq olmağa” niyyətlənir? Yaxın tarixdə dünyanın fərqli coğrafiyalarında işğalçı adlandırdığı dövlətlərə qarşı sərt münasibət göstərən Qərb necə olur ki, Ermənistana münasibətdə “yumşalır”? Bunun bir cavabı var - Qərb Ermənistandan öz marağı üçün istifadə edir və sülhün gecikməsinə çalışır...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

