/ / Bakı Təşəbbüs Qrupu Niderland tərəfindən Azərbaycan əleyhinə qəbul edilən qətnamələrə münasibət bildirib
Bakı Təşəbbüs Qrupu Niderland tərəfindən Azərbaycan əleyhinə qəbul edilən qətnamələrə münasibət bildirib
13.10.2024 [13:47]
Oktyabrın 10-da Niderland parlamentinin Nümayəndələr Palatası tərəfindən Azərbaycan əleyhinə birtərəfli və qərəzli iki qətnamə qəbul edilib, ölkənin xarici işlər naziri bu qətnamələrə dəstək verib.
Niderland parlamentinin yaxın tarixə və bu günümüzə aid faktları saxtalaşdıran qətnamələr qəbul etməsi artıq uzun müddətdir ki, Niderlandın cinayətlərlə dolu müstəmləkəçilik siyasətinin ifşası ilə məşğul olan Bakı Təşəbbüs Qrupunda təəccüb doğurmur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Təşəbbüs Qrupunun mövzu ilə bağlı bəyanatında yer alıb.
Bəyanatda, həmçinin qeyd olunur: “Öz müstəmləkəçilik siyasətini Boner, Sen-Martin, Aruba, Kurasao, Sen Eustatius və Sabada davam etdirən Niderland bu ərazilərdə məqsədyönlü assimilyasiyaya siyasəti aparır, yerli əhalini adalardan qovaraq onları niderlandlılarla əvəzləyir, yerli əhalinin nümayəndələrinə ikinci dərəcəli “vətəndaşlar” kimi rəftar edir, müstəqillik tərəfdarlarını təqib edir və həbs edir, yerli xalqlara öz ana dillərində təhsil almağa və danışmağa qadağan edir, yerli xalqların öz mədəniyyətini qoruyub-saxlamasına lazımi şərait yaratmır və digər çoxsaylı cinayətlər törədir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı Təşəbbüs Qrupu Niderland parlamentini bu ölkənin Boner, Sen-Martin, Aruba, Kurasao, Sen Eustatius və Saba adalarında törətdiyi cinayətlərə son qoymağa dair Niderland hökumətinə çağırış etməyə dəvət edirik.
Bu xüsusda, törədilmiş və bu gün də davam edən cinayətlərin müəlliflərin məsuliyyətə cəlb olunması üçün müvafiq Araşdırma Komissiyasının yaradılmasına çağırış edirik.
Bundan əlavə, Avropa İttifaqı ölkələrini BMT-nin İnsan Hüquqları Şurası tərəfindən adıçəkilən adalarda baş verən cinayət hallarını birbaşa nəzarət altına götürəcək müvafiq orqanın yaradılması və həmin orqan tərəfindən qeyd alınan halların BMT-nin digər qurumlarına göndərilməsinə dəstəyin göstərilməsinə çağırış edirik.
Beynəlxalq səviyyədə kolonial cinayətlərə qarşı irəli sürülən təşəbbüslərə, bu xüsusda, Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə dəstək verməyə dəvət edirik”.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

