Martinika xalqı Parisə etiraz edir
16.10.2024 [08:16]
Fransa Müstəmləkələrinin Beynəlxalq Azadlıq Cəbhəsi Martinika ilə bağlı bəyanat yayıb
Fransa öz əsarətində saxladığı xalqların suverenliyinin məhdudlaşması, yeraltı və yerüstü sərvətlərinin talanması ilə yanaşı, fundamental insan hüquqlarının tapdanmasını ən ağır təzahürlər kimi adiləşdirərək dövlət siyasətinə çevirib. Özünü demokratiya və insan hüquqlarının təminatçısı kimi bəyan edən Paris neokolonializmi davam etdirməklə dünyada ən pis nümunə ortaya qoyur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə məhəl qoymur.
BMT Fransadan tələb etsə də...
Fransız imperiyası əsrlər boyu Karib dənizi, Sakit okean və Afrikada geniş müstəmləkələr yaradıb və bu ərazilərdə öz idarəçiliyini gücləndirib. Yerli xalqlar iqtisadi, siyasi və mədəni təzyiqə məruz qalıblar. Belə ərazilərdən biri də Martinikadir. Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq konfranslarda dəfələrlə bu məsələyə toxunulub. Ən dəhşətlisi odur ki, fransızların tətbiq etdikləri zəhərli maddələr nəticəsində Martinikada əhalinin xeyli hissəsi zəhərlənib. Fransa bu məsələ ilə bağlı həkimlərə belə danışmağa icazə verməyib. Zəhərli olmasına rəğmən Fransa tərəfindən Martinikada kənd təsərrüfatı sahəsində hələ də xloredkon istifadə edilir. Nəticədə Martinikanın torpaqları uzun illərdi zəhərlənib və xərçəng göstəriciləri dünyada ən yüksəkdir.
Bu gün Fransa Martinika xalqının öz müqəddəratını təyin etmə hüququnu tam təmin etmədiyinə görə BMT Nizamnaməsinin maddələrini pozur. Məsələn, BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa Martinika xalqına daha geniş özünüidarə və ya müstəqillik hüququ verməlidir. BMT-nin 1514 saylı qətnaməsinə uyğun olaraq, Fransa müstəmləkə sistemini davam etdirdiyi üçün bu qətnamənin müddəalarını pozur. Qətnaməyə zidd olaraq Fransa Martinika xalqına müstəqillik və ya geniş daxili özünüidarə hüququ vermək istəmir və onun müddəalarını bilərəkdən pozur. 1946-cı il qanunsuz referendumu nəticəsində Martinika Fransanın dənizaşırı departamenti statusunu alıb. Bununla, Martinika beynəlxalq hüququn və yerli əhalinin öz müqəddəratını təyinetmə hüququna zidd olaraq Fransa ərazisinin bir hissəsi kimi rəsmi olaraq tanınıb və idarəçilik baxımından Fransa qanunlarına tam şəkildə tabe edilib.
Yerli əhali öz haqlarını tələb edir
Yerli əhali isə fransız idarəçiliyi ilə yaşamaq istəmir və xalq dəfələrlə etiraz aksiyaları keçirib. Məsələn ötən ay da Martinikada taksi sürücüləri və ticarətçilərdən sonra yük avtomobilləri (TIR) sürücüləri də bahalığa qarşı etiraz nümayişinə qoşulmuşdular. Yerli sakinlər adada yaşamağın həddən artıq çətin olmasından şikayətlənirlər. Yerli sakinlər yük avtomobilləri sürücülərinin tətilinə dəstək verərək, qiymət artımını pisləyiblər. Səhiyyə sektoru isə sentyabrın 26-dan tətillər həyata keçirib. Martinik İcraiyyə Şurasının sədri postkolonial iqtisadi sistemin sona çatdığını bildirərək, yerli istehsala üstünlük verməyin vacibliyini vurğulayıb. Martinika Həmkarlar İttifaqları sakinləri qeyri-müəyyən müddətə tətil etməyə çağırmışdı.
Bugünlərdə isə Martinikada Fransa idarəçiliyinə qarşı növbəti etirazlar baş tutub. Bununla bağlı Fransa Müstəmləkələrinin Beynəlxalq Azadlıq Cəbhəsi bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Kanakidən sonra Martinikadakı bugünkü üsyan təsadüfi deyil. Bildirilib ki, bu iki ölkənin haqlı tələblərinə məhəl qoymayan Fransa buna yalnız repressiya və zorakılıqla cavab verir: “Bu iki ərazi iqtisadi cəhətdən çöküb və ticarət fəaliyyətlərindən əldə olunan mənfəətlər yalnız müstəmləkəçilər tərəfindən mənimsənilir. Sakit okean hövzəsində kaldoşlar və Karib dənizi sahillərində bekelərin əldə etdikləri mənfəətlər ƏDV vasitəsilə Fransa dövlətinin xəzinəsini şişirdir. Martinikanı bürüyən bugünkü sosial qəzəbin iki əsas səbəbi var - yaşamağın baha olması və yerli əhaliyə qarşı hörmətsizlik. Baha həyat, ərzaq asılılığının ifrat səviyyəsi, zəif inkişaf, aşağı gəlirlər və davamlı müstəmləkə yoxsulluğun nəticəsidir. Bundan əlavə, bu vəziyyət Martinika torpaqlarının müsadirəsi, ikili məhkəmə sistemi, gənclərin kütləvi köçü müstəmləkə siyasəti problemləri ilə bağlıdır. Bu, Martinikadakı müstəmləkə sisteminin dözülməz təzahürüdür”.
Cəbhə: Həqiqi dekolonizasiya strategiyasının həyata keçirilməsi zəruridir
Bəyanatda vurğulanıb ki, ilk dinc etirazlara Fransa dövləti bir daha misli görünməmiş zorakılıqla cavab verib və hazırda repressiyanı tətbiq etməkdə davam edir. Beynəlxalq Azadlıq Cəbhəsi keçmişə aid üsul-idarəyə qarşı çıxır. Çünki bunlar müstəmləkəçi dövlətin demokratik cəhətdən tənəzzülünü nümayiş etdirir.
Cəbhə hesab edir ki, həqiqi dekolonizasiya strategiyasının həyata keçirilməsi zəruridir: “Bu strategiya Martinika xalqına xidmət edən və onun ləyaqətli gələcəyini təmin edəcək iqtisadi sistem qurmağa yönəlməlidir. Biz heç bir respublika dəyərini təmsil etməyən və yalnız hakimiyyət sahiblərinin, onların yerli tərəfdarlarının təhlükəsizliyini təmin edən CRS8-in (kənardan gətirilən silahlı təhlükəsizlik qüvvələri) dərhal çıxarılmasını tələb edirik. Cəbhə Kanakinin institusional problemlərinin və bu iki ərazinin iqtisadi, sosial və siyasi problemlərinin demokratik həllini tələb edir. Bu həll öz müqəddəratını təyinetməyə və müstəqilliyə doğru real addım olmalıdır”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24

