Tarixi ədalətsizliyə son!
06.12.2024 [07:54]
İlham Əliyev: Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar
Qalib Azərbaycan daha bir ümummilli ideyamızın reallaşmasına - zamanında indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın ləyaqətli şəkildə tarixi yurd yerlərinə qayıdışına addım-addım yaxınlaşır. Dekabrın 5-də Bakıda Qərbi Azərbaycan İcmasının (QAİ) “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev tədbir iştirakçılarına ünvanladığı məktubunda vurğulayıb ki, Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar.
Yüz minlərlə azərbaycanlının faciəsinə səbəb olan dəhşətli deportasiyalar
Azərbaycanlıların doğma yurd yerlərindən çıxarılması prosesi xüsusilə ötən əsrin əvvəllərindən başlayaraq kütləvi hal alıb. XX yüzillikdə soydaşlarımız düz 3 dəfə deportasiyaya məruz qalıblar. 1918-ci ildə baş verən birinci deportasiya zamanı qədim Azərbaycan şəhəri olan İrəvan zorla Ermənistana verilib. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə digər tarixi torpağımız Zəngəzur Azərbaycandan alınaraq Ermənistana birləşdirilib. Bundan sonra 1948-1953-cü illər deportasiyası gəlir.
Qərbi Azərbaycandan soydaşlarımızın XX yüzillikdə sonuncu deportasiyası ötən əsrin səksəninci illərinin sonlarına təsadüf edir. Həmin dövrədək soydaşlarımız Ermənistanın 300-dən çox şəhər və kəndində məskunlaşmışdılar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı. “Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilmişdir”, - deyə Prezident İlham Əiyev vurğulayıb.
Ermənistanın dözümsüzlüyü və irqçiliyi
Ən qəddar formalarda həyata keçirilən deportasiyalar nəticəsində yalnız insanlar faciələrlə üzləşməmişlər. Həmçinin tarixi abidələrimiz, mədəni-dini irs nümunələrimiz də erməni vandalizminə məruz qalıb. Ermənilər tarixi ərazilərimizdə azərbaycanlı izlərini itirməkdən ötrü ən ağlagəlməz vasitələrə əl atıblar. Hətta qəbiristanlıqlar, məscidlər belə dağıdılıb. O cümlədən UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurulub. Xalqımızın Ermənistan ərazisində yaratdığı mədəni irs nümunələrindən yalnız Göy Məscid günümüzə qədər salamat qalıb. Lakin bu abidəyə münasibətdə də erməni xisləti ortadadır. Belə ki, Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Prezident İlham Əliyev bildirib ki, regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir.
Bütün bunlarla kifayətlənməyən Ermənistan ötən əsrin doxsanıncı illərinin əvvəllərindən etibarən Azərbaycana qarşı elan olunmayan müharibəyə başlayıb və havadarlarının dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal edib. Bu işğal nəticəsində də xalqımız etnik təmizləməyə məruz qalıb, şəhər və kəndlərimiz, mədəni abidələrimiz dağıdılıb, sərvətlərimiz talanıb. Azərbaycan bu ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına öz gücünə son qoymağı bacardı.
Sırf insan haqları məsələsi
Məktubda da vurğulandığı kimi, təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir. O cümlədən Ermənistan soydaşlarımızın yurd yerlərinə qayıdış hüququnu tanımaq istəmir. Rəsmi İrəvan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır.
Qalib Azərbaycanın heç bir qonşu dövlətə qarşı ərazi iddiası yoxdur. Burada da söhbət Ermənistana qarşı ərazi iddialarından deyil, yüz minlərlə azərbaycanlını tarixi yurd yerlərinə qayıdışına şərait yaradılmasından gedir. Qayıdış hüququ beynəlxalq konvensiyalarda təsbit olunub. QAİ-nin məqsədi də Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir.” Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
26 Yanvar 00:39
İdman
25 Yanvar 23:45
Hadisə
25 Yanvar 23:18
Dünya
25 Yanvar 22:51
Dünya
25 Yanvar 22:29
Sosial
25 Yanvar 21:47
Dünya
25 Yanvar 21:16
Analitik
25 Yanvar 20:52
Dünya
25 Yanvar 20:26
Hərbi
25 Yanvar 19:51
Sosial
25 Yanvar 19:24
Hərbi
25 Yanvar 18:45
Dünya
25 Yanvar 18:13
Xəbər lenti
25 Yanvar 18:06
Sosial
25 Yanvar 17:54
Hadisə
25 Yanvar 17:22
İdman
25 Yanvar 16:49
Dünya
25 Yanvar 16:18
Xəbər lenti
25 Yanvar 15:46
Hadisə
25 Yanvar 15:17
Dünya
25 Yanvar 14:56
İdman
25 Yanvar 14:25
Dünya
25 Yanvar 13:54
Sosial
25 Yanvar 13:27
Elanlar
25 Yanvar 13:26
Siyasət
25 Yanvar 13:24
Dünya
25 Yanvar 13:22
Mədəniyyət
25 Yanvar 12:51
Hadisə
25 Yanvar 12:20
Siyasət
25 Yanvar 11:52
Dünya
25 Yanvar 11:38
Gündəm
25 Yanvar 11:17
Siyasət
25 Yanvar 10:54
İqtisadiyyat
25 Yanvar 10:39
Siyasət
25 Yanvar 10:15
Analitik
25 Yanvar 09:54
Dünya
25 Yanvar 09:31
Dünya
25 Yanvar 09:15
Ədəbiyyat
25 Yanvar 08:57
Ədəbiyyat
25 Yanvar 08:35
Dünya
25 Yanvar 07:53
Dünya
24 Yanvar 23:47
İdman
24 Yanvar 23:31
Sosial
24 Yanvar 23:19
Dünya
24 Yanvar 22:54
Dünya
24 Yanvar 22:36
Dünya
24 Yanvar 22:13
İdman
24 Yanvar 21:53
Xəbər lenti
24 Yanvar 21:34
Dünya
24 Yanvar 21:11
Elm
24 Yanvar 20:55
Xəbər lenti
24 Yanvar 20:38
İqtisadiyyat
24 Yanvar 20:34
Dünya
24 Yanvar 20:19
Dünya
24 Yanvar 19:57
İdman
24 Yanvar 19:32
Sosial
24 Yanvar 19:17
Siyasət
24 Yanvar 18:48
Siyasət
24 Yanvar 18:41
Hadisə
24 Yanvar 18:28
Dünya
24 Yanvar 17:48
Dünya
24 Yanvar 17:32
Dünya
24 Yanvar 17:19
Dünya
24 Yanvar 16:46
İdman
24 Yanvar 16:15
İqtisadiyyat
24 Yanvar 15:56
Dünya
24 Yanvar 15:48
Siyasət
24 Yanvar 15:39
İqtisadiyyat
24 Yanvar 15:29
Dünya
24 Yanvar 15:14