Mən heç kəsdən, heç vaxt qrant almamışam
09.04.2013 [11:33]
Əgər kim “milli satqınlar” sözünün məzmunundan öz heysiyyatının zədələndiyini hesab edirsə, yaxşı olar ki, heç bu sözü dedirdəcək əməllərə yol verməsin
“Yeni Azərbaycan” qəzetinin 06.04.2013-cü il sayında “Beynəlxalq təzyiq qrupları ayrı-ayrı “milli QHT-ləri”, ictimai birlikləri pulla ələ alır” başlıqlı yazı dərc edilib. Bu məqalədə ayrı-ayrı fondlar tərəfindən maliyyələşdirilən bir sıra QHT-lərin və şəxslərin adları çəkilib. Məqalədə, o cümlədən, “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin və digərlərinin adları çəkilib. Yazıda həmin şəxslərin konkret hansı fonddan hansı məbləğdə pul almaları ilə bağlı fikirlər və rəqəmlər ifadə olunub. Məqalədə, eyni zamanda, göstərilib ki, beynəlxalq təzyiq qrupları kimi xarakterizə olunan QHT-lər, əslində ayrı-ayrı anti-azərbaycançı mərkəzlərin maraqlarına xidmət etməklə, ölkə daxilində təzyiq qrupları yaradaraq, hakimiyyətə təzyiq etmək, ölkədə xaos, vətəndaş qarşıdurması yaratmaq məqsədi güdürlər. Beləliklə də, öz maraqlarını Azərbaycanda təmin etmək üçün bəzi QHT-lərin timsalında təzyiq mexanizmi qurmağa çalışırlar. Yəni, bu məsələlər yalnız Azərbaycanda olan məsələlər deyil, dünyanın bir çox ölkələrində qlobal dövlət nəzəriyyəsinin tərəfdarları olanlar və onu icra edənlər faktiki olaraq bu metoddan istifadə edirlər. Bu, yenilik deyil. Çox təəssüf ki, eyni zamanda, həmin təzyiq qrupları və anti-azərbaycançı mərkəzlər çox hallarda bu “yardımları” və “qrantları” həmin QHT-lərə guya ölkədə söz azadlığının təmin olunması, dini tolerantlığın qorunması, mətbuat azadlığı, fikir azadlığı, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, demokratiyanın inkişaf etdirilməsi adı altında verirlər. Amma real nəticədə ayrılan “qrantların” arxasında dayanan məram isə ölkədə hakimiyyətə və Azərbaycan xalqının milli və dövlət maraqlarına qarşı bir mexanizm formalaşdırmaqdan ibarətdir. Çox təəssüf ki, Azərbaycanda bəzi QHT-lər bu cür anti-azərbaycançı mərkəzlərin torlarına düşürlər. Yazıda bu cür insanlar “milli satqınlar” kimi səciyyələndirilirlər. Əgər kim “milli satqınlar” sözünün məzmunundan öz heysiyyatının zədələndiyini hesab edirsə, yaxşı olar ki, heç bu sözü dedirdəcək əməllərə yol verməsinlər. “Turan” İA-nın baş direktoru, hörmətli Mehman Əliyevin “kişidilərsə 1993-cü ildən bəri Amerika fondlarından aldıqlarını ortaya qoysunlar” ittihamlarına gəlincə, buna cavab olaraq bildirirəm ki, hörmətli Mehman müəllim, mən kişiyəm və bəyan edirəm ki, bu günə qədər nəinki Amerika fondlarından, heç bir fonddan bir qəpik belə pul almamışam. Yaxşı olar ki, çox hallarda ictimai-siyasi hadisələrə münasibətdə xeyli dərəcədə etik normaları gözləyən və özünəməxsus koloriti olan Mehman Əliyev öz ənənəvi siyasi davranışlarına sadiq qalsın. Belə kəskin, qeyri-etik, məqsədini aşan ifadələr işlətməsin. Əgər onun da əlində bizi ifşa edəcək faktlar varsa, bizə həmin faktlarla cavab versin. Yoxsa, biz məhəlli jarqon ifadələrini Mehman Əliyevə yaraşdırmırıq. Siyasətçi olmaq iddiasında olan və ya üzərinə ictimai missiya götürdüyünü düşünən heç bir insana bunu tövsiyə etmirik. Çünki Azərbaycanda 1993-cü ildən bu günə qədər, ötən 20 il ərzində kifayət qədər mədəni, intellektual siyasi leksikon formalaşıbdır. Radikal müxalifətin danışıq tərzi istisna olmaqla, Azərbaycanda siyasi cəhətdən yetkin, dil və üslub baxımından zəngin, özünüifadə baxımından intellektual, məntiq baxımından kifayət qədər idraki və məzmunlu olan siyasi leksikona sahib geniş tavanlı siyasi dialoq platforması bərqərar olubdur. Bunu korlamaq heç də məqbul deyil.
Hikmət BABAOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

