Sülh: Kim qazanacaq, kim itirəcək...
14.12.2024 [11:23]
Əməkdaşlıq və təhlükəsizlik Qərb-Şərq platformasını yeniləyəcək
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın həyatında yeni - sabit və inkişafa yönəlik dövrün başlama perspektivini formalaşdırır. 2 ildən artıqdır davam edən və özünün məntiqi nəticəsinə çox yaxın olan sülh prosesi yeni iqtisadi-siyasi nizamın mühüm ştrixlərindən birinə çevrilə bilər - məhz bağlanacaq sülh müqaviləsi Cənubi Qafqazın yeni dönəmdə stabil və sabit məkan kimi inkişafına yol açacaq, qlobal layihələrdəki iştirakımızı rəsmiləşdirəcək. Bir sözlə, Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu sülh layihəsinin prioritet istiqamətləri həm də Cənubi Qafqaz üçün inkişaf tempi perspektivi vəd edir. Sülhün imzalanması ilə Azərbaycan dünyanın yeni iqtisadi münasibətlər sistemində özünəməxsus yerə malik olan Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsi formalaşdırır.
Ermənistanı nələr gözləyir?
Vətən müharibəsindən sonra aktuallaşan bir sıra əməkdaşlıq formatları - “3+3”, “3+2” və nəhayət “2+2” kimi rəmzi strukturlaşdırma təməlinə malik tərəfdaşlıq kompleksləri bölgənin sülhdən sonrakı şəkilləndirməsini özündə ehtiva edir. Çünki iqtisadi əməkdaşlıqlar regionun təhlükəsizliyinin, sülhün və sabitliyin daha yüksək səviyyədə təminatının qarantı kimi çıxış edir. Regionun gələcəyinin yeni inkişaf strategiyası kimi irəli sürülən sülh prinsipləri 2023-cü ilin sentyabrından sonra yeni istiqamət alıb - ortaya qoyulan təhlillərə əsasən demək olar ki, sülh ən çox Ermənistanın “işinə” yarayır.
Siyasi komponentlər üzrə təhlil etsək, Ermənistanın dövlət olaraq özünü müstəqil subyekt kimi xarakterizə etməsi üçün Azərbaycanın yaratdığı yeni reallıqlardan səmərəli istifadə etməsi lazımdır. Sülh Ermənistanın de fakto “kimliyini” ortaya çıxaracaq, dövlət kimi dünyaya təqdim edəcək. Əks halda... Ermənistan yenə də ya “forpost”, ya da “kölgə” dövlət funksiyasını davam etdirəcək.
İqtisadi tərəflərinə gəldikdə isə, sülhün imzalanması Ermənistan üçün mühüm dividendlər vəd edir. İlk növbədə, İrəvan xarici ianələrdən “xilas olacaq”, özünün yeni daxili iqtisadi təməl bazasını yarada biləcək. Burada Azərbaycanın yaradacağı yeni iqtisadi-ticari mənzərə böyük rol oynayır. Açılacaq Zəngəzur dəhlizi vasitəsilə Ermənistan dünyaya açıla biləcək və özünü iqtisadi “tərəf” kimi təqdim etmək şansı qazanacaq.
İkinci növbədə, Ermənistanın iqtisadi təhlükəsizliyi məsələsi reallaşacaq - yeni və mühüm bir qlobal əməkdaşlıq bazarının stansiyasına çevriləcək Ermənistan həm enerji, həm iqtisadi, həm də sosial problemlərinin həlli ilə bağlı mühüm bir yol qət etmiş olacaq.
Sosial inkişaf isə Ermənistanın dövlət olaraq stabil inkişafına qarantiya verəcək - artıq İrəvan başqa güclərin əlində oyuncaq olmaq məcburiyyətində qalmayacaq, fərqli güclərin və dövlətlərin “aləti” olmaqdan xilas ediləcək...
TDT ölkələri üçün yeni üfüqlər...
Sülhün imzalanması Şərq-Qərb iqtisadi sisteminin daha da yaxınlaşması, inteqrasiya etməsi üçün can yandıran, buna yol açan dövlətin də marağındadır. Bəli, qlobal cəmiyyətlərin qurulduğu, mühüm inkişaf dövrünü özündə əks etdirən XXI əsr lokal birlikləri istisna etsə də, multikultural dəyərlərin aşınması kimi qorxulu tendensiyalarla müşayiət olunsa da, Azərbaycan Mərkəzi Asiya-Cənubi Qafqaz-Kiçik Asiya xətti üzrə tamam fərqli bir mənzərə formalaşdırıb. Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan iqtisadi diqqəti yaşadığımız region üçün fokuslandırılmasına nail olub. Burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər önə çıxır ki, regional səviyyədəki əməkdaşlıqlar yeni mərhələdə qlobal inkişaf konsepsiyasının aparıcı coğrafi indeksi kimi müəyyənləşir. Çindən başlayan yolun Avrpopa məkanına doğru irəliləməsi Mərkəzi Asiyanı bu inkişaf mərhələsinin mühüm hissəsinə çevirir. Bu baxımdan, TDT məkanı Azərbaycanın yaratdığı yeni mərhələnin - sabitlik və inkişaf mərhələsinin daha da şaxələndirilməsində, genişləndirilməsində maraqlı görünür. Çünki iqtisadi əməkdaşlıqlar regionun təhlükəsizliyinin, sülhün və sabitliyin daha yüksək səviyyədə təminatının qarantı kimi çıxış edir.
Qərbin Şərqə ehtiyacı hər zaman olduğundan daha böyükdür
Vurğulandığı kimi, bu proses Şərq ilə Qərbi birləşdirir - bu mənada, Qərbin də məsələyə marağı böyükdür. Kiçik ermənipərəst qruplar istisna olmaqla Avropa məkanının, xüsusilə Mərkəzi Avropanın Azərbaycanın yaratdığı bu yeni iqtisadi təmərküzləşməyə, enerji mübadiləsinə marağı və ehtiyacı böyükdür. Bunun üçün də qlobal sülhün sədaları ilk növbədə Avropada eşidilməkdədir. Son seçkilərdən sonra ABŞ-ın yeni hakimiyyətinin məsələlərə realist baxışları və Avropadakı yaxın əməkdaşlıq sferasının bəzi ünvanlarının dəyişməsi onu deməyə əsas verir ki, Şərq-Qərb strategiyası üzrə inkişaf edən mühüm hədəflər yeni nizamda Qərb tərəfindən də dəstəklənəcək. Çünki Avropa bu gün iqtisadi gərginliklər, siyasi çəkişmələr, dini fobizmlər məngənəsindən xilas ola bilmir. Maraqları toqquşdurmaq əvəzinə uzlaşdırmaq prinsipi isə illərdir ki, ayrı düşmüş region ölkələrini də bir araya gətirəcək. Başqa sözlə, Cənubi Qafqazda başlanan proses Avropanın da siyasi təhlükəsizliyini, iqtisadi diversifikasiyasını təmin etmiş olacaq.
Sülhə mane olanlar...
Sülhü istəməyənlər “kateqoriyası” isə məhdud və azlıqdır. Bu “siyahıda” bəlkə də ən pessimist və neqativ durumda olan Fransa və dostlarıdır. Əslində onları ümumiləşdirilmiş halda “uduzmağa məhkum olanlar” kimi də təqdim etmək olar. Hərbi eskalasiyanın artmasında maraqlı olan Fransa, Yunanıstan, Hindistan kimi dövlətlər bunun baş verməsi üçün illərdir ki, çaba göstərir. Ermənistana milyonlarla dollar qiyməti olan və qarşılıqsız verilən silahlar məhz yuxarıda qeyd edilən yeni iqtisadi-siyasi, ticari imkanları məhdudlaşdırmaq üçün səfərbər edilir. Fransanın patronajlığı altında olan bu qrup üçün sistemin inkişafa deyil, geriyə sayım etməsi daha maraqlı görünür - səbəbləri isə bəllidir:
- Fransa Qərbdə arxa plana keçirilib;
- Yunanıstanın yerləşdiyi regionda apardığı qeyri-adekvat siyasət ifşa olunub - Türkiyə yeni dövrün ən güclü qlobal aktorlarından birinə çevrilib;
- Hindistan isə hələ də özü üçün yer müəyyənləşdirə bilməyib - qlobal proseslərdən bir neçə addım geri qalan Delhi proseslərin arxasınca sürünməyə üstünlük verir.
Beləliklə, sülhdən “qazanc” əldə etməyənlər bölgənin ümumi inkişaf tempinə kənar müdaxilələrlə mane olmağa çalışırlar. Amma onların bu fəaliyyəti də əbəsdir - çünki Azərbaycanın təşəbbüsü ilə başlanan bu proses yeni dünya nizamında ən mühüm amillərdən birinə çevrilib. Bu reallığı isə dəyişmək mümkünsüzdür - sülhün tez imzalanması dividend qazanacaq tərəflər üçün mayaka çevriləcək...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Yanvar 17:36
YAP xəbərləri
13 Yanvar 17:35
YAP xəbərləri
13 Yanvar 17:32
YAP xəbərləri
13 Yanvar 17:32
Dünya
13 Yanvar 17:22
Xəbər lenti
13 Yanvar 17:13
YAP xəbərləri
13 Yanvar 15:55
YAP xəbərləri
13 Yanvar 15:54
YAP xəbərləri
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:52
Dünya
13 Yanvar 15:27
Siyasət
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:45
Sosial
13 Yanvar 14:39
Hadisə
13 Yanvar 14:28
Gündəm
13 Yanvar 14:15
Gündəm
13 Yanvar 12:27
Dünya
13 Yanvar 12:16
Elm
13 Yanvar 12:13
Dünya
13 Yanvar 12:03
Sosial
13 Yanvar 11:36
Sosial
13 Yanvar 10:59
Hadisə
13 Yanvar 10:54
Dünya
13 Yanvar 10:53
Dünya
13 Yanvar 10:44
Dünya
13 Yanvar 10:35
Hadisə
13 Yanvar 10:16
Dünya
13 Yanvar 10:12
İqtisadiyyat
13 Yanvar 10:11
Dünya
13 Yanvar 09:51
Sosial
13 Yanvar 09:32
Dünya
13 Yanvar 09:18
Dünya
13 Yanvar 08:57
Sosial
13 Yanvar 08:35
Dünya
12 Yanvar 23:55
Hadisə
12 Yanvar 23:15
Dünya
12 Yanvar 22:41
Dünya
12 Yanvar 22:18
Dünya
12 Yanvar 21:57
İdman
12 Yanvar 21:15
Dünya
12 Yanvar 20:43
Hadisə
12 Yanvar 20:25
Dünya
12 Yanvar 19:52
İdman
12 Yanvar 19:16
Siyasət
12 Yanvar 18:50
İdman
12 Yanvar 18:10
Xəbər lenti
12 Yanvar 17:50
Dünya
12 Yanvar 17:15
Xəbər lenti
12 Yanvar 16:54
Hadisə
12 Yanvar 16:10
Dünya
12 Yanvar 15:50
Dünya
12 Yanvar 15:15
Xəbər lenti
12 Yanvar 14:50
Xəbər lenti
12 Yanvar 14:38
Dünya
12 Yanvar 13:52
Dünya
12 Yanvar 13:17
Dünya
12 Yanvar 12:45
Dünya
12 Yanvar 12:16
Dünya
12 Yanvar 11:47
Hadisə
12 Yanvar 11:23
İdman
12 Yanvar 10:51
Dünya
12 Yanvar 10:19
Hadisə
12 Yanvar 09:48
Dünya
12 Yanvar 09:12
Siyasət
12 Yanvar 08:31
Hadisə
11 Yanvar 23:42
İdman
11 Yanvar 23:16
Dünya
11 Yanvar 22:43
Dünya
11 Yanvar 22:19
Hərbi
11 Yanvar 21:44