Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qazaxıstanın xarici işlər nazirinin müavini: Bu faciə bizim ümumi ağrımızdır

Qazaxıstanın xarici işlər nazirinin müavini: Bu faciə bizim ümumi ağrımızdır

26.12.2024 [19:12]

Bu faciə bizim ümumi ağrımızdır, çünki Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olanlar arasında Qazaxıstan vətəndaşları da var.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib.

“Biz ümid edirik ki, yaralılar tezliklə tam sağalıb ailələrinə qayıda biləcəklər. Biz bunun üçün əlimizdən gələni edirik”, - deyə o vurğulayıb.

Nazir müavini Aktauda yardım göstərən, o cümlədən qan verən qazaxıstanlılara minnətdarlığını bildirib, həmçinin Fövqəladə Hallar, Səhiyyə nazirliklərinin və yerli administrasiyanın operativ fəaliyyətini qeyd edib.

Roman Vasilenko faciə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verərək deyib: “Biz birlikdə kədərlənirik”.

Paylaş:
Baxılıb: 438 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31