Milli Məclisin iclasında...
28.12.2024 [11:34]
17 qanun layihəsi qəbul olunub
Dekabrın 27-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 17 məsələnin müzakirəsi daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova əvvəlcə “Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.
Beynəlxalq sazişlər təsdiq olunub
İclasda ilk olaraq “Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Sənəd haqqında parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib. Bildirib ki, “Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş” bu il dekabrın 10-da Bakıda “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə “Asian Mining Holding FZ” LLC və “AzerGold”-un Ortaq Şirkəti arasında imzalanıb. Bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir. Habelə qanun qüvvəyə mindikdən sonra Sazişin və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində işlər aparmaq üçün müstəsna hüquq veriləcək.
Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar veriləcək. Sazişə və ya əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə ediləcək.
Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib. Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, sənəd 2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanıb. Saziş Azərbaycan və Maldiv diplomatik, xidməti və rəsmi pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edir.
Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Sənəd haqqında parlamentin komitə sədrləri Arzu Nağıyev və Səməd Seyidov məlumat veriblər. Bildirilib ki, saziş 2024-cü il oktyabrın 30-da Rabat şəhərində imzalanıb. Sazişə əsasən Azərbaycan və Mərakeş Krallığı müdafiə sahəsində hərbi əməkdaşlıq edəcəklər.
5 fəsil və 31 maddədən ibarət olan “Diplomatik xidmət haqqında” yeni qanun...
İclasda, həmçinin “Diplomatik xidmət haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul olunub. “Diplomatik xidmət haqqında” qanun layihəsi 5 fəsil və 31 maddədən ibarətdir. Layihənin hazırlanması prosesində diplomatik xidmət orqanlarının və həmin orqanlarda xidmət edən əməkdaşların fəaliyyətinin tənzimlənməsi ilə bağlı ehtiyac duyulan məsələlər araşdırılıb. Bununla yanaşı, diplomatik xidmət sahəsində beynəlxalq təcrübə və dövlət qulluğu sahəsində Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının aidiyyəti normaları öyrənilib. Layihə diplomatik xidmət sahəsinin müasir tələblərə uyğun təşkilini və hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir. Yeni qanun diplomatik xidmətdə tənzimlənməyən aktual məsələlərin həllinə, hüquqi əsasların yenilənməsinə, əməkdaşların hüquq və vəzifələrinin dəqiq müəyyən edilməsinə, rotasiya və beynəlxalq təşkilatlarda fəaliyyət kimi bir sıra mühüm məsələlərin həllinə yönəlib.
Layihəyə əsasən, diplomatik xidməti orqanı əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsi və diplomatik xidmət əməkdaşlarının attestasiyası həyata keçiriləcək. Xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi vəzifələrində xidmət keçən diplomatik xidmət əməkdaşları istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən, müvafiq diplomatik və ya inzibati vəzifədə təqvim ilinin sonunadək azı altı ay daimi xidmət (qulluq) keçən diplomatik xidmət orqanı əməkdaşlarının xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir.
Hərbi xidmətə çağırış üçün son yaş həddi azaldılıb
İclasda Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də üçüncü oxunuşda qəbul edilib. Qanun layihəsi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması, habelə hərbi xidmətə çağırışla bağlı müvafiq müddəaların dəqiqləşdirilməsi məqsədilə hazırlanıb.
Layihəyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna “tibbi şəhadətləndirilmə”, “elektron kabinet” və “çağırış vərəqəsi” anlayışları əlavə edilir. Layihədə aidiyyəti dövlət orqanları arasında tibbi müayinənin nəticələrinin elektron əldə edilməsi, əlilliyi müəyyən olunmuş çağırışçıların tibbi müayinəsinə dair müvafiq qərarın onların əyani formada tibbi müayinəsi aparılmadan çağırışçıya dair elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilməsi, müvafiq dövlət orqanlarının sistemlərinin qarşılıqlı inteqrasiyası ilə bağlı müddəalar əks olunub.
Bundan başqa, layihədə müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan son yaş həddinin 35-dən 30 yaşa endirilməsi təklif olunur. Eyni zamanda, layihədə ilkin hərbi qeydiyyatın müddəti, habelə təşkilatlar tərəfindən ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi müddəti uzadılır. Çağırışçılar barəsində çağırış komissiyaları tərəfindən qəbul edilmiş qərarlar onlara 10 gün müddətində deyil, 3 gün müddətində bildiriləcək. Layihədə müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşların tibbi müayinədən keçməsi müddəti çağırışa 2 ay qalmış müddətdə müəyyən olunur.
Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılan vətəndaşların dairəsi müəyyən olunur və təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi ilə bağlı maddə yeni redaksiyada verilməklə dəqiq tənzimləmə qanunda əks olunur. Belə ki, bakalavriatda və magistraturada əyani təhsil alan tələbələrə çağırışa möhlət onların müvafiq olaraq 24 və 26 yaşı tam olanadək veriləcək. Dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılar istisna təşkil edəcək.
Digər qanunlara dəyişikliklər isə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda mövcud olan müddəalardan və bu layihə ilə təklif edilən dəyişikliklərdən irəli gəlir.
Qeyd edək ki, iclasda gündəlikdə olan digər qanun layihələri də qəbul olunub.
Spiker parlamentin növbəti iclasının dekabrın 29-da keçiriləcəyini bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 Yanvar 23:41
Siyasət
19 Yanvar 22:26
İdman
19 Yanvar 21:34
Gündəm
19 Yanvar 21:13
Sosial
19 Yanvar 20:17
Siyasət
19 Yanvar 19:24
İdman
19 Yanvar 18:23
Dünya
19 Yanvar 17:37
Hadisə
19 Yanvar 16:22
Dünya
19 Yanvar 15:28
Dünya
19 Yanvar 14:19
Dünya
19 Yanvar 13:26
Hadisə
19 Yanvar 13:16
Dünya
19 Yanvar 12:36
Dünya
19 Yanvar 11:24
Sosial
19 Yanvar 10:51
Dünya
19 Yanvar 09:20
Elm
19 Yanvar 08:32
Dünya
18 Yanvar 23:23
Dünya
18 Yanvar 22:29
Elm
18 Yanvar 21:18
Siyasət
18 Yanvar 20:27
Xəbər lenti
18 Yanvar 19:24
İdman
18 Yanvar 18:21
Siyasət
18 Yanvar 17:42
İqtisadiyyat
18 Yanvar 17:18
Siyasət
18 Yanvar 16:46
Hadisə
18 Yanvar 16:15
Dünya
18 Yanvar 15:53
Sosial
18 Yanvar 15:21
Elanlar
18 Yanvar 14:49
Siyasət
18 Yanvar 14:21
Siyasət
18 Yanvar 13:50
Sosial
18 Yanvar 13:18
Siyasət
18 Yanvar 12:42
Siyasət
18 Yanvar 12:38
Siyasət
18 Yanvar 12:17
Gündəm
18 Yanvar 11:52
Sosial
18 Yanvar 11:45
Siyasət
18 Yanvar 11:34
Sosial
18 Yanvar 11:12
İqtisadiyyat
18 Yanvar 10:51
Analitik
18 Yanvar 10:32
Analitik
18 Yanvar 10:18
Ədəbiyyat
18 Yanvar 09:48
Ədəbiyyat
18 Yanvar 09:35
MEDİA
18 Yanvar 09:17
İqtisadiyyat
17 Yanvar 23:47
Mədəniyyət
17 Yanvar 23:26
Dünya
17 Yanvar 23:18
Xəbər lenti
17 Yanvar 22:51
İdman
17 Yanvar 22:37
Xəbər lenti
17 Yanvar 22:15
Sosial
17 Yanvar 22:07
Sosial
17 Yanvar 21:59
İqtisadiyyat
17 Yanvar 21:34
İdman
17 Yanvar 21:13
Dünya
17 Yanvar 20:52
Sosial
17 Yanvar 20:36
İqtisadiyyat
17 Yanvar 20:11
İdman
17 Yanvar 19:58
Din
17 Yanvar 19:32
Sosial
17 Yanvar 19:15
YAP xəbərləri
17 Yanvar 18:52
YAP xəbərləri
17 Yanvar 18:35
YAP xəbərləri
17 Yanvar 18:27
YAP xəbərləri
17 Yanvar 18:26
YAP xəbərləri
17 Yanvar 18:25
YAP xəbərləri
17 Yanvar 18:24
Ədəbiyyat
17 Yanvar 18:22