/ / Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi rəqəmlər Azərbaycanın iqtisadi qüdrətini nümayişidir
Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi rəqəmlər Azərbaycanın iqtisadi qüdrətini nümayişidir
03.02.2025 [11:57]
“Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi məqamlar Azərbaycanda son illərdə sözügedən sahədə görülən işlərin hesabatı oldu. Müşavirədə qeyd olunan rəqəmlər, eyni zamanda, Azərbaycanın iqtisadi qüdrətinin nümayişidir. Belə ki, son 15 ildə təkcə Bakı şəhərində icra edilən nəqliyyat-infrastruktur layihələrinin – yeni metro stansiyalarının istifadəyə verilməsinin, körpülərin, tunellərin tikintisinin, yeni yolların salınmasının maliyyə tutumuna baxdıqda bu bir daha aydın olur”.
Milli Məclisin deputatı Ağalar Vəliyev bu fikirləri mediaya açıqlamasında söyləyib.
Son illərdə görülən işlər sayəsində Azərbaycanda şəhər və rayonlararası nəqliyyat əlaqələrinin yaxşılaşdığını, müasir avtomagistralların inşa olunduğunu qeyd edən deputat deyib ki, bütün bu amillər ölkəmizin sürətli inkişafının göstəricisidir. Çünki beynəlxalq miqyasda yol infrastrukturu hər hansı bir ölkənin inkişafını göstərən əsas amillərdən biri hesab olunur.
Bu gün ölkəmizin regional nəqliyyat qovşağı rolunu oynadığına diqqət çəkən millət vəkili bunun aparılan uzaqgörən siyasətin, göstərilən səylərin və görülən praktiki işlərin nəticəsində mümkün olduğunu qeyd edərək bildirib ki, dövlət başçısının vurğuladığı kimi, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil.
Okeana çıxışı olmayan Azərbaycanın əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevrilməsi, ərazimizdən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə daşınan yüklərin həcminin ildən-ilə artması, həmçinin Azərbaycanın qonşu və region ölkələri ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasının, öz ərazisində müasir infrastrukturun yaradılmasının, eyni zamanda, dövlətimizin etibarlı tərəfdaş kimi özünü sübut etməsinin nəticəsidir.
Hazırda Azərbaycan təhlükəsizlik, sabitlik adasıdır. Bu da ölkəmizdən keçən dəhlizlər vasitəsilə yükdaşımaların təhlükəsizliyini təmin edən amil olduğu üçün beynəlxalq tərəfdaşların öz mallarını Azərbaycan vasitəsilə göndərmələrinə marağı daha da artırır.
Cənab Prezidentin müşavirədə Zəngəzur dəhlizi layihəsinə toxunmasını qeyd edən parlamentari bu dəhlizin yaradılmasının Azərbaycan tərəfindən irəli sürüldüyünü, artıq onun beynəlxalq aləmdə qəbul edilmiş termin olduğunu vurğulayıb və dəhlizin Şərqlə Qərb arasında yeni nəqliyyat bağlantısı olacağını, Türk dövlətləri arasında coğrafi əlaqələri təmin edəcəyini nəzərə çatdırıb.
Həmçinin bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti hazırda çox mühüm stratejı əhəmiyyət daşıyır və dünya ölkələri bu layihəni yüksək dəyərləndirir.
Dövlət başçısının müşavirədə vurğuladığı kimi: “Bu, strateji layihədir və gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq. Həyat göstərdi ki, hər zaman olduğu kimi, haqlı idik. Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına da böyük maraq göstərirlər. Əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilməsəydi, bütün bunlar tamamilə mümkünsüz ola bilərdi”.
Milli Məclisin üzvü əlavə edib ki, hazırda ölkəmizdə mövcud olan beynəlxalq hava limanları Azərbaycanın daha bir üstünlüyüdür. Belə ki, bu gün ölkəmiz, eyni zamanda, hava nəqliyyatı sahəsində də böyük uğurlar əldə edib. Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportunun rekord sayda - yeddi milyondan çox sərnişin daşıması bunun bariz nümunəsidir və aeroportda növbəti terminalın tikintisi bu rəqəmin daha da yüksəlməsinə gətirib çıxaracaq.
“Bütün bunlarla yanaşı, Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturu ilə bağlı Dövlət Proqramının qəbul olunması vətəndaşların rifahının və rahatlığının Prezident İlham Əliyevin və dövlətimizin daim diqqət mərkəzində saxlanıldığını nümayiş etdirir. Çünki yeni metro stansiyalarının, avtomobil yollarının və sairənin tikintisi sərnişinlərin mənzilbaşına daha rahat və daha tez çatmasına hesablanıb ki, bu da vətəndaş məmnunluğunu artıracaq”, - deyən Ağalar Vəliyev əminliklə bildirib ki, bütün bunlar Azərbaycanda əhalinin firavanlığını təmin etməklə bərabər, ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəldəcək.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

