Aİ missiyası sülh prosesinə zərər vurur
06.02.2025 [08:56]
Yeni “təhlükəsizlik çətiri” yeni təhlükədir
Qərb Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün Ermənistandan alət kimi istifadə edir. “Mülki missiya” adı ilə hərbi-kəşfiyyat qrupunun bu ölkənin ərazisində mövcudluğu da sözügedən məqsədlər sırasındadır. Əslində, son iki ildə sübut olunub ki, regionda Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının (EUMA) gerçək məqsədi sülhə töhfə vermək deyil.
Bütün bunların fonunda Avropa İttifaqı missiyanın müddətini daha iki il uzatmağa qərar verib. Avropa İttifaq Şurasının yaydığı məlumata görə, İttifaq ölkələri EUMA-nın fəaliyyətinin 2027-ci ilin fevralın 19-dək uzadılması barədə razılıq əldə ediblər. Müşahidə missiyasına bu dövr üçün 44 milyon avrodan çox büdcə ayrılıb. “EUMA Avropa İttifaqının regionda sülh və sabitliyin dəstəklənməsi səylərinin mühüm tərkib hissəsidir. Missiyanın məqsədi yerdəki vəziyyəti müşahidə etmək və hesabat vermək, münaqişədən təsirlənmiş ərazilərdə insanların təhlükəsizliyinə töhfə vermək, mümkün olduqca Ermənistan və Azərbaycan arasında etimadın yaradılmasına dəstək verməkdir”, - deyə məlumatda bildirilib.
Aİ Şurası, həmçinin missiyanın vəzifələrinin dəyişməz olaraq qaldığını vurğulayıb, EUMA-nın silahsız mülki missiya olduğunu və belə də qalacağını iddia edib.
Bu missiya Ermənistanın özü üçün yeni təhlükə yaradır
Məsələ ilə bağlı Milli Məclisin deputatı Nigar Məmmədova bildirib ki, Avropa İttifaqının “mülki missiya”sı bu regiona gərginliyi artırmaq məqsədilə yerləşdirilib. Onun sözlərinə görə, Azərbaycan haqlı olaraq bu “mülki missiya”nın şərti sərhəddə yerləşməsinin əleyhinədir: “Dövlətimizin başçısı da bəyan edib ki, Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan arasındakı şərti sərhəddə NATO tərəfindən infrastruktur yaradılıb. Məlumdur ki, həmin missiya sərhəddə kəşfiyyat məqsədilə fəaliyyət göstərir və təxribatlar törədir”.
Millət vəkili deyib ki, Aİ-nin missiyasının tərkibi Azərbaycanın razılığı olmadan genişlənir. Ümumiyyətlə, Ermənistan anlamalıdır ki, bu missiyanın fəaliyyəti sülh prosesinə zərər verir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, üçüncü qüvvənin iki ölkənin sərhədində olması vəziyyətin gərginləşdirilməsinə, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqazda hərbi amil kimi meydana çıxmasına xidmət edir. “Cari ilin əvvəlində Ermənistanın bir neçə istiqamətdə atəşkəsi pozması da sülh gündəliyi ilə bağlı bu ölkənin radikal mövqeyinin göstəricisi idi. Ermənistan bu cür təxribat və gərginliklər yaratmaqla Aİ missiyasına “ehtiyac var” görüntüsü formalaşdırmaq istəyir. Yəni, Ermənistan sülh istiqamətində addım atmaq əvəzinə 3-cü, 4-cü qüvvələrin regionda balansı pozmasına şərait yaradır. Missiyanın 2027-ci il fevralın 19-dək regionda qalması Ermənistana heç nə qazandırmayacaq. Ermənistan bu missiyaya “təhlükəsizlik çətiri” kimi baxır, amma əslində bu, Ermənistanın özü üçün yeni təhlükə yaradır. İrəvan anlamalıdır ki, Aİ missiyası regionda sülhün bərqərar olmasına kömək edən mexanizm deyil”, - deyə Nigar Məmmədova vurğulayıb.
Deputatın fikrincə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın missiyanın delimitasiya və demarkasiya prosesi başa çatana qədər bölgədə fəaliyyətini davam etdirməsi haqda söylədikləri çox cəfəng mövqedir. Çünki Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesi iki ölkənin işidir. Şərti sərhəddə üçüncü tərəfin mövcudluğu gərginliyin artmasına səbəb olur.
Ermənistanın ağlı başına gəlməsə...
Rusiyalı politoloq, təhlükəsizlik məsələlərinə dair ekspert Yevgeni Mixaylov da mediaya məsələni şərh edərkən bildirib ki, Avropa İttifaqının Ermənistandakı missiyasının ilk iki ili onun fəaliyyət məqsədinin Cənubi Qafqaz regionunda vəziyyətin sabitliyini pozmaq olduğunu göstərdi. Onun fikrincə, Aİ-nin Ermənistan ərazisində kəşfiyyatçılardan ibarət missiyasını genişləndirməsi əslində, təəccüblü deyil: “Hazırda Cənubi Qafqazda sabitliyə əsas təhlükə və böyük ehtimalla, İrəvanın regionda qalan yeganə müttəfiqi Aİ-dir. Bu, xüsusilə Donald Trampın Vaşinqtonda hakimiyyətə gəlməsindən sonra ABŞ ilə Aİ arasında münasibətlərin soyuması fonunda nəzərə çarpır. Şübhə yoxdur ki, amerikalılar bölgəni tərk etməyəcək, amma yəqin ki, Ermənistan rejiminə dəstəyi azaldacaqlar. Üstəlik, bu, artıq USAİD-in “erməni demokratiyasının inkişafına” kömək göstərməsinə qadağa qoyması fonunda baş verib”.
Ekspertin sözlərinə görə, Aİ-nin öz missiyasının müddətini uzatmaq qərarı hazırkı məqamda Qərbin Cənubi Qafqazda forpostuna çevrilmiş İrəvana ümid vermək məqsədi də daşıyır. Y.Mixaylov hesab edir ki, Paşinyan açıq şəkildə dəyişikliklərdən qorxur: “Xüsusən, Trampın Ukraynaya dəstəyin azaldılması ilə bağlı sözlərini və Bayden komandasının Kiyev rejimini dəstəkləmək üçün milyardlarla dollar xərcləməsindən narazılığını nəzərə alsaq, bunu söyləmək mümkündür. Necə ki, ukraynalılar Rusiya ilə müharibədə demokratlar üçün “material” idilərsə, ermənilər də indi Aİ-dən ötrü eyni “material” kimidır, onlar da “xərclənəcək”, amma bu, sonradan - Putin və Tramp arasında danışıqlardan sonra baş verəcək. Ermənistanı Aİ-yə qəbul etmək və bunun fonunda bu ölkədəki missiyanı genişləndirmək vədləri Bayden komandasının və onun avropalı tərəfdaşlarının əvvəllər Kiyevə verdiyi vədlərin bənzəridir. Bütün bunların nəticələrini hamımız görürük - iqtisadiyyatda fəlakət və dövlətçiliyi itirmək təhlükəsi. Ermənistanın ağlı başına gəlməsə, Aİ və NATO ilə əməkdaşlığı genişləndirmək əvəzinə Bakı ilə barışmasa, məhz bu cür ola bilər”.
Göründüyü kimi, Aİ missiyasının daha iki il müddətinə uzadılması Ermənistan üçün yaxşı heç nə vəd etmir. Paşinyan hakimiyyətinin “manevr” cəhdləri ilk növbədə, ölkəsinin ziyanınadır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

