Azərbaycan - Pakistan: Tarixi bağlara və qarşılıqlı maraqlara əsaslanan dostluq münasibətləri
26.02.2025 [11:16]
Müstəqil Azərbaycan İslam dünyasının bir parçası olmaqdan qürur duyur. Xalqımızın bir çox ənənələri, nəsillərdən-nəsillərə ötürülən milli-mənəvi dəyərlərimiz müqəddəs İslam dini ilə sıx bağlıdır. Bu reallıqdan çıxış edən dövlətimiz dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir. Bu məzmunda ardıcıl şəkildə reallaşdırılan siyasət İslam dünyasında ölkəmizə və onun Liderinə böyük hörmət qazandırıb. Respublikamızın ayrı-ayrı İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq əlaqələrinin genişlənməsi bunun əyani təsdiqidir. Belə dövlətlərdən biri də dost Pakistan İslam Respublikasıdır. Həm Azərbaycan, həm də Pakistan tarixi bağlara və qarşılıqlı maraqlara əsaslanan əlaqələrin daha da möhkəmlənməsində maraqlıdır. Bu istək Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin respublikamıza baş tutan dövlət səfəri çərçivəsində keçirilən görüşlərdə və liderlərin mətbuata verdikləri bəyanatlarda bir daha ifadə olunub.
Dövri təmaslar iki qardaş ölkə arasında sıx tərəfdaşlıq münasibətlərinə zəmin yaradır
Tarixin bütün dönəmlərində hər iki ölkə bir-birinə xoş mərama əsaslanan münasibət sərgiləyib. Qeyd edək ki, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra Azərbaycan-Pakistan əlaqələri davamlı şəkildə inkişaf etməklə bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib.
İki ölkə arasında siyasi dialoqun dinamik səciyyə daşımasında liderlər arasında yaranan səmimi münasibətlər xüsusi rol oynayır. Onlar mütəmadi qaydada görüşərək ikitərəfli və çoxtərəfli gündəliklər ətrafında aktual müzakirələr aparırlar. Prezident İlham Əliyev mətbuata verdiyi Bəyanatında bu məqama diqqət çəkərək vurğulayıb: “Çox şadam ki, dövri təmaslarımız iki qardaş ölkə arasında daha sıx tərəfdaşlıq münasibətlərinə zəmin yaratdı”.
Xatırladaq ki, iki ölkə arasında qarşılıqlı səfərlər Prezident Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya rəsmi səfər edib, bir il sonra - 1996-cı ilin aprelində isə Heydər Əliyevin dost ölkəyə rəsmi səfəri baş tutub.
Sonrakı mərhələdə Prezident İlham Əliyevin Pakistana və dost ölkənin dövlət və hökumət rəhbərlərinin Azərbaycana çoxsaylı səfərləri reallaşıb. Pakistanın Baş naziri bundan əvvəl 2023 və 2024-cü illərdə ölkəmizə səfər edib. Prezident İlham Əliyev isə 2024-cü ilin iyul ayında Pakistanda dövlət səfərində olub. Həmin səfər zamanı Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.
Döst ölkənin Baş nazirinin respublikamıza budəfəki səfərinin proqramı kifayət qədər geniş əhatə dairəsinə malik olub. Səfər çərçivəsində liderlər ikitərəfli gündəliyə aid çox mühüm məsələlər ətrafında müzakirəlr aparıblar, ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha diqqətə çatdırıblar.
Regional və qlobal səciyyə daşıyan məsələlərdə üst-üstə düşən yanaşmalar
Azərbaycan və Pakistan yerləşdikləri coğrafiyaların önəmli dövlətləridirlər. Buna görə də səfər çərçivəsində baş tutan tədbirlərdə iki dost dövlət arasında getdikcə möhkəmlənən münasibətlərin həm milli səviyyəllərdə, həm də regional miqyasda strateji əhəmiyyət daşıdığı xüsusi vurğulanıb. “...Əziz qardaşımla zəmanəmizin beynəlxalq gündəliyində duran çoxsaylı məsələləri müzakirə etdik. Beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı mövqeyimiz və baxışlarımız tam üst-üstə düşür”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Öz növbəsində Pakistanın Baş naziri də mətbuata verdiyi Bəyanatında oxşar fikirləri bölüşüb. Azərbaycan Qəzzada baş verənlərə birmənalı münasibətini dəfələrlə açıq şəkildə bəyan edib. Ölkəmiz o mövqedən çıxış edir ki, bu məsələdə BMT-nin qəbul etdiyi qətnamələr yerinə yetirilməli, problem iki dövlət prinsipi əsasında həllini tapmalıdır. Pakistan da eyni yanaşmadan çıxış edir. “İndi Qəzza əhalisinin daimi atəşkəsə ehtiyacı var və dünya qəzzalıların və fələstinlilərin haqq işini qəbul edib, ikidövlətli həll prinsipi əsasında Fələstin dövlətinin yaradılması məsələsində tam yekdillik var. Düşünürəm ki, bu vaxt, yəni, fasilə zamanı, Qəzzada daimi atəşkəsə sadiqlik olacaq və zənnimcə, bu ərazidə iki dövlətin mövcudluğu - Fələstin dövlətinin yaradılması arzusu yaxın gələcəkdə reallaşacaq”, - deyə Məhəmməd Şahbaz Şərif bildirib.
Xalqlar arasında əlaqələr, humanitar sahədə əməkdaşlıq
Elə ölkələr var ki, onlar hansısa maraqlardan və şərtlərdən çıxış etməklə münasibətlər qururlar. Təbii ki, belə əməkdaşlıq uzunömürlü olmur. Azərbaycanla Pakistanın dostluq münasibətləri isə keçici maraqlardan uzaqdır. Etiqad eyniliyi, milli-mənəvi dəyərlərin oxşarlığı, bir sıra tarixi amillər Azərbaycan və Pakistan cəmiyyətlərini həmişə bir-birinə bağlayıb. Bu gün Pakistanda Azərbaycana, Azərbaycanda isə Pakistana bilavasitə cəmiyyətlərdən gələn səmimi rəğbət hissi var. Bu amilə məmnunluq hissi ilə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir”.
Yeri gəlmişkən, iki dost ölkənin sıx əməkdaşlıq etdiyi istiqamətlərdən biri humanitar sahədir. İndiyədək Azərbaycanın və Pakistanın elm və təhsil müəssisələri arasında sıx əlaqələr qurulub. Azərbaycan hökuməti Pakistanda fövqəladə halların yaratdığı fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə dost ölkəyə yardımlar edib.
İki ölkə arasında humanitar sahədə əməkdaşlığın genişlənməsinə Heydər Əliyev Fondu mühüm töhfələr verir. Fond tərəfindən Pakistanda bir çox sosialyönümlü humanitar layihələr həyata keçirilib. Belə ki, fondun təşəbbüsü və dəstəyi ilə pulsuz tibbi diaqnostika və əməliyyatlar aparılıb, tibb müəssisələrinin və su təchizatı sistemlərinin tikintisinə töhfələr verilib, xeyriyyə tədbirləri təşkil edilib, əlilliyi olan şəxslər əlil arabaları ilə təmin olunub və digər xeyriyyə layihələri həyata keçirilib.
Bu qəbildən olan müstəsna xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2013-cü ildə Pakistanın nüfuzlu “Könüllü qadınlar” təşkilatı və “Daily Times” qəzeti tərəfindən “Humanizmin Simvolu - 2012-ci İlin Qadını” mükafatı ilə təltif olunub. 2015-ci ildə isə Pakistan Prezidenti Məmnun Hüseyn Mehriban xanım Əliyevanın “Hilal-e Pakistan” ali ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. Mehriban xanım Əliyeva bu orden ilə təltif olunan ilk birinci xanımdır. Pakistan Prezidenti Məmnun Hüseyn sözügedən ordeni 2015-ci il martın 11-də ölkəmizə rəsmi səfəri zamanı Mehriban xanım Əliyevaya təqdim edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Dünya
27 Mart 17:28

Dünya
27 Mart 16:47

Gündəm
27 Mart 15:46

Elm
27 Mart 15:26

Gündəm
27 Mart 14:38

Dünya
27 Mart 14:38

Dünya
27 Mart 13:45

Dünya
27 Mart 12:54

Dünya
27 Mart 12:26

İdman
27 Mart 11:43

Dünya
27 Mart 11:16

Dünya
27 Mart 10:58

İdman
27 Mart 10:22

Dünya
27 Mart 09:32

Elm
27 Mart 08:40

Elm
26 Mart 23:42

Dünya
26 Mart 22:34

Sosial
26 Mart 21:54

Sosial
26 Mart 21:53

Dünya
26 Mart 20:33

Siyasət
26 Mart 19:21

Dünya
26 Mart 18:30

Dünya
26 Mart 17:14

Dünya
26 Mart 16:53

Gündəm
26 Mart 15:48

İdman
26 Mart 15:41

Dünya
26 Mart 14:20

Diaspor
26 Mart 13:37

Dünya
26 Mart 12:45

Dünya
26 Mart 11:24

Xəbər lenti
26 Mart 11:11

Hadisə
26 Mart 10:22

Dünya
26 Mart 10:19

Dünya
26 Mart 09:37

Dünya
26 Mart 08:25

Dünya
25 Mart 23:41

Dünya
25 Mart 22:36

Sosial
25 Mart 21:35

MEDİA
25 Mart 20:17

Sosial
25 Mart 19:50

Siyasət
25 Mart 19:41

Dünya
25 Mart 19:38

Elanlar
25 Mart 19:29

Dünya
25 Mart 19:24

Dünya
25 Mart 18:47

Mədəniyyət
25 Mart 17:25

Dünya
25 Mart 16:22

Dünya
25 Mart 15:41

Dünya
25 Mart 14:30

Din
25 Mart 13:33

Dünya
25 Mart 13:17

Dünya
25 Mart 12:48

Dünya
25 Mart 12:40

Hadisə
25 Mart 12:29

Dünya
25 Mart 11:38
25 Mart 10:51

Siyasət
25 Mart 10:24

Dünya
25 Mart 09:52

Dünya
25 Mart 09:18

Dünya
25 Mart 08:51

Dünya
25 Mart 08:20

Dünya
24 Mart 23:35

İdman
24 Mart 22:41

Dünya
24 Mart 21:20

Sosial
24 Mart 20:18

Sosial
24 Mart 19:23

İdman
24 Mart 18:43

Dünya
24 Mart 17:21

Hadisə
24 Mart 16:39

Sosial
24 Mart 15:27
