“Dünya ölkələrinin müasir siyasi sistemləri” kitabı çapdan çıxıb
19.06.2013 [01:52]
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Adil Vəliyevin yenicə çapdan çıxmış “Dünya ölkələrinin müasir siyasi sistemləri” kitabı müasir dünya ölkələrinin siyasi sistemlərindən, idarəçilik rejimlərindən, hakimiyyət orqanlarının əsas funksiyaları və fəaliyyət prinsiplərindən, ictimai-siyasi institutlarından bəhs edir. Kitab oxucunu ən qədim dövrlərdən başlayaraq günümüzə qədər dünyada dövlət idarəçilik sistemlərinin formalaşması və inkişafı, dövlətlərin siyasi quruluşu, idarəçilik rejimlərinin xüsusiyyətləri və s. məsələlərlə tanış edir, dövlətlərin siyasi müstəvidə müqayisəli təhlilini verir.
İki hissədən və dörd fəsildən ibarət olan kitabın müəllifləri “siyasi sistem” barədə ümumi anlayışlardan başlayıb, ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Braziliya və bütövlükdə BMT-nin tamhüquqlu üzvü olan 193 dövlətin müxtəlif təbii, coğrafi ərazi və əhali xarakteristikasına, insan inkişafı indeksinə, geosiyasi əlamətlərinə, beynəlxalq münasibətlər sistemində tutduğu yerə və rola görə siyasi sistemlərini hərtərəfli təhlil ediblər. Yeni nəşrdə Azərbaycanın siyasi və idarəetmə sisteminə - dövlət quruluşu, dövlətin tipi, dövlət başçısı, qanunverici, icra və məhkəmə hakimiyyəti, ictimai təşkilatlar və siyasi partiyalar kimi məsələlərə xüsusi yer verilib.
Əli Həsənov və Adil Vəliyev müasir siyasi nəzəriyyələrə əsaslanaraq sosial-siyasi quruluşun əsas meyllərini, onların idarəetmə rejimlərinin strukturunu, tipologiyasını, inkişaf dinamikasını təhlil edirlər.
Müəlliflərə görə siyasi sistem hakimiyyətin sosial məzmununun səciyyəsini, onun daşıyıcısı olan hakim dairənin xarakterini, iqtisadi quruluşu; hakimiyyətin həyata keçirildiyi və siyasi münasibətlərin cərəyan etdiyi təsisatlar və təşkilatlar sistemini göstərir, siyasi hakimiyyət və təsisatların fəaliyyət prinsiplərini, normalarını, bu fəaliyyətin yönümünü müəyyən edir. Bu baxımdan cəmiyyətin siyasi sisteminə daxil olan təsisatlar ya bilavasitə, yaxud da öz ictimai hərəkatları və siyasi təşkilatları vasitəsilə dolayısı ilə dövlət həyatında maddi və mənəvi varlıqların idarə edilməsi və bölüşdürülməsində iştirak edərək ayrı-ayrı sosial qrupların çeşidli maraqlarını ifadə edir.
Kitabda vurğulandığı kimi, dünya ölkələri müxtəlif əlamətlərə - təbii, coğrafi, ərazi, əhali xarakteristikalarına, iqtisadi və texnoloji inkişaf səviyyəsinə, geosiyasi əlamətlərinə, beynəlxalq münasibətlər sistemində yerinə, roluna və s. görə təsnif olunur. Dövlətləri bir-birindən fərqləndirən əlamətlər onların daxili vəziyyəti ilə yanaşı, beynəlxalq münasibətlərinə də təsir göstərir.
Müəlliflər vurğulayırlar ki, hazırda bütün bunlarla yanaşı, ölkələri həm də onların siyasi idarəçilik sisteminin xarakterinə görə təsnif edirlər. Yəni, əvvəllər hər bir ölkənin idarəçilik sistemi onun daxili işi sayılırdısa, yeni dünya nizamının bərqərar olduğu XXI əsrdə bu, transmilli xarakter alaraq, beynəlxalq aləmin diqqət mərkəzinə çıxarılıb.
Müəlliflərə görə, bu kitabın əsas məqsədi dövlətlərin siyasi sistemlərinin açıqlanması ilə məhdudlaşmır, əsas niyyət bu ölkələrin siyasi idarəçilik rejimləri ilə bağlı forma, mexanizm və digər komponentləri izah etmək, onların əhatə dairəsini müəyyənləşdirmək, nəhayət bu sahədə ümumi sistemin funksiya və vəzifələrini göstərməkdir.
Kitabın elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədov, rəyçiləri isə tarix elmləri doktoru, professor Musa Qasımlı, siyasi elmlər doktoru, dosent Elman Nəsirov və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Nafilə Rəhimovadır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulub və zəngin məlumatları özündə ehtiva edən bu kitab ali məktəblərin politologiya, beynəlxalq münasibətlər və beynəlxalq hüquq ixtisasları üzrə təhsil alan tələbələr, doktorantlar və digər müvafiq ixtisas sahibləri üçün dəyərli əsər və əvəzsiz mənbə olacaq.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29

