Saxta ədalət axtarışı
05.03.2025 [10:38]
Ayrı-ayrı hallarda müxtəlif tribunalardan ölkəmizlə bağlı verilən bəyanatlar reallığı əks etdirmir, hətta qərəzli səciyyə daşıyır. BMT-nin insan haqları üzrə ali komissarı Volker Türkün səsləndirdiyi fikirlər də bu qəbildəndir. Azərbaycandan həmin qərəzli fikirlərə obyektiv münasibət özünü çox gözlətməyib. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin cavabında, eləcə də Qərbi Azərbaycan İcmasının (QAİ) yaydığı bəyanatda Volker Türk tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında səsləndirilmiş qərəzli fikirlər sərt şəkildə qınanılıb.
Hər kəs üçün cavabdehlik
Beynəxalq hüququn işləməsi üçün ilk növbədə selektiv yanaşmalara son qoyulmalıdır və bunu BMT kimi qurumlar etməlidirlər. Dünya xalqları bu quruma ümid yeri kimi baxırlar. Ancaq ona bəslənilən ümidlər doğrulmur.
Azərbaycan ədalətsiz yanaşmanı təxminən otuz il ərzində öz üzərində hiss edib. Belə ki, BMT-nin məlum dörd qətnaməsi kağız üzərində qalıb, ədalətsiz müharibə aparan, çoxsaylı cinayətlər törədən Ermənistan cəzalandırılmayıb. Cinayətkarları Azərbaycanın özü cəzalandırdı. Ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan, həmçinin zamanında torpaqlarımızda ağır müharibə cinayətlərinin törədilməsində iştirak etmiş separatçılar üzərində ədalət məhkəməsinin qurulmasına da nail olub. Onlar layiq olduqları cəzalarını alacaqlar. Buna heç kəsin şübhəsi olmasın. Volker Türk kimilərinin saxta ədalət axtarışına da hər hansı bir lüzum yoxdur. “Sülh üçün səyləri təqdir etmək tam mənzərəni kölgədə qoymamalıdır. Ədalət axtarışı müharibə cinayətlərində, etnik təmizləmədə, hərbi təcavüzdə, işgəncələrdə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum edilən hər kəs üçün cavabdehlik tələb edir”, - deyə Ayxan Hacızadə vurğulayıb. Onun sözlərinə görə, həqiqəti bərqərar etmək, qurbanlara ədaləti çatdırmaq və qanunun aliliyini təmin etmək üçün beynəlxalq hüquqi standartlara riayət etməklə ədalətli məhkəmə araşdırması vacibdir. Fikirlərinə davam edən XİN rəsmisi vurğulayıb: “Yalnız həqiqəti söyləmək, yaraları sağaltmaqla sülh və barışıq cəzasızlığa qalib gələcək”.
Qınaq doğuran çağırış
QAİ-nin yaydığı bəyanatda Volker Türk tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında səsləndirilmiş qərəzli fikirlər qınanılıb. Sənəddə vurğulanır ki, biz ali komissardan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının ağır fəsadlarını, o cümlədən dini-mədəni irsin dağıdılmasını və mina terrorunu pisləməsini, Ermənistanı itkin düşmüş 4 minə qədər azərbaycanlının taleyinin müəyyənləşdirilməsi üçün ölkəmizlə səmimi əməkdaşlığa dəvət etməsini gözləyirdik.
QAİ ali komissarı beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa, beynəlxalq insan hüquqlarına selektiv yanaşmamağa və suveren dövlətin məhkəmə sisteminin işinə müdaxilə etməməyə çağırıb. “Biz ali komissardan Ermənistanı öz dədə-baba yurdlarına dinc yolla qayıdış uğrunda mübarizə aparan Qərbi azərbaycanlılarla dialoqa başlamağa çağırmasını gözləyirdik. Lakin ali komissar bunların heç birini etmədi. Əksinə, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı fəaliyyət göstərdi, Xocalı soyqırımını törətmiş hərbi canilərin azad olunmasına çağırış etdi. Ali komissarın bu çağırışı faktiki olaraq cəzasızlığı təşviq etmək anlamına gəlir”, - deyə bəyanatda qeyd olunub.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

