“Milli şura” Sabirabadda seçicilərlə görüş-mitinq zamanı təxribata cəhd göstərib
06.10.2013 [15:40]
2013-cü il oktyabrın 4-də “Milli şura”dan prezidentliyə namizədliyi irəli sürülmüş Cəmil Həsənovun Sabirabad seçiciləri ilə şəhər stadionunda görüşü zamanı qarşıdurma yaranıb. Bəzi müxalifət saytlarında və bir sıra mətbu nəşrlərdə təxribat cəhdlərinin arxasında rayon rəhbərliyinin dayandığı barədə yazılar yer alıb. SİA-nın Sabirabad rayon İcra Hakimiyyətindən aldığı məlumata görə, prezidentliyə namizəd Cəmil Həsənovun müraciətlərinə əsasən 4 oktyabr 2013-cü il tarixdə saat 11.00-dan 13.00-dək seçicilərlə şəhər stadionunda görüş keçirilməsi üçün rayon İcra Hakimiyyəti tərəfindən razılıq verilib. Lakin onlar “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq görüş-mitinqə həmin gün saat 13.25-dən başlayıblar.
Məlumatda qeyd edilir ki, görüş-mitinqdə “Milli şura”da təmsil olunan partiyalardan kənardan gətirilən təxminən 50-60 nəfər də daxil olmaqla, təxminən 150-160 nəfər iştirak edib. Bununla yanaşı, bildirilib ki, görüşdə iştirak etmək arzusunda olan bir qrup sabirabadlı seçicinin stadiona daxil olmasına “Milli şura” tərəfdarları əngəl törədiblər. Görüşdə çıxış edənlər - Pənah Hüseyn, Əli Kərimli, Arif Hacılı və Cəmil Həsənov sabirabadlıların heysiyyatına toxunan, dövlətçiliyə və onun rəhbərinə qarşı yönələn təhqiramiz hərəkətləri və çağırışları ilə görüşdə iştirak etmələrinə ciddi maneələr yaradılmış seçiciləri bilərəkdən təxribata çəkməyə cəhd göstəriblər. Hətta əslən sabirabadlı olan Pənah Hüseyn görüşə gələn camaatın üzərinə şığıyaraq hücum çəkib və onları küçə söyüşləri ilə təhqir edib. Həmçinin, görüşdə iştirak edən “Kür” Vətəndaş Cəmiyyətinin rəhbərlərindən biri, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev mitinqə gələn sadə insanlar arasında qızışdırıcı təbliğat aparıb. Lakin onlar təxribata uymayıblar, əksinə ona tutarlı cavablar verərək, bir ağızdan “Rədd olun Sabirabaddan” deyiblər.
Qarşıdurmaya yol verməmək üçün yerli dövlət və hüquq-mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlər görülüb. 30 dəqiqəyə yaxın çəkən mitinq insidentsiz başa çatıb.
Məlumatda, həmçinin, xüsusi olaraq vurğulanıb ki, mətbuat işçilərinin döyülməsi və rayon İcra Hakimiyyəti işçilərinin mitinqdə iştirakı barədə yazılanlar böhtandan başqa bir şey deyil.
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

