/ / Azərbaycanda prezident seçkiləri seçicilərin fəallığı şəraitində, şəffaf və demokratik qaydada keçib
Azərbaycanda prezident seçkiləri seçicilərin fəallığı şəraitində, şəffaf və demokratik qaydada keçib
11.10.2013 [10:22]
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyəti prezident seçkilərinin yekunu ilə bağlı mətbuat konfransı keçirib
Oktyabrın 10-da Türkiyənin Azərbaycandakı səfirliyində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyəti prezident seçkilərinin yekunu ilə bağlı mətbuat konfransı keçirib. Mətbuat konfransını giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkilərində Türkiyə Böyük Millət Məclisindən 35 deputatın müşahidəçi kimi iştirak etdiyini deyib.
“Azərbaycanda keçirilən seçkilərin və xalqın iradəsi ilə ortaya çıxan nəticələrin Azərbaycan-Türkiyə tarixi qardaşlıq münasibətlərinin gələcəyi üçün uğurlu olacağına inanırıq”, - deyən səfir əlavə edib ki, Prezident İlham Əliyevin növbəti 5 ildə Azərbaycana rəhbərlik etməsi iki xalqın inkişafı üçün yeni üfüqlər açacaq.
Daha sonra çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar prezident seçkilərində Bakı ilə yanaşı, Sumqayıt və Qubada da olduqlarını bildirərək səsvermənin seçicilərin fəallığı şəraitində, şəffaf və demokratik qaydada keçirildiyini söyləyib. Onun sözlərinə görə, seçki prosesini izləmək üçün Türkiyədən Azərbaycana çoxsaylı nümayəndə heyətinin gəlməsi qardaş ölkənin Azərbaycana verdiyi önəmin göstəricisidir.
Bu seçimin Azərbaycan üçün son dərəcədə önəmli olduğunu deyən Necdet Ünüvar qeyd edib ki, Azərbaycan iqtisadi siyasəti, inkişafı ilə yanaşı, seçkilər prosesində də mühüm yeniliklərə imza atıb: “Bu gün gördüyümüz mənzərə ondan ibarətdir ki, Azərbaycanda modern ölkələrdə olan səsvermə keçirilib. Seçimlərin demokratik və şəffaf formada keçirildiyini bəyan edirik. Bu seçimlər nəticəsində yenidən Prezident seçilən İlham Əliyevi təbrik edir və Ona gələcək 5 illik fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlığı bundan sonra da inkişaf edəcək”.
Nümayəndə heyətinin üzvü, MHP-li millət vəkili Sinan Oğan da Azərbaycanda aparılan müşahidələr zamanı seçkilərdə heç bir nöqsanın aşkarlanmadığını deyib: “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və prosesin izlənilməsi şəffaflıq baxımından önəmlidir. Beynəlxalq müşahidəçilər tərəfindən də seçkilərin izlənilməsi şəffaflığın, demokratikliyin bariz göstəricisidir”.
Çıxış edən digər müşahidəçilər CHP-li millət vəkili Ali Özgündüz və AKP-nin qrup başkanvəkili Mehriman Belma Satır məntəqələrdə seçki prosesini izləmək üçün onlara yaradılan şəraitdən razılıqlarını ifadə edib, prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq mütəşəkkil qaydada keçdiyini və seçicilərin sərbəst şəkildə istədikləri namizədə səs verdiklərini bildiriblər.
Tədbirin davamında Türkiyədən olan millət vəkilləri yaxın 5 ildə Azərbaycanla Türkiyənin yeni layihələr həyata keçirəcəyinə, hər iki ölkə üçün vacib olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atılacağına inandıqlarını bildiriblər. Sonra millət vəkilləri jurnalistlərin suallarını cavablandırıblar.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

