Kolonializmin Belçika “üzü” - tarixdən dərs, gələcəyə çağırış...
16.12.2025 [11:29]
BTQ-nin fəaliyyəti ədalət və suverenlik prinsiplərinə əsaslanır
Kolonializm müasir beynəlxalq münasibətlər sistemində artıq tarixə qovuşmalı, insanlığın geridə qoyduğu qaranlıq bir mərhələ kimi dəyərləndirilməlidir. Lakin formal müstəqilliklərə baxmayaraq, bu gün də dünyanın müxtəlif regionlarında neokolonial siyasət, iqtisadi asılılıq, siyasi təzyiq və mədəni identikliyin sıxışdırılması kimi halların davam etməsi göstərir ki, kolonializm tam aradan qalxmayıb. Bu tendensiya XXI əsrin əsas dəyərləri olan suverenlik, bərabərlik, beynəlxalq hüququn aliliyi prinsipləri ilə kəskin ziddiyyət təşkil edir və qlobal miqyasda qəbuledilməz hesab olunur.
Məhz bu reallıqlar fonunda kolonializmlə mübarizə artıq təkcə keçmişin deyil, bu günün və gələcəyin də aktual çağırışına çevrilib. İnkişaf etməkdə olan ölkələr, eləcə də uzun illər istismar və ayrı-seçkiliyə məruz qalmış xalqlar öz haqlı səslərini beynəlxalq platformalarda daha qətiyyətlə çatdırmağa çalışırlar. Bu prosesdə ədalətli mövqe sərgiləyən, prinsipial və ardıcıl siyasət yürüdən dövlətlərin rolu xüsusilə ön plana çıxır. Azərbaycan bu baxımdan beynəlxalq arenada fərqli və nümunəvi mövqe nümayiş etdirən ölkələr sırasındadır. Tarixində işğal, ədalətsizlik və ikili standartlarla üzləşmiş bir dövlət kimi Azərbaycan kolonializmin bütün formalarını qətiyyətlə rədd edir və bu mübarizədə fəal iştirak edir. Rəsmi Bakı kolonial siyasətin qurbanı olmuş xalqların səsini dünyaya çatdırmaqla yanaşı, bu məsələnin beynəlxalq gündəlikdə saxlanılmasına da mühüm töhfələr verir. Bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupu kolonializmə qarşı mübarizənin institusional və sistemli mərhələyə keçdiyini göstərən mühüm platforma kimi çıxış edir. Qrupun qısa müddət ərzində apardığı ardıcıl fəaliyyət, beynəlxalq tədbirlər, çağırışlar və prinsipial mövqeyi Azərbaycanın bu sahədə ön sıralarda təmsil olunduğunu təsdiqləyir və ölkəmizin qlobal ədalət, bərabərlik və azadlıq uğrunda mübarizədə artan rolunu bir daha nümayiş etdirir.
Konqodan zorla gətirilən 267 şəxs “canlı eksponat” kimi nümayiş etdirilib...
Yeri gəlmişkən, Bakı Təşəbbüs Qrupu Belçika müstəmləkəçiliyinin törətdiyi vəhşiliklərlə bağlı araşdırmalarını davam etdirir. Toplanan faktlar sübut edir ki, ən qəddar, insanlıq adına ləkə olan cinayətlər Belçika kralları tərəfindən törədilib. Belçika müstəmləkəçiliyi Avropa imperiyaları içərisində yeganə şəxsi monarx mülkü olması, misli görünməmiş sistemli vəhşilik və irqi alçaltma təcrübələrinin açıq şəkildə Avropanın mərkəzində təkrarlanması ilə digər müstəmləkəçilik modellərindən kəskin şəkildə fərqlənən ən qaranlıq və utancverici nümunələrdən biri kimi tarixdə yer alıb. Bu qaranlıq və utancverici səhifələrdən biri də “insan zooparkları”dır. Belə ki, 1897-ci ildə II Leopoldun şəxsi təşəbbüsü və əmri ilə Konqodan zorla gətirilən 267 nəfər Brüsselin Tervüren bölgəsində keçirilən Dünya Sərgisində “canlı eksponat” kimi nümayiş etdirilib. Onlar Avropanın soyuq havasında, yarıçılpaq vəziyyətdə, taxta hasarların arxasında heyvan kimi tamaşaçıların seyr obyektinə çevrilib, ləyaqətləri ayaqlar altına atılıb. Bu barbar nümayiş nəticəsində ən azı yeddi konqolu, o cümlədən uşaqlar pnevmoniya, qrip və digər xəstəliklərdən dəhşətli əzablar içində can verib, cəsədləri isə gizlicə basdırılıb. Beləliklə, II Leopoldun “sivilizasiya missiyası” adı altında qurduğu bu insan zooparkı Avropanın mərkəzində açıq-aşkar irqi alçaltma və soyqırımının rəmzinə çevrilib.
20 min uşaq zorla ailələrindən alınaraq Belçikaya aparılıb
İnsan zooparkının yerləşdiyi Tervüren ərazisində sonradan daimi muzey təsis edilib. Əvvəlcə “Konqo Muzeyi”, sonralar isə “Mərkəzi Afrika üzrə Kral Muzeyi” müstəmləkəçi ideologiyanın təbliğat mərkəzi kimi fəaliyyət göstərib. 1958-ci ildə Brüsseldə təşkil olunan “Expo 58” Ümumdünya Sərgisi çərçivəsində də eyni xarakterli insan nümayişi təkrarlanıb. Bu dəfə Konqodan gətirilən 598 nəfər - 273 kişi, 128 qadın və 197 uşaqdan ibarət 183 ailə yenidən “canlı eksponat” statusunda Avropa ictimaiyyətinə təqdim edilib. Beləliklə, 1897-ci ildə Tervürendə təşkil olunmuş ilk “insan zooparkı” təcrübəsi heç də təsadüfi və ya müvəqqəti hadisə deyil, Belçikanın müstəmləkəçilik siyasətinin strukturuna dərin kök salıb, onun sistemli, institusionallaşmış və uzunmüddətli tərkib hissəsini təşkil edib. Bu praktika irqi iyerarxiya və “sivilizasiya missiyası” ideologiyasının vizual təcəssümü olaraq, XX əsrin ortalarına qədər davam etdirilib.
Qeyd edək ki, 1959-1962-ci illərdə Belçikanın müstəmləkə idarəçiliyi altında olmuş Burundi, Konqo və Ruanda ərazilərində ağdərili atalar və qaradərili analardan doğulmuş təxminən 20 min uşağın ailələrindən zorla ayrılaraq Belçikaya aparıldığı və övladlığa verildiyi barədə faktlar mövcuddur. Bu uşaqların köçürülməsi valideynlərin razılığı olmadan həyata keçirilib və onların ailə bağlarının, kimliklərinin və mədəni mənsubiyyətlərinin ciddi şəkildə pozulmasına səbəb olub. Sadalanan hallar Belçikanın müstəmləkəçilik siyasətinin sistemli şəkildə irqçi yanaşmalara, insan hüquqlarının pozulmasına və insan ləyaqətinin tapdalanmasına əsaslandığını açıq şəkildə nümayiş etdirir.
Afrika ölkələri tələb edir...
Təsadüfi deyil ki, bir müddət öncə ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun bu günə qədər davam edən ağır fəsadlarına həsr olunmuş “Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət” adlı beynəlxalq konfrans keçirilib. Konfransda Belçikanın keçmiş müstəmləkələri - Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, diplomatlar və rəsmi şəxslər iştirak ediblər. Ümumilikdə, tədbirə 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssislər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları və reparasiya məsələləri üzrə ekspertlər qatılıblar. İştirakçılar Belçikanın müstəmləkə dövründə törətdiyi cinayətləri, onun neokolonial siyasətini və müstəmləkəçilikdən irəli gələn kompensasiya (reparasiya) məsələlərini müzakirə ediblər. Tədbirdə vurğulanıb ki, kolonial cinayətlərin tanınmasından sonra müstəmləkəyə çevrilmiş ölkə ictimai üzr tələb edir. İctimai üzrdən sonra konkret kompensasiyalar tələb olunur. Xüsusilə, Konqo nümayəndələri bildiriblər ki, Belçika ilə koloniyalaşdırılmış ölkələr arasında ədalət, suverenlik və qarşılıqlı hörmət əsasında real əməkdaşlıq müqavilələri yaratmaq lazımdır. Hazırda mövcud olan bütün müqavilələr kolonializmin izlərini daşıyır. Onlar qəti şəkildə müstəmləkəçiliyin dəyişdirilməli olduğunu qeyd ediblər.
Tarixi faktlara görə, Belçikanın müstəmləkə siyasəti nəticəsində Konqo Demokratik Respublikasında 10 milyondan çox insanın ölümü, on minlərlə insanın əllərinin kəsilməsi və ölkənin mədəni resurslarının talan edilməsi kimi ağır cinayətlər baş verib. BMT-nin 2019-cu ildə dərc etdiyi hesabatda Belçikanın keçmiş müstəmləkələrinə vurduğu zərərlərlə bağlı faktların araşdırılması, arxivlərin açılması və təzminat ödənilməsi tövsiyə olunur. Hesabatda Konqo Demokratik Respublikası üçün 500 milyard avro, Burundi üçün isə 36 milyard avro həcmində reparasiya tələbi irəli sürülüb. Bununla yanaşı, Belçikanın keçmiş müstəmləkə ərazilərində, xüsusilə kobalt mədənlərinin 80 faizinə nəzarət etməklə neokolonial istismar siyasətini davam etdirir.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20

