Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Azərbaycan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

15.03.2026 [23:31]

Martın 15-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

XİN-dən AZƏRTAC-a verilən məlumata görə, nazirlər Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Bölgədə gərginliyin artmasından narahatlıq ifadə olunaraq, vəziyyətin daha da eskalasiyasının qarşısının alınmasının vacibliyi qeyd edilib.

Bu çərçivədə region ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin, habelə qonşu ölkələrin hədəfə alınmamasının zəruriliyi vurğulanıb.

Telefon danışığı zamanı regional və beynəlxalq gündəliyin digər aktual məsələləri, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Bununla yanaşı, nazirlər digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş:
Baxılıb: 577 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30