Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Şahdəniz” yatağından hasil edilən qaz həcminin 9 milyarddan 10,4 milyard kubmetrədək artırılması planlaşdırılıb

“Şahdəniz” yatağından hasil edilən qaz həcminin 9 milyarddan 10,4 milyard kubmetrədək artırılması planlaşdırılıb

19.12.2013 [09:29]

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində illik qaz hasilatının həcminin 9 milyarddan 10,4 milyard kubmetrədək artırılması planlaşdırılıb.
AzərTAc xəbər verir ki, bu sözləri bp şirkətinin “Şahdəniz” yatağının işlənməsi üzrə vitse-prezidenti Al Kuk Bakıda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yataqdan hasil ediləcək əlavə 1,4 milyard kubmetr qaz imzalanacaq yeni müqavilə çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) satılacaq.
A.Kuk qeyd edib ki, yeni müqavilə hər iki tərəf üçün sərfəlidir və “Şahdəniz” layihəsinin reallaşdırılmasında yeni imkanlar açacaq.
Vitse-prezident bildirib ki, yataqda qaz hasilatı 5 quyuda aparılır: “Şahdəniz” yatağı üzrə müqavilənin fəaliyyət müddətinin 2048-ci ilədək uzadılması çox vacibdir. Çünki biz yataqda uzunmüddətli kəşfiyyat işlərini planlaşdıra bilərik”.
bp-nin vitse-prezidenti diqqətə çatdırıb ki, yataqda 3 sahə mövcuddur. Həmin sahələrdə seysmik işlərin aparılması nəzərdə tutulub. Yataqda kəşfiyyat işləri davam edir. Məqsəd məlumatların təkrar təhlilidir. Bu da öz növbəsində yataqda daha çox ehtiyatın ola biləcəyi barədə danışmağa imkan verir.

Paylaş:
Baxılıb: 957 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31