Həştərxanda Knyaz Vladimirin abidəsinin təntənəli açılış mərasimi olub
21.12.2013 [09:23]
Dekabrın 20-də Rusiya Federasiyasının Həştərxan şəhərində, Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsinin təntənəli açılış mərasimi olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, əvvəlcə Leyla xanım Əliyeva, Azərbaycan nümayəndə heyətinin təmsilçiləri və Həştərxan vilayətinin rəhbərləri xalqımızın Ümummilli lideri Heydər Əliyevin Həştərxandakı abidəsi önünə əklil və tər çiçəklər qoyublar.
Mərasimdə Azərbaycan dövlətinin və Həştərxan vilayəti administrasiyasının rəsmiləri, Həştərxanın Azərbaycan icmasının nümayəndələri, şəhər sakinləri iştirak ediblər.
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin qeyd edib ki, Knyaz Vladimirin abidəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılıb. A.Jilkin vurğulayıb ki, bu abidə Heydər Əliyev Fondu tərəfindən Həştərxanda həyata keçirilən ilk layihə deyildir. O deyib: “Bu günə qədər Həştərxanda Heydər Əliyev parkı, məktəb, Rusiya-Azərbaycan dostluq körpüsü, uşaq şəhərciyi açılmışdır. Bütün bunlar Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin təsdiqidir”.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edərək III dərəcəli “Knyaginya Olqa” ordeni ilə təltif olunduğuna görə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə təşəkkürünü bildirib. Leyla Əliyeva deyib: “Bu, mənim üçün böyük şərəf və sevincdir. Bu gün Knyaz Vladimirin abidəsinin açılışı bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri həmişə sülh, dostluq və həmrəylik şəraitində yaşamışlar. Bizim ölkəmizdə tolerantlıq məqsəd deyil, həyat tərzidir. Heydər Əliyev Fondu da öz fəaliyyətində bu məsələyə xüsusi diqqət yetirir”.
Leyla Əliyeva qeyd edib ki, Azərbaycan ilə Həştərxan vilayətini sıx dostluq münasibətləri bağlayır. O deyib: “Həştərxanda çoxlu müştərək layihələr həyata keçirilmişdir. Bu gün də yeni uşaq bağçasının təməlqoyma mərasimi olacaqdır. Bundan əlavə, Həştərxanda Rusiya Azərbaycanlı Gənclər Birliyinin regional bölməsi fəaliyyət göstərir. Həştərxan bölməsi RAGB-nin ən fəal qurumlarından biridir”.
Sonra Knyaz Vladimirin abidəsi üzərinə müqəddəs su çilənib və xeyir-dua verilib.
Xatırladaq ki, bu abidənin təməl daşı 2012-ci il sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılıq etdiyi Azərbaycanın nüfuzlu nümayəndə heyətinin iştirakı ilə qoyulub. Tuncdan hazırlanmış və qranit postament üzərində ucaldılmış abidənin hündürlüyü dörd metrdir. Abidə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılıb. Memarlıq kompozisiyasının müəllifi Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Natiq Əliyev, heykəlin müəllifləri həştərxanlı memar Aleksandr Fedorçenko və moskvalı heykəltəraş, Rusiyanın Xalq rəssamı Andrey Kovalçukdur. Abidə Bakıda tökülüb və Həştərxana çatdırılıb. Abidənin dörd tərəfində fəvvarələr qurulub.
Bu monumentin ucaldılması Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyinə və Həştərxanın təməlinin qoyulmasının 455 illiyinə həsr edilib.
Xəbər lenti
Hamısına baxDünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32

