Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Azərbaycan Prezidenti İlham Əliyevi “2013-cü ilin adamı” elan edib

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Azərbaycan Prezidenti İlham Əliyevi “2013-cü ilin adamı” elan edib

17.01.2014 [10:42]

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “2013-cü ilin adamı” elan edib.
Dövlətimizin başçısı 2013-cü ildə vətəndaşların böyük əksəriyyətinin etimadını qazanaraq Prezident seçilməsinə, BMT Təhlükəsizlik Şurasının sədri kimi ölkəmizin nüfuzunun dünyada gedən proseslərə təsir göstərə biləcək səviyyəyə çatdırılmasına, Azərbaycanın kosmik dövlətlər sırasına qoşulmasına, iqtisadi inkişaf tempini qoruyub saxlamasına, “Şahdəniz-2”, Trans-Adriatik və Trans-Anadolu layihələrinin uğurla həyata keçirilməsi ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasına, Avropa İttifaqına üzv ölkələr ilə sadələşdirilmiş viza rejiminə keçidə nail olunmasına, rəsmi Bakının regionda yürütdüyü ardıcıl və prinsipial siyasət nəticəsində dünya güclərinin İranla bağlı mövqeyinin yumşalmasına zəmin yaratmasına görə bu ada layiq görülüb.
Xatırladaq ki, “İlin adamı” mükafatı 2001-ci ildə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycanın müstəqilliyi, ölkəmizin inkişafı, beynəlxalq miqyasda müsbət imicinin formalaşdırılması naminə sanballı xidmətləri ilə seçilən şəxslər layiq görülür.

Paylaş:
Baxılıb: 1118 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31