/ / Mübariz Qurbanlı: Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin edilməsi istiqamətində mühüm addımlar atılır
Mübariz Qurbanlı: Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin edilməsi istiqamətində mühüm addımlar atılır
05.03.2014 [09:41]
“İnsan hüquq və azadlıqlarının təminatı Azərbaycan dövlətinin başlıca prinsiplərindəndir. Bu mənada İnsan hüquqları üzrə Müvəkkilin fəaliyyəti təqdirəlayiqdir”. Bu fikri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Milli Məclisin dünənki iclasında Ombudsmanın illik məruzəsinin müzakirəsində çıxışı zamanı deyib.
M.Qurbanlı bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin edilməsi istiqamətində çox mühüm addımlar atılır. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” buna nümunədir. Eyni zamanda, digər hüquqi sənədlər, müvafiq dövlət qurumlarının fəaliyyəti bu hüquqları təmin edir.
“Beynəlxalq təşkilatlar da etiraf edirlər ki, Azərbaycan insan hüquqları sahəsində böyük uğurlar əldə edib. Biz bu sahədə beynəlxalq təşkilatlarla təzyiq altında deyil, bərabərhüquqlu üzv kimi əməkdaşlıq edirik. İnsan hüquqlarının yüksək səviyyədə təminatı dövlətimizin tutduğu yolun əsas tərkib hissəsidir” - deyə, YAP İcra katibinin müavini qeyd edib.
Azərbaycanın azad və demokratik dövlət olduğunu deyən millət vəkilinin sözlərinə görə, ölkəmizdə qanunvericilik çərçivəsində hər bir vətəndaş özünün bütün hüquqlarından istifadə edir. “Ümumiyyətlə, beynəlxalq aləmdə ölkəmizin nüfuzu yüksəlib və bu prosesdə Azərbaycanda demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində də görülən işlər vacib rol oynayır. Eyni zamanda, Azərbaycanda internet azadlığı, sərbəst toplaşmaq azadlığı tam mövcuddur, insan haqları yüksək səviyyədə təmin olunub. Amma bu amillərdən sui-istifadə halları da yolverilməzdir. Bu demokratik şəraitdən istifadə edərək yeni media qurumları, internet saytları və s. yaradılır. Bəzi informasiya saytları isə insanlar haqqında əsassız yazılara yer verirlər. Bu, düzgün deyil, hamı qanun qarşısında bərabərdir və heç kəsin şəxsiyyətinə böhtan atmaq olmaz. Ona görə də, hesab edirəm ki, hamı qanunlara riayət etməlidir” - deyə, M.Qurbanlı vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34

