/ / Azərbaycan ilə Türkiyə arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib
Azərbaycan ilə Türkiyə arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib
05.03.2014 [09:45]
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun martın 4-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olub.
AzərTAc-ın baş direktoru Aslan Aslanov görüşdə ölkələrimiz və xalqlarımız arasında çoxəsrlik tarixə malik qardaşlıq əlaqələrindən danışıb, bu münasibətlərin inkişafında milli xəbər agentliklərinin rolunu vurğulayıb.
Səfirə AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi barədə ətraflı məlumat verilib. AzərTAc ilə Türkiyənin Anadolu Agentliyi arasında yaxın əlaqələrin olduğunu söyləyən baş direktor hər iki qurumun nüfuzlu beynəlxalq informasiya təşkilatlarında uğurla əməkdaşlıq etdiyini də diqqətə çatdırıb. Beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Xəbər Agentliklərinin V Dünya Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda AzərTAc-ın ev sahibliyi ilə keçirilməsi barədə qərarların qəbulunda Anadolu Agentliyinin dəstəyi xüsusi vurğulanıb. Həmçinin agentliklərimizin uğurlu əməkdaşlığının türkdilli xalqlar arasında mətbuat sahəsində işbirliyinin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Türkiyənin və Azərbaycanın hər zaman bir-birinin yanında olduğunu deyən səfir İsmayıl Alper Coşqun ölkəmizin sürətli inkişafından məmnunluq duyduğunu bildirib. Əməkdaşlığın bütün sahələrdə dinamik inkişafından danışan diplomat Azərbaycanın artıq Türkiyəyə ən çox xarici sərmayə yatıran ölkəyə çevrildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və digər layihələr ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin inkişafının bariz nümunəsidir.
Azərbaycan və Türkiyə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyini qeyd edən İsmayıl Alper Coşqun milli xəbər agentliklərimiz arasındakı sıx əməkdaşlığın bu baxımdan mühüm rol oynadığını diqqətə çatdırıb.
Görüşdə ölkələrimiz arasında informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

