/ / İsveçrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təkan vermək niyyətindədir
İsveçrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təkan vermək niyyətindədir
08.03.2014 [09:57]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov martın 7-də İsveçrənin ATƏT-də sədrliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Anjelo Gnedinger ilə görüşüb.
AzərTAc xəbər verir ki, Baş nazirin müavini Əli Həsənov isveçrəli diplomata Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib. Bildirilib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar.
XIX əsrin əvvəllərindən başlayaraq Qafqazı işğal edən çar Rusiyasının sistemli siyasəti nəticəsində qonşu ölkələrin ərazisindən ermənilərin kütləvi şəkildə Azərbaycana, o cümlədən Dağlıq Qarabağ ərazisinə köçürülməsi həyata keçirilib.
Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonağın diqqətinə çatdırıb.
Əli Həsənov vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul edilib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib.
Ermənistanın Azərbaycan ilə qonşuluqda yaşamağa məhkum olduğunu vurğulayan Əli Həsənov deyib ki, təcavüzkar dövlət ötən 20 ildə torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır duruma düşüb, əhali ölkəni sürətlə tərk etməyə başlayıb, Azərbaycanın iştirakı ilə reallaşdırılan beynəlxalq regional layihələrdən kənarda qalıb. Lakin bu münaqişə olmasaydı, onlar həyata keçirilən bu layihələrdən faydalanaraq iqtisadiyyatlarını ağır durumdan çıxara bilərdilər. Bu 20 ildə erməni xalqı münaqişədən heç nə qazanmayıb.
Azərbaycanın münaqişənin sülh yolu ilə ədalətli həllində maraqlı olduğunu qeyd edən Baş nazirin müavini bildirib ki, Azərbaycan Hökuməti qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə Azərbaycan Hökuməti son 20 ildə 5,4 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 180 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb və bu proses davam edir. Qeyd olunub ki, 2003-cü ildə ölkədə yoxsulluğun səviyyəsi 49 faizə, qaçqın və məcburi köçkünlər arasında isə 75 faizə bərabər idi. Lakin görülən tədbirlər nəticəsində bu gün ölkədə yoxsulluq 5 faizə, qaçqın və məcburi köçkünlər arasında isə 15 faizə endirilib.
Münaqişənin həlli üçün beynəlxalq ictimaiyyətin qətiyyət nümayiş etdirməli olduğunu deyən İsveçrənin ATƏT-də sədrliyinin xüsusi nümayəndəsi Anjelo Gnedinger bildirib ki, quruma sədrliyi dövründə İsveçrənin əsas prioritetlərindən biri də Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasıdır. Təəssüflər olsun ki, bu istiqamətdə ötən 20 ildə heç bir ciddi addım atılmayıb. İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter də münaqişənin indiki vəziyyətini çox təhlükəli hal kimi qiymətləndirib: “Biz gözləmə mövqeyi tutmamalı, qəti addımlar atmalıyıq. ATƏT-ə sədrlik edən İsveçrə münaqişənin həlli prosesinə təkan vermək niyyətindədir”.
İsveçrəli diplomat deyib ki, biz bunu 3 istiqamətdə həyata keçirmək istəyirik. Bu istiqamətlər Minsk qrupuna və İsveçrənin şəxsi nümayəndəsinə dəstək verilməsindən, Minsk qrupunun digər üzvlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığının artırılmasından və münaqişədən əziyyət çəkən hər iki xalqın ictimaiyyətinin problemin sülh yolu ilə həlli prosesinə cəlb olunmasından ibarətdir. İsveçrə bu prosesdə körpü rolunu oynamaq niyyətindədir.
Qaçqın və məcburi köçkün vətəndaşlarına Azərbaycan qədər kömək edən ikinci ölkə tanımadığını deyən isveçrəli diplomat, ölkəmizdə baş verən inkişaf və tərəqqinin göz qabağında olduğunu diqqətə çatdırıb.
Görüşdə İsveçrə-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

