Fəttah Heydərov: Azərbaycan bütün dünyada haqq və ədalətin bərqərar edilməsinin tərəfdarıdır
03.05.2014 [10:13]
“Azərbaycan beynəlxalq müstəvidə güclü, öz sözünü deyən dövlətdir. Praqada “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdə Prezident İlham Əliyevin çıxışı bu faktı bir daha təsdiqlədi. Dövlətimizin başçısının çıxışında dünyada baş verən qlobal hadisələr, beynəlxalq müstəvidə münasibətlərin mövcud səhnəsi çox açıq və dəqiq formada ifadə olundu. Bu çıxış Azərbaycan xalqı ilə yanaşı bəşəriyyətin bütün sülhsevər insanlarının ürəyincə oldu, ona görə də, cənab İlham Əlyievin mövqeyi böyük rəğbətlə qarşılanır”. Bu fikirləri yap.org.az saytına Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib.
F.Heydərov bildirib ki, xüsusilə beynəlxalq təşkilatların, dünya dövlətlərinin beynəlxalq hüquq normalara yanaşmada yol verdikləri nöqsanlar Prezidentimiz tərəfindən səsləndirildi və bu, onlara ciddi bir mesaj oldu. Onun sözlərinə görə, dövlət başçımızın bu çıxışı dünyadakı proseslərə ikili standartlarla yanaşanların üzünə çırpılan şillə kimi oldu.
“Prezidentimiz Öz mövqeyi ilə bütün dünyanı haqq və ədaləti dəstəkləməyə çağırdı. Bu mövqe dünyada baş verən eyni tipli proseslərə fərqli yanaşan, ikili standartlarla yanaşan qüvvələrə dərs oldu. Yəni, dünyada ədaləti qorumaq, haqqı müdafiə etmək, insanlara xidmət etmək kimi bəşəri dəyərlər Prezident İlham Əliyevin fəaliyyətinin başlıca prinisipidir. Dünya dövlətlərini, beynəlxalq təşkilatları bu dəyərlərə sadiq olmağa çağıran dövlətimizin başçısı onları doğru yola dəvət etdi. Çünki bir sıra beynəlxalq təşkilatlar var ki, onlar bəzən ikili standartların təsiri altında doğru yol gedə bilmirlər. Bütövlükdə, Prezident İlham Əliyevin həmin çıxışı həcmcə çox böyük olmasa da, dərin məna və məzmun daşıyır. Azərbaycan bütün dünyada haqq və ədalətin bərqərar edilməsinin tərəfdarıdır. Bizim çağırışımız budur ki, bütün dövlətlər öz münasibətlərini dostluq və əməkdaşlıq üzərində qursunlar, fəaliyyətlərində ədalət kimi bəşəri prinsiplərə riyaət etsinlər” - deyə, Azərbaycan Ağsaqqallar Şurasının sədri vurğulayıb.
F.Heydərov bildirib ki, sammitdə dövlətimizin başçısının işğalçı Ermənistanın prezidentinə tutarlı cavabı xüsusilə təqdirəlayiqdir. Ermənistanın beynəlxalq hüquq normalarına əməl etmədiyini deyən millət vəkilinin sözlərinə görə, Prezidentimiz çıxışında işğalçı dövlətin mahiyyətini ifşa etməklə yanaşı bu məsələyə ikili standartlarla yanaşan təşkilatları da sərt tənqid etdi. “Sammitdə S.Sarkisyan Türkiyəyə qarşı əsassız ittihamlarla çıxış etdi. Amma həmin tədbirdə Türkiyə təmsil olunmurdu, Sarkisyanın yalanlarına cavab olaraq cənab İlham Əliyevin ona layiqli cavab verməsi Türkiyə ilə Azərbaycanın qardaş olduğunu bir daha təsdiqlədi. Bu, onu göstərir ki, erməni tərəfi nə qədər hiyləgərlik etsə də, öz daxili xislətlərinin mahiyyətini gizlətməyə çalışsalar da, məqsədlərinə çata bilməyəcəklər. Çünki onların qarşısında İlham Əliyev kimi Azərbaycanın güclü, qətiyyətli lideri dayanıb. Cənab İlham Əliyevin mövqeyi Türkiyə ilə bizim qardaşlıq əlaqələrimizə parlaq nümunədir. Onun çıxışını 70 milyonluq Türkiyə xalqı möhtəşəm qarşıladı” - deyə, F.Heydərov qeyd edib.
Bu gün Azərbaycanın sürətlə inkişaf etdiyini deyən millət vəkilinin sözlərinə görə, həm iqtisadi inkişafımız, həm də mənəvi-psixoloji baxımdan ölkəmizdə olan mühit, cəmiyyətimizin sağlam inkişafı dünya dövlətləri üçün nümunədir. F.Heydərovun fikrincə, bir çox dövlətlərin Azərbaycanın inkişaf modelinə böyük maraq göstərməsi təsadüfi deyil.
“Çünki hazırda bir çox yerlərdə iqtisadi və siyasi böhranlar, silahlı qarşıdurmalar baş verdiyi halda, Azərbaycan bütün sahələr üzrə davamlı inkişaf edir, xalqın rifahı yüksəlir, intellektual kapitalımız güclənir. Təbii ki, bütün bu amillər bizi böhranlardan qoruyur. Bu siyasəti də Prezidentimiz İlham Əliyev həyata keçirir. Bu mənada, beynəlxalq səviyyəli mötəbər tədbirlərin Azərbaycanda keçirilməsinin ənənə halını alması təsadüfi deyil. Çünki ölkəmizdə inkişaf, sabitlik, tərəqqi var. Ona görə də, xaricdən gələn qonaqlar inkişafımızı təqdir edir və Azərbaycana səfərlərindən böyük məmnunluq hissi keçirirlər” - deyə, Azərbaycan Ağsaqqallar Şurasının sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

