Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın fövqəladə hallar naziri Gürcüstanın daxili işlər naziri ilə görüşüb

Azərbaycanın fövqəladə hallar naziri Gürcüstanın daxili işlər naziri ilə görüşüb

17.05.2014 [11:10]

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildiriblər ki, Şimal-Qərb Regional Mərkəzində keçirilən görüşdə nazir qonağa ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Gürcüstanın daxili işlər naziri bildirib ki, Azərbaycan ilə Gürcüstanın müvafiq qurumları arasında əməkdaşlığın daha da dərinləşməsi və inkişaf etdirilməsi böyük əhəmiyyətə malikdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 749 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31