/ / AzərTAc ilə Səudiyyə Press Agentliyi arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
AzərTAc ilə Səudiyyə Press Agentliyi arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
31.05.2014 [09:41]
Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçiriləcək iclası çərçivəsində mayın 30-da AzərTAc ilə Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyi (SPA) arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Dünya Xəbər Agentlikləri Konqresinin sədri, SPA-nın prezidenti Abdullah bin Fəhd əl-Hüseyn və AzərTAc-ın baş direktoru Aslan Aslanov imzalayıblar.
Memorandum tərəflərin milli qanunvericiliyinə uyğun olaraq informasiya sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədi ilə hər iki agentlik arasında xəbər, fotoşəkil, təcrübə mübadiləsini, üzv olduqları beynəlxalq və regional qurumlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
Tədbirdə Anlaşma Memorandumunun dövlətlərimiz arasında informasiya sahəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacağı qeyd edilib.
İmzalanma mərasimindən sonra Dünya Xəbər Agentlikləri Konqresinin sədri, SPA-nın prezidenti Abdullah bin Fəhd əl-Hüseyn ilə AzərTAc-da görüş olub.
Görüşdə AzərTAc-ın baş direktoru Aslan Aslanov qonaqlara 1920-ci ildə Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış milli informasiya agentliyinin keçdiyi inkişaf yolu, müstəqillik illərində əldə etdiyi uğurlar və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib.
AzərTAc-ın SPA agentliyi ilə Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) çərçivəsində uğurla əməkdaşlıq etdiyini xatırladan baş direktor agentliklər arasında informasiya mübadiləsinin vacibliyini bildirib, bu baxımdan imzalanmış Memorandumun əhəmiyyətini vurğulayıb. SPA ilə bundan sonra daha geniş əməkdaşlıq ediləcəyinə və iki ölkə arasında informasiya mübadiləsi sahəsində əlaqələrin genişləndiriləcəyinə əminlik bildirilib.
Səudiyyə Press Agentliyinin prezidenti Abdullah bin Fəhd əl-Hüseyn Azərbaycana səfərindən məmnunluğunu bildirib, Bakıda aparılan möhtəşəm quruculuq işlərinin onda böyük təəssürat doğurduğunu, imzalanmış Anlaşma Memorandumunun milli agentliklər arasında informasiya mübadiləsi işinə töhfə verəcəyini diqqətə çatdırıb.
Qədim tarixə malik AzərTAc ilə Anlaşma Memorandumu imzalamaqdan məmnunluğunu ifadə edən SPA-nın prezidenti agentliklər arasında informasiyanın bütün kontentləri üzrə daha fəal mübadilə aparılacağını xüsusi vurğulayıb. O bildirib ki, rəhbəri olduğu agentlik Azərbaycan haqqında xəbərləri təkcə Səudiyyə Ərəbistanında deyil, bütün ərəb dünyasında yayacaq. Bu işdə AzərTAc Səudiyyə Press Agentliyi üçün əsas və ən etibarlı istinad mənbəyi olacaq.
Agentliyin son illərdə qazandığı uğurlar barədə məlumatlı olduğunu vurğulayan SPA-nn prezidenti bildirib ki, 2016-cı ildə AzərTAc eyni vaxtda Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına ev sahibliyi edəcək. Eyni zamanda, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) növbəti iclasının da həmin vaxt Bakıda keçirilməsi nəzərdə tutulur. Beləliklə, 2016-2019-cu illərdə AzərTAc Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya sədrlik edəcək.
Bunun AzərTAc üçün həm böyük məsuliyyət və yüksək etimad olduğunu, həm də Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada təbliği işinə töhfə verəcəyini vurğulayan Abdullah bin Fəhd əl-Hüseyn deyib ki, ölkənizin və paytaxt Bakının beynəlxalq aləmdə nümayiş etdiriləcək çox böyük uğurları var. Belə mötəbər tədbirlərin Bakıda keçirilməsi yalnız protokol proseduru deyil, həmçinin dünya xəbər agentliklərinin diqqətinin Azərbaycana yönəldilməsi deməkdir.
Sonda Abdullah bin Fəhd əl-Hüseyn AzərTAc-ın kollektivi ilə görüşüb, jurnalistlərin suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

