/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva: “Biz belə cinayətlərin təkrarını bir daha görməməliyik”
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva: “Biz belə cinayətlərin təkrarını bir daha görməməliyik”
02.07.2014 [10:09]
Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin premyerası keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva filmin premyerasında olub.
Premyeradan sonra “Justice for Khojaly” (“Xocalıya ədalət”) beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu faciə haqqında həqiqətlərin dünyada tanıdılmasının əhəmiyyəti barədə fikirlərini bildirərək, “Endless Corridor” filminin çəkilməsindən məmnun qaldığını dilə gətirib. Leyla Əliyeva qeyd edib ki, “Endless Corridor” erməni qəddarlığını üzə çıxaran Xocalı qırğınının ağlagəlməz dəhşətlərini əks etdirən real sənədli filmdir. “Biz belə cinayətlərin təkrarını bir daha görməməliyik”, - deyə Leyla Əliyeva vurğulayıb.
Təqdimatda filmin litvalı prodüseri Aleksandr Brokas, amerikalı prodüser Cerald Rafşun, beynəlxalq televiziya rəsmiləri və məşhur aktyorlar, o cümlədən Anna Arçer (BAFTA mükafatçısı), “Games of Thrones” adlı populyar teleserialın ulduzlarından biri İen Qlen də iştirak ediblər.
1992-ci il fevralın 26-da 613 kişi, qadın və uşağın qətlə yetirildiyi Xocalı qətliamından bəhs edən sənədli film britaniyalı aktyor Ceremi Ayronz tərəfindən səsləndirilib.
Sənədli film üzərində 5 ilə yaxın çalışmış A.Brokas qeyd edib ki, o, bu layihədə bölgədəki vəziyyətə müstəqil nöqteyi-nəzərdən yanaşmanı təmin etmək üçün 15 ölkəni təmsil edən aktyor heyəti ilə fəaliyyət göstərib. O, postsovet respublikası olan Litva vətəndaşı kimi məsələyə öz münasibətini bildirərkən qeyd edib ki, azadlıq və müstəqilliyə gedən yol bütün keçmiş Sovet respublikalarında oxşar olub: “Müstəqillik insanların qanı bahasına başa gəlib. Xocalı faciəsi günahsız insanların taleyinə amansız və qəddarcasına qərar verilməsinə dair bariz nümunədir”, - deyə A.Brokas vurğulayıb.
ABŞ-ın sabiq prezidenti Cimmi Karter administrasiyasında ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışmış və hazırda Vaşinqtonda böyük tamaşaçı auditoriyasına malik olan “Camp David” şou proqramının prodüseri Cerald Rafşun diqqətə çatdırıb ki, beynəlxalq səylərə baxmayaraq Dağlıq Qarabağ münaqişəsi bu günədək həll olunmayıb. O, ümidvar olduğunu bildirib ki, bu film sayəsində beynəlxalq diqqət 20 ildən artıq münaqişə alovuna bürünmüş bu regiona yönələcək.
Filmdə litvalı jurnalist Riçard Lapaitis deyib ki, o vaxtdan bəri unuda bilmədiyi hekayəti - Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsini 20 ildən sonra müharibə müxbiri kimi nəql edir. R.Lapaitis Xocalı faciəsindən sağ çıxanlarla yenidən görüşür və ermənilərin atəşi altında “Sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürək dağlayan hekayətlərini dinləyir.
Filmdə faciəni törədən erməni komandirlər də müharibənin strategiya və səbəblərindən danışırlar. BMT və digər beynəlxalq qurumların erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz geri çəkilməsini tələb edən qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və 7 ətraf rayonunu bu günədək işğal altında saxlamaqda davam edir.
Premyeradan sonra “Sonsuz dəhliz” sənədli filminin dünyanın aparıcı televiziya kanallarında nümayişi planlaşdırılır.
Britaniya Film və Televiziya İncəsənəti Akademiyası kino, televiziya filmləri və video oyunları kimi incəsənət nümunələrinin ən yaxşılarını müəyyənləşdirib mükafatlandırması ilə məşğuldur. BAFTA kinonun təbliği və inkişafına dəstək verir. Böyük Britaniyada film sənətini dəstəkləyən aparıcı xeyriyyəçi kimi tanınan BAFTA-nın fəlsəfəsinə görə, ən yaxşı yaradıcı iş yalnız auditoriya tərəfindən dəyərləndirilə və qiymətləndirilə bilər.
Aleksandr Brokas litvalı prodüser və rejissordur. Helsinki Tətbiqi Elmlər Metropolia Universitetinin beynəlxalq filmşünaslıq bölməsini və Litva Musiqi və Teatr Akademiyasını bitirib, postsovet regionunda qadın hüquqlarına dair film layihələrinin iştirakçısı olub. Rejissor Soros Fondu, Skandinaviya və Baltikyanı ölkələrin televiziya kanalları ilə uğurlu əməkdaşlığın ardınca diqqətini Qafqaza yönəldib ki, buradakı layihəsinin kulminasiya nöqtəsi də “Sonsuz dəhliz” sənədli filmidir.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

