Sədaqət Vəliyeva: Türkiyədə Prezident seçkiləri beynəlxalq standartlara tam uyğun keçirilib
12.08.2014 [09:49]
“Avqustun 10-da Türkiyədə prezident seçkiləri beynəlxalq standartlara tam uyğun keçirilib”. Bu fikirləri SİA-ya açıqlamasında Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) xətti ilə Türkiyədə keçirilən prezident seçkilərini müşahidə edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva deyib.
Türkiyənin paytaxtı Ankara şəhərindəki 150-dən artıq seçki məntəqəsində olduğunu deyən Sədaqət Vəliyeva bildirib ki, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə ətraflı şəkildə tanış olub. Deputat prezident seçkilərinin keçirilmə prosesini belə şərh edib: “Bildiyiniz kimi, yeni qərara əsasən, 2014-cü ildən etibarən Türkiyədə prezident seçkiləri ümumxalq səsverməsi ilə keçirilir. Qəbul edilən qərara uyğun olaraq, avqustun 10-da Türkiyədə prezident seçkiləri baş tutdu. Seçkilər səhər saat 08.00-dan 17.00-a kimi davam etdi. Türkiyənin seçki komissiyasının verdiyi məlumata görə, seçkilərdə seçicilərin 74 %-i iştirak edib.
Biz Ankaranın Çankaya, Keçiören, Yenimahalle, Altındağ bölgələrində olduq. Seçkilərdə apardığımız müşahidələr zamanı şahidi olduq ki, seçkilərin şəffaf və obyektiv keçməsi üçün lazımi şərait yaradılıb. Bütün işlər beynəlxalq seçki standartlarına uyğun şəkildə hazırlanıb. Türkiyəli məsul şəxslər də deyib ki, builki seçki xalqın iştirakı ilə reallaşan ilk prezident seçkisi olduğuna görə ölkənin bütün vətəndaşlarının səsvermə hüququndan istifadə edə bilməsi üçün bütün lazımi tədbirlər görülüb.
Eyni zamanda, ölkənin seçki qanunvericiliyinə əsasən, beynəlxalq müşahidəçilər seçki prosesində sərbəst şəkildə müşahidə edə bilirdilər. Seçkiyə hazırlıq işləri bir ay əvvəldən başlanmışdı və bütün namizədlər seçki kampaniyalarını həyata keçirmələri üçün eyni hüquqlara sahib idilər. Namizədlərin seçki kampaniyaları ölkənin seçki qanunvericiliyi çərçivəsində icra edilib.
Hər bir ölkədə olduğu kimi, orada da müəyyən texniki qüsurlar olub. Lakin bu, prosesin gedişatına heç bir mənfi təsir göstərməyib. Bütün səslər şəffaf şəkildə təyin olunmuş şəxslər tərəfindən sayılıb və elan olunub”.
Xəbər lenti
Hamısına baxDünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11

