Dağlıq Qarabağdan Soçiyə: münaqişənin həlli və geosiyasi maraqlar
20.08.2014 [09:47]
Cəbhə xəttinin müxtəlif yerlərində vəziyyətin gərginləşməsinə beynəlxalq aləm həssas reaksiya verdi. Bir sıra ekspertlər hadisələrin qlobal miqyasda müxtəlif çətinliklər meydana çıxara biləcəyini vurğulayırlar. Bunlarla yanaşı, münaqişənin ədalətli həlli məsələsi də aktuallaşmış olur. Soçidə Azərbaycan Prezidenti bu məqamı qətiyyətlə ifadə edib. İlham Əliyev güclü dövlətin başçısı və ordunun Ali Baş Komandanı olaraq dəyişməz mövqeyini bir daha nümayiş etdirib. Bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox vacib addım kimi qiymətləndirmək olar.
Təcavüzkara cavab: ermənilərin təşviş içində sülh çağırışları
Ermənistanın siyasi rəhbərliyi riyakarlığın ən son nümunəsini nümayiş etdirməkdədir. Azərbaycan ərazilərində yaranmış cəbhə xəttində gərginlik ermənilərin kəşfiyyat-təxribat qruplarının fəallığı nəticəsində daha da artıb. Böyük itki verən düşmən silahı buraxıb, diplomatik riyakarlıq metodunu işə salıb. Bunların haradan qaynaqlandığı və nəyə görə baş verdiyi məlumdur. Lakin müxtəlif dairələr vəziyyəti öz maraqları müstəvisində elə təqdim etməyə çalışırlar ki, problemin başlıca məzmunu yenə də kölgədə qalmış olur.
Son günlər KİV-də işıq üzü görən məlumatların təhlili bu nəticəni çıxarmağa imkan verir. Birincisi, bütün problemlərin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən qaynaqlanması arxa plana atılır. Qərb və Rusiya KİV-i “ümumiyyətlə, insan tələfatına qarşı olduğunu”, “günahsız gənclərin həyatlarını itirmələrinin yolverilməzliyini” vurğulayır.
Bunları isə ən çox istəməyən Azərbaycan xalqıdır. Müstəqillik əldə edəndən bu yana minlərlə şəhid vermiş bir cəmiyyətdən çox sülh arzulayan olmaz. Lakin məsələnin mahiyyəti işğalçıların ərazilərimizdən çıxmamasındadır. Təəssüf ki, məhz bunu dünyanın böyük dövlətlərindən heç biri Ermənistana qətiyyətlə bildirmir. Həmin səbəbdən atəşkəs tez-tez pozulur və ermənilər siyasi, geosiyasi spekulyasiyalarını davam etdirirlər.
İkincisi, Azərbaycan münaqişə başlayandan özünümüdafiə mövqeyindədir. Son insidentdə də belə oldu. Ancaq indi dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ordunun çox gücləndiyi və Cənubi Qafqazın ən intizamlı, hərbi imkanları geniş, müasir səviyyədə döyüş qabiliyyətli olduğu aydınlaşdı. Düşmənləri təşvişə salan da məhz bu amildir. Ermənistan rəhbərliyi həmin səbəbdən süni sülhpərvər maskasını taxıb.
Üçüncüsü, Azərbaycan dövlət başçısının cəbhə xəttinə baş çəkməsi və lazımi tapşırıqlar verməsi ölkə rəhbərliyinin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. İşğalçı ordu layiqli cavabını aldı. Prezident İlham Əliyev hərbi geyimdə ön cəbhədə oldu, ancaq S.Sarkisyan öz havadarının qəbuluna üz tutdu. Səbəbi məlumdur - həm erməni ordusu zəifdir, həm də həlak olan əsgərlərin ailələrinin üzünə çıxa bilmir.
Bunların fonunda Soçi görüşünün əhəmiyyətini azaltmaq olmaz. Bir sıra ekspertlər həmin görüşün nəticəsiz qaldığı qənaətindədirlər. Lakin Soçidə Azərbaycan Prezidenti Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyini qeyd edib.
Prezident İlham Əliyev BMT-nin 4 qətnaməsini xatırladıb və onlara əməl edilməsinin vacib olduğunu vurğulayıb. Bu, Azərbaycan tərəfinin münaqişənin həlli prinsiplərinə sadiq qaldığını və istənilən situasiyada mövqeyini müdafiə edə bildiyini nümayiş etdirir. Məhz bu aspektdə Soçi görüşü müsbət qiymətləndirilməlidir.
Bunun fonunda S.Sarkisyanın Vladimir Putinin diplomatik ustalığına ümid etməsi və faktiki olaraq ikinci dərəcəli rol oynaması diqqəti çəkib. Soçi danışıqlarının mühüm məqamlarından biri də bundan ibarətdir.
Geosiyasi səhv: ədalətin süni maraqlara qurban verilməsi
Cəbhə xəttində baş verənləri və Soçi görüşünün real məzmununu təhlil etmək əvəzinə, müxtəlif geosiyasi maraqlara xidmət edən informasiyaların yayılması bəzi dairələrin məkrli niyyətlərindən əl çəkmədiyini ortaya qoydu. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional və qlobal geosiyasətə ciddi təsir etdiyi də bir daha aydın oldu (bax, məs.: Ariel Cohen. Armenia and Azerbaijan: On the Brink of War? / “The National Interest”, 8 avqust 2014).
Problemin bu aspekti üzərində dayanmağa ehtiyac vardır. Mütəxəssislər Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinə üç səviyyədə nəzər salırlar. Əvvəla, bu, Cənubi Qafqazın iki dövləti arasında genişmiqyaslı müharibəyə aparıb çıxara bilər. Bu zaman ekspertlər Azərbaycanın güclü olmasını aksiom kimi qəbul edir və həmin mövqedən Ermənistanı xilas etmək variantlarını təhlil edirlər.
İkincisi, mütəxəssislər məsələyə regionda ABŞ və Rusiyanın geosiyasi maraqları uğrunda mübarizəsi müstəvisində yanaşırlar. Həmin kontekstdə onlar Vaşinqton və Moskvanın müharibəni arzulamadığı fikrini qabardırlar. Bunun fonunda isə Azərbaycanın ərazi bütövlüyü arxa planda qalır. Sanki əsas məsələ Amerika ilə Rusiyanın ortaq nəticəyə gəlməsi ilə məhdudlaşır.
Üçüncüsü, bir sıra ekspertlər Soçi görüşünü münaqişənin həll edilməsi deyil, V.Putinin sülhpərvər və Qafqazda əsas söz sahibi obrazının yaradılması kontekstində təhlil etməyə çalışırlar (bax, məs.: Ariglğ Kogn. Putin, kak mirotvoreü: smojet li on predotvratitğ novuö voynu za Karabax? / “Qolos Ameriki”, 11 avqust 2014 və Ovannes Mandakuni. Soçi i eqo posledstviə / “1in.am”, 12 avqust 2014). Ola bilsin ki, Moskva Cənubi Qafqazda müharibənin alovlanmasını arzulamır, Ermənistan və Azərbaycanın Gömrük İttifaqına birgə daxil olması naminə danışıqlara təşəbbüs göstərir.
Lakin məsələnin bu cür qiymətləndirilməsi daha təhlükəli məqsədlərdən xəbər verir. Çünki bu halda aydın olur ki, birincisi, cəbhə xəttində gərginlik hansısa üçüncü bir dövlətin maraqlarına görə yaradılıb; ikincisi, istənilən vaxt süni surətdə analoji vəziyyət yaradıla bilər.
Günahsız insanların qanı bahasına kiminsə sülhpərvər obrazını formalaşdırmaq mümkündürmü? Bizcə, mümkün deyil və heç bir dövlət başçısı bu vəziyyətdə olmaq istəməz. Burada Rusiyanın öz cənub sərhədləri yaxınlığında risk amilinin artmasını istəməməsi, sabitliyin saxlanmasına çalışması fikri düzgün olardı. Bir sıra Qərb analitiklərinin təhlilləri də bu tezisin doğruluğunu təsdiqləyir.
“International Market Analysis” (Vaşinqton) şirkətinin rəhbəri Ariel Koenin məqaləsində həmin məqam bir neçə aspektdə ifadə edilib (bax: Ariel Cohen. Armenia and Azerbaijan: On the Brink of War? / “The National Interest”, 8 avqust 2014). Müəllif problemə regional və qlobal geosiyasətin aktual məsələləri müstəvisində yanaşır. O, Azərbaycanın uğurlu enerji siyasətini vurğulayıb, Amerika və Rusiyanın bölgədəki geosiyasi məqsədlərinin bir sıra incəliklərini önə çəkib. Daha geniş aspektdə Koen Yaxın Şərq və Ukrayna böhranlarını, Avrasiya məkanındakı geosiyasi prosesləri, Türkiyə və İranın maraqlarını Dağlıq Qarabağ münaqişəsi kontekstində əlaqələndirməyə çalışıb. Buradan belə nəticə çıxarmaq olur ki, cəbhə xəttində son insidentin yaranmasında sadalanan amillər müəyyən rol oynayıb.
Maraqlıdır ki, A.Koen bütün bunların Ermənistan-Azərbaycan təmas xəttində sabitliyə təminat vermədiyi qənaətindədir. O, yazısını belə yekunlaşdırır: “Parçala və hökm sür” prinsipini hələ heç kəs qadağan etməyib”.
Fikrimizcə, son cümlədə əsas həqiqət ifadə edilib. Ermənistanın işğal etdiyi torpaqlardan çıxması qətiyyətlə tələb olunmayınca, insanlar həlak olacaq. Diqqəti çəkən odur ki, cəbhə xəttində son hadisələr zamanı gənclərin həlak olmasından “təəssüflənən” böyük dövlətlərin heç biri Ermənistanın münaqişə bölgəsindən əsgərlərini çıxarmasını tələb etmir. Məhz buna görədir ki, S.Sarkisyan Soçi görüşündən sonra verdiyi müsahibədə riyakar siyasi ritorikasını yenidən nümayiş etdirib, özünü sülhpərvər kimi təqdim etməyə çalışıb (bax: İntervğö Serja Sarqsəna telekanalu ArmNğöz: polnıy tekst / “1in.am”, 12 avqust 2014).
Ermənistanın dövlət başçısı etiraf edir ki, Azərbaycan tankları İrəvanın kənarına qədər gələ bilər, “ancaq onları cəzalandıran tapılar”. Erməni siyasətçi kimləri nəzərdə tutur? Əlbəttə, havadarlarını. Budur Ermənistanın xarici siyasətinin məntiqi! Bir məqamda erməni ordusunun gücü ilə “fəxr etdiyini” söyləyir, ardınca isə Azərbaycanın qarşısında aciz qaldıqlarını etiraf edirlər.
Bütün bunların əsl səbəbi böyük dövlətlərin Ermənistanı hər vəchlə müdafiə etməsindədir. Təcavüzkar dövləti qorumaq əvəzinə, regionda ədaləti bərpa etmək xətti seçilsə, münaqişə bölgəsində gərginləşmə olmaz. Deməli, Dağlıq Qarabağdakı son hadisələr hər şeydən əvvəl ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinə - “ədalətli olun!” siqnalıdır.
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

