Siyavuş Novruzov: Majoritar seçki sistemi özünü doğruldub
23.09.2014 [09:36]
“Ümumiyyətlə, dünyada seçki sistemləri çoxdur. Buna misal olaraq proporsional, majoritar, qarışıq seçki sistemlərini və s. göstərə bilərik”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifətin proporsional seçki sisteminin bərpasını istəməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, proporsional seçki sisteminin özündə bir neçə forma mövcuddur: “Burada kim özünə layiqli namizədi seçibsə, siyahıda onun adını tapır və öz səsini ona verir. Sonradan isə həmin siyahı səslərin verildiyi saya, hesaba görə sıralanır. Təbii ki, Azərbaycan da vaxtilə bu sistemin müxtəlif formalarından istifadə edib. Ölkəmizdə 1995-ci ildə Konstitusiya qəbul olunanda 125 deputatın 25-nin proporsional seçki sistemi əsasında, 100 nəfərin isə majoritar qaydada seçilməsinə qərar verilmişdi”.
YAP İcra katibinin müavini sonradan majoritar seçki sisteminin daha məqsədəuyğun olduğunu, məhz bu seçki sisteminin reallaşdırıldığını xatırladıb: “Sonradan isə təcrübə göstərdi ki, majoritar qaydada birbaşa təmsilçiliyə üstünlük vermək daha məqsədəuyğundur. Dünyanın bir çox ölkələrində - ABŞ-da, Kanadada, Yaponiyada da majoritar sistem fəaliyyət göstərir. Mojaritar sistem seçki təcrübəsində özünü doğruldub”.
Siyavuş Novruzov müxalifətin proporsional seçki sisteminin bərpası istiqamətindəki fikirlərinə də aydınlıq gətirib: “Bəs, gəlin, görək, müxalifət proporsional seçki sisteminin bərpasını nəyə görə gündəmə gətirib? Sadəcə olaraq, müxalifət “liderləri” majoritar qaydada irəli sürülən namizədlərlə mübarizə apara bilmirlər. Çünki rəqibləri seçici ilə daha çox işləyir və təbliğat-təşviqatlarını düzgün təşkil edirlər. Məhz bu baxımdan müxalifətçilər majoritar seçki sistemi vasitəsilə neçə illərdir ki, seçilə bilmirlər. Bu şəxslər çalışırlar ki, partiyanın kölgəsində gizlənib onun hesabına Milli Məclisə keçirilən seçkilərdə qalib gəlsinlər”.
S.Novruzov, həmçinin, Leyla Yunusun həbsxana yoldaşlarını, vəkilləri aşağılaması, təhqir etməsi ilə bağlı da münasibət bildirib. O deyib ki, bu, bütövlükdə insanların hüquqlarının pozulmasıdır.
Onun sözlərinə görə, Leyla Yunus nəinki orada həbsxana yoldaşlarını, vəkilləri, eləcə də vətəndaşların gözü qarşısında insanların təhlükəsizliyini qoruyan polisi təhqir edib: “Əgər kiməsə qarşı qanun pozulubsa, bunu aydınlaşdırmaq üçün məhkəmə mövcudur. Onda belə çıxır ki, biri digərini təhqir edirsə, qarşı tərəf onu mütləq yolda tutub döyməlidir? Leyla Yunus ömrü boyu və qəsdən polisə, həbsxana işçilərinə, yoldaşlarına qarşı təhqirlə məşğul olub. Bu şəxs bütün hallarda Azərbaycan qanunlarına qarşı çıxıb və onu pozub”.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35

