Bahar Muradova: Müsavat Partiyasında parçalanmanın əlamətləri artıq görünməkdədir
30.09.2014 [09:14]
“Müsavat Partiyasında parçalanmanın əlamətləri artıq görünməkdədir. Özlüyündə ölkənin ictimai-siyasi həyatında “Müsavat”daxili seçkilərin möhtəşəm proses kimi qələmə verilməsi müqabilində nəticələr gözlənilən kimi oldu. Düşünürəm ki, çoxları nəticənin belə olacağını təxmin edirdi. Qurultaya qədər geniş piarın aparılmasına, namizədlərin arasında gənclərin olmasının “Müsavat”ın yeniləşməyə doğru getməsinin əlaməti kimi təqdim olunmasına baxmayaraq, seçkinin nəticəsi bunların hər birini öz yerinə qoydu və göründü ki, bu partiyada heç nə dəyişmədi”. Bu fikirləri Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova Müsavat Partiyasında keçirilmiş qurultayın nəticəsinə münasibət bildirərkən deyib.
B.Muradova qeyd edib ki, Müsavat Partiyası uzun illər necə idarə olunmuşdusa, yenə də elə idarə ediləcək. Onun fikrincə, partiyada bundan sonra hansısa yeniliklərdən söhbət gedə bilməz.
“Sədr seçkisində ədalətin pozulmasına dair mövqelər ortaya qoyulur. Bildirilir ki, nəticələrə təsir göstərən mövqe sərgilənib. Bu da özlüyündə prosesin demokratikliyini və şəffaflığını böyük şübhə altına alır. Eyni zamanda, 2018-ci ildə keçiriləcək prezident seçkilərində kimin namizəd olması ilə bağlı indidən qərarın qəbul edilməsi də müxalifət düşərgəsinin özündə birmənalı qarşılanmayıb. Onlar bunu gülünc və qəribə hal kimi dəyərləndirirlər. Amma YAP üçün “Müsavat”da baş verən hansısa dəyişikliklərin heç bir əhəmiyyəti yoxdur. Qurultay və onun nəticələri nə siyasi gedişlərdə, nə taktikada, nə praktik həyatda, nə də uzunmüddətli hədəflərin müəyyən olunmasında hansısa dəyişikliyə rəvac verməyəcək. Sədr seçkisini “icraçı direktorun təyin olunmasına” bənzədənlər də var. “Arzu” edək ki, “icraçı direktor”, indiyə kimi öz “liderinin” tapşırıqlarını necə yerinə yetirmişdisə yenə də elə etsin” - deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28

